Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn



Yüklə 1,7 Mb.
səhifə46/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   42   43   44   45   46   47   48   49   ...   97
"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrət Fatimə gəldi,  Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli  gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra Peyğəmbər (s) "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu”. 

Sözügedən hədisi Şeybənin qızı Səfiyyə də Həzrət Ayişənin dilindən bir qədər başqa formada nəql edib:

Bir gün Peyğəmbər (s) əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən  o həzrətin  yanına gəldi. Peyğəmbər (s) onu əbasının altına çəkdi. Sonra Hüseyn , daha sonra Fatimə , ondan sonra da Əli  gəldi. Peyğəmbər (s) hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah  sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". 



Şiələr bu hədisi əldə rəhbər tutaraq, bildirirlər ki, buradan aydın olduğuna görə, Peyğəmbərin Əhli-Beyti, yəni ev əhli, başqa sözlə, ailəsi Həzrət Əli (r), Həzərt Fatimə (r), Həzrət Həsən (r) və Həzrət Hüseyndir (r).

Haqlıdırlarmı?

Əlbəttə ki, haqlıdırlar. Qızı Fatimənin, əmisi oğlu və kürəkəni Həzrət Əlinin (r), nəvələri Həsən və Hüseynin sevimli Peyğəmbərimizin (s) ev əhli, yəni ailə üzvləri olduğuna kim şübhə edər ki?

Bu məsələdə sünnilərlə şiələr arasında heç bir fikir ayrılığı yoxdur və ola da bilməz. Fikir ayrılığı başqa şeydədir. Şiələr iddia edirlər ki, «Əhli-Beyt» anlayışı yalnız və yalnız adı çəkilən dörd nəfərə aiddir və Peyğəmbərimizin (s) digər qızları və həyat yoldaşları Əhli-Beytdən deyillər. Yəni onlar Peyğəbmərin (s) ev əhli, yəni ailə üzvləri deyillər…

Burada bir məntiq varmı? O zaman sual ortaya çıxır: Bəs, kimin ev əhli və ailə üzvləri idilər?

Diqqətlə fikir verin, Peyğəmbər (s) evdən çıxır, çöldə öncə Həsən, sonra, Hüseyn, ondan sonra Fatimə, daha sonrasa Əli ona yaxınlaşırlar. Və Həzrət Məhəmməd (s) bu şəxslərin onun ailə üzvləri olduğunu bildirir və onlara Qurandan ayə oxuyur. Şübhəsiz ki, həmin an ona evdə qalan digər qızları və ya zövcələri də yaxınlaşsaydılar, eyni şeyi edərdi. Sadəcə həmin an yanında ailə üzvlərindən sadəcə dördü vardı və o onları xüsusi olaraq çağırmamışdı. Onlar özləri ona yaxınlaşmışdılar.

Təsəvvür edin ki, sizin üç oğlunuz var. Onlardan ikisi evdə dərs oxumaqla məşğuldurlar. Biri boş olduğu üçün onu sizə kömək etməsi məqsədilə özünüzlə bazara aparırsınız. Yolda ona deyirsiniz ki, sənin oxuyub adam olmanı istəyirəm. Bu o deməkdirmi ki, o biri oğlanlarınızın oxuyub adam olmasını istəmirsiniz?

Bir qədər getdikdən sonra qarşınıza köhnə tanışınız çıxır və yanınızdakı oğlanın kim olduğunu soruşur. Siz də «oğlumdur» deyə cavab verirsiniz. Bu halda sizin cavabınız şübhəsiz ki, onun sizin yeganə oğlunuz olduğu və evdə qalan iki oğlanın oğlunuz olmadığı anlamına gəlməz…

Şiələrdən fərqli olaraq, əhli-sünnə «Əhli-Beyt» kəlməsinin təkcə Həzrət Fatimə, Həzrət Əli (r), Həsrət Həsən və Həzrət Hüseynə deyil, eyni zamanda Peyğəmbərin (s) digər qızlarına və zövcələrinə də aid olduğunu bildirirlər və tamamilə haqlıdırlar. Haqlı olduqlarını aşağıdakı hədis də təsdiq edir.

Belə ki, Buxari Ənəs bin Malikə istinadən Peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə Peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra Peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və onların da eynən Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur.

Lakin şiələr bu hədisi saxta hədis hesab edirlər. Əhli-sünnə isə birinci hədisi qəbul etdiyi kimi, ikinci hədisi də qəbul edir. Və etməkdə də haqlıdırlar. Onların haqlı olduqlarını “Əl-Əhzab” surəsinin bir-birinin məntiqi davamı olan 30, 31, 32 və 33-cü ayələri təsdiq edir:



Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin