Başa düşmürəm, öz doğmaca qardaşımın halını və evimizin içini mən yaxşı bilirəm, yoxsa Kufə avaralarımı?
Daha sonra da qardaşım Həsənə bir oğul nisbət edərək, onu məcburi də olsa, şəxsiyyəti belə bilinməyən “anasının” budundan doğuzdurdular”.
Bu sözləri əldə əsas tutan sünnilər Mehdinin (ə) Həzərət Hüseynin (r) deyil, Həzrət Həsənin (r) soyundan olacağının sübutu kimi qəbul edirlər. Təbii ki, şiələr də bu sözlərin uydurma olduğunu söyləyirlər.
Beləliklə, şiələrin fikrincə, Həzrət Mehdi 12 əsrdir ki, dünyaya gəlib, qeybə çəkilib və vaxtı gələndə zühur edəcək. O, hicrətin ya 254, ya 255, ya 256, ya 257, ya da 258-ci ilində dünyaya gəlmişdir (Biharül-Ənvar, 2/51).
Sünnilər isə onun hələ doğulmadığını, əgər doğulubsa da, kim olduğunun məlum olmadığını, Qiyamətə yaxın bir zamanda dünyaya gəlməli olduğunu söyləyirlər.
Şiələrin təqribən 1200 il əvvəl doğulduğuna inandıqları Mehdinin (ə) doğumu, onların fikrincə, qeyri-təbii olmuşdur (Biharül-Ənvar, 26/51), anası ona qarnında deyil, böyründə hamilə qalıb və o, anasının budundan doğulmuşdur (Biharül-Ənvar, 51/26). Üstəlik də anasının ona hamilə qalması ilə doğması eyni anda baş verib (Ən-Nəcm əs-Səqib,s. 144). Anasının kimliyi isə məlum deyil (Ən-Nəcm əs-Səqib, s. 135).
Əhli-sünnənin Qiyamətə yaxın bir zamanda doğulmalı olduğuna inandığı Mehdi (ə) isə, başqa insanlarda olduğu kimi, təbii yolla və adi qaydada doğulacaq. Yəni anası onu 9 ay qarnında gəzdirdikdən sonra doğacaqdır.
Şiələrin inancına görə, Mehdi (ə) doğuşunun 7-ci günündə Nuhun (ə), İdrisin (ə), Salehin (ə) səhifələrini, Davudun (ə), Musanın (ə) və İsanın (ə) kitablarını və Quranı oxumuşdur (Biharül-Ənvar, 51/27). Doğumunun 40-cı gününsə isə artıq gəzirdi (Biharül-Ənvar, 51/20). Onun uşaqlığı mağarada keçib (Biharül-Ənvar, 51/24).
Əhli-sünnənin inancında bunlar yoxdur və sünnilər Mehdinin (ə) uşaqlığının digər uşaqlar kimi keçəcəyinə, ata-anasının himayəsində yaşayacağına etiqad edirlər.
Şiələrə görə, Mehdinin (ə) 182 adı var (Ən-Nəcm əs-Səqib, s. 266). Onu öz adı ilə çağırmaq olmaz, kim onu öz adı ilə çağırarsa, lənətlənər (Biharül-Ənvar, 51/33).
Əhli-sünnənin fikrincə isə, onun bir adı var, bu ad Mühəmməd və ya onun sinonimi olan Əhməddir və onu öz adı ilə çağırmağın heç bir qəbahəti yoxdur.
Şiələrin fikrincə, Mehdini (ə) gözləyənlərin qazandığı savab Uhud və Bədr döyüşlərində iştirak edənlərin qazandığı savabdan artıqdır (Biharül-Ənvar, 51/128). Mehdinin (ə) möcüzələri vardır (Biharül-Ənvar, 53/202-312). O, zühur edəndə “əsil” Quranla gələcək, əldə olan Quran isə tam deyil, naqisdir (Ən-Nomaəni “Əl-Ğeybə”, s. 200). Mehdi (ə) Quranın bəzi surələrini dəyişib, yeni bir şəriət gətirəcəkdir (Ən-Nəcm əs-Səqib, s. 293).
Sünnilər bu iddaları uydurma, dünyanın ən kamil kitabı olan Qurana hörmətsizlik və küfr hesab edirlər.
Şiələrin inancına görə, Mehdi (ə) Həzrət Mühəmmədin (s) deyil, Həzrət Davudun (ə) şəriəti ilə hökm edəcəkdir (Ən-Nomaəni “Əl-Ğeybə”, s. 329).
Sünnilər isə hesab edirlər ki, Həzrət Mühəmmədin (s) şəriəti Qiyamətə qədər keçərlidir və bunun əksini söyləmək küfrdür. Mehdi (ə) heç bir yeni şəriət gətirməyəcək, Rəsulullahın (s) şəriətinə tabe olacaq, onunla hökm verəcəkdir.
Şiələrin fikrincə, Mehdi (ə) zühur edəndə ona tabe olanlar İsrailoğulları, yəni yəhudilər olacaq (Biharül-Ənvar, 52/346). O, zühur edəndə ərəbləri öldürəcək, Əbu-Bəkri (r), Öməri (r) və Aişəni (r) dirildib qəbrlərindən çıxaracaq, Həzrət Əbu-Bəkrlə (r) Həzrət Öməri (r) çarmıxa çəkəcək, möminlərin anası Həzrət Aişəni (r) isə şallaqlayacaqdır (Biharül-Ənvar, 52/349; 22/240; 14/53).
Sünnilərin əqidəsinə görə isə, Mehdinin (ə) ardınca gedənlər müsəlmanlar olacaqlar. Onun ərəblərlərlə heç bir düşmənçiliyi olmayacaq, çünki özü də ərəb olacaqdır. Bu hədis farslar tərəfindən ərəblərdən Sasani imperiyasının qisasını almaq məqsədilə uydurulub. Həm ərəblər, həm də Həzrət Əbu-Bəkr (r), Həzrət Ömər (r) və Həzrət Aişə (r) barədə söylənilənlər yəhudi fitnəsindən başqa bir şey deyildir.
Şiə hədislərində deyilənlərə görə, Mehdi (ə) məscidləri, o cümlədən Peyğəmbər (s) məscidini dağıdacaqdır. O, çox əsəbi və qəzəbli olacaqdır (Biharül-Ənvar, 52/315, 338).
Sünni hədislərinə görə isə, Mehdi (ə) məscidləri təmir etdirəcək, insanlara qarşı mehriban və şəfqətli olacaqdır.
Şiələrin inancına görə, Mehdi (ə) kişiləri öldürəcək, qadınların qarınlarını yaracaq, uşaqları nizələrə keçirəcəkdir (Biharül-Ənvar, 52/348; Sururu əhlil-iman, 105). Çoxlu qətllər törədəcək, heç bir səbəb olmadan çoxlu qanlar axıdacaqdır (Tarix mə Badə əz-Zühur, s. 397, 472).
Sünnilərin təsəvvürlərinə görə isə, Mehdi (ə) ədalətli və rəhmli olacaq, haqsız yerə qan tökməyəcəkdir.
Şiələrin fikrincə, Mehdi (ə) zühur edəndə ona ilk biət edən quş cildinə girmiş Həzrət Cəbrail (ə) olacaq. O, Mehdinin (ə) əlindən öpəcək (Biharül-Ənvar, 52/286). Mehdinin (ə) hakimiyyəti 309 il sürəcək (Ət-Tusi “Əl-Ğeybə”, s. 474).
Bu təsəvvür də əhli-sünnənin təsəvvürləri ilə ziddiyyət təşkil edir.
Şiələrə görə, Mehdinin (ə) hakimiyyəti 309 il (Ət-Tusi “Əl-Ğeybə”, s. 474), sünnilərə görə isə 7 və ya 9 il sürəcək.
Şiə hədislərində deyilənlərə görə, Mehdinin (ə) ardınca gedənlərin içərisində mələklər (Biharül-Ənvar, 52/326) və ölülər də olacaq. Sonuncular Mehdinin (ə) ordusuna qatılmaq və ya qəbirdə qalmaq arasında seçim edəcəklər (Biharül-Ənvar, 53/92-93). Mehdiyə (ə) tabe olan adamlar gündüz vaxtı buludların üstündə gəzəcəklər (Tarix mə Badə əz-Zühur, s. 271).
Əhli sünnənin inandığı hədislərdə bu kimi hallara rast gəlinmir və bu hədislərdə Mehdinin (ə) ardınca istisnasız olaraq adamlar, özü də həyatda olan adamlar gedəcəklər. Buludlarda deyil, hamı kimi yerdə gəzəcəklər.
Farsların başqa bir idealı da artıq reallaşdırmış olduqları “İran” idealıdır. Bu idealın kökləri zərdüştiliyin dini kitabı “Avesta”ya qədər uzansa da, onun gerçək müəllifi böyük fars şairi Firdovsidir. Firdovsinin “Şahnamə”si ilə birlikdə hər bir farsın qəlbinə və zehninə hakim kəsilmiş bu ideya üçüncü fars dövlətinin – bugünkü İran dövlətinin tarix səhnəsinə çıxmasında önəmli rol oynamışdır.
Farsların tarixən üçüncü dəfə öz dövlətlərinə sahib olması Pəhləvilər sülaləsinin adı ilə bağlıdır. Bu sülalə 1925-ci ildən 1979-cu ilə qədər İranda hakim olmuş, İslam inqilabı nəticəsində ləğv olunmuşdur. Xanədan 1925-ci ildə Rza şah Pəhləvi tərəfindən qurulmuşdur. O, 1925-ci ildə ingilis və rusların Türk-Qacar sülaləsinin hakimiyyətinə son qoymasına qədər rus kazaklarının tərkibində fəaliyyət göstərən fars briqadasının generalı idi. O, ingilis və ruslar tərəfindən hakimiyyətə gətirilən Pəhləvi sülaləsindən İranın ilk, oğlu Məhəmməd Rza şah Pəhləvi isə son şahı oldular.
Pəhləvilər hakimiyyətə gələndən 10 il sonra 1000 ilə yaxın bir dövrdə ürəklərində yaşatdıqları “İran dövləti”ni qurmaq arzusunu yerinə yetirə bildilər. Belə ki, 1935-ci ildə Rza şah xarici nümayəndələrdən başında durduğu dövləti “İran” adlandırmağı, rəsmi yazışmalarda “İran” adından istifadə etmələrini və dövlətin rəsmi adının “Keşvər-e Şahənşahi-ye İran” kimi qəbul olunmasını tələb etdi.
1978-ci ildən etibarən artan ictimai narazılıq və xalq üsyanı ilə qarşı-qarşıya gələn Pəhləvilər 1979-cu ilin yanvarında sürgün olundular.
Özlərini Əhəmənilər dövlətinin davamçıları hesab edən Pəhləvilər fars milliyyətçiliyini rəsmi ideologiyalarına çevirmişdilər. Dövlətin daxili siyasətində bu ideologiya bütün sahələrə hakim idi.
1979-cu ildə Pəhləvilərin devrilməsi ilə nəticələn inqilab nəticəsində İranda Xomeyninin öndərliyində İslam Respublikası elan edildi və şiəlik dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bir müddət sonra isə Mehdinin (ə) zühuruna qədər onun adından qərar vermək, onun naibliyini etmək məqsədi ilə “Vilayəti-fəqih” institutu təsis edildi. Hazırda bu vəzifəni Ayətullah Xamneyi icra edir. Fars şiəliyinin mərkəzi rolunda çıxış edən Qum məktəbindən fərqli olaraq, dünya şiəliyinin mərkəzi olan Nəcəf məktəbinin nümayəndələri, ilk növbədə də İraq şiələrinin başçısı Ayətullah Sistani bunun doğru olmadığını, “Vilayəti-fəqih” institutunun İslama zidd olduğunu bəyan etməkdədirlər.
2001-ci ildə ABŞ-ın İraqa qarşı başladtdığı savaş və ardınca da 2010- cu ildə baş qaldıran “Ərəb baharından” sonra yaranmış münbit vəziyyətfən istifadə edən İran özünün “Şiə hilalaı” planının gerçəkləşdirməyə başladı.
“Şiə hilalı” planı da eynən sionist yəhudilərin Nildən Fərata qədər geniş ərazini ələ keçirməyi öngörən “Ərzi-Məvud” planı kimi dəqiq coğrafi sınırları məlum olan, həmin coğrafiyadan sünniləri təmizləməyi nəzərdə tutan, “azad edilən” ərazilərdə böyük şiə dövləti qurmağı və bu yolla İranın ərazisinin Sasanilər dövründəki sərhədlərə qədər böyüdülməsini, başqa sözlə, Sasanilər dövlətini bərpa etməyi hədəfləyən, fars şovinizmindən qidalanan mürtəce mahiyyətli imperialist bir layihədir.
İlk mərhələdə İrandan İraqa, İraqdan Suriyaya, oradan da Livana qədər uzanan bu layihənin müəllifləri əslində ABŞ və İsraildir, daha dəqiq desək, Rotşildlərdir. İslam dünyasını məzhəb savaşına sürükləmək və daxildən zəiflətmək üçün ustalıqla düşünülmüş bu şeytani planı ilk dəfə, nə qədər qəribə olsa da, 2004-cü ildə İordaniya kralı Abdullah dilə gətirmiş və həmin ildən də İran tərəfindən diqqətə alınmışdır.
Bu plan səsləndirilər-sələndirilməz, bütün dünyada, ilk növbədə də İslam dünyasında çox mənfi qarşılansa da, İran tərəfindən dərhal qəbul edildi və hazırda həm İraq və Suriyada, həm də Livan və Yəməndə həyata keçirilməkdədir. İranın bu planı gercəkləşdirə bilməsi üçün İraq və Suriyada ABŞ, Rusiya, İsrail və İran işğalçılarına, eləcə də onların əlaltılarıı rolunda çıxış edən PKK//YPG-yə qarşı İslam torpaqlarını müdafiə edən yerli müsəlmanlar (sünni ərəb və türkmənlər) və onlara kömək məqsədi ilə çeşidli müsəlman ölkə və bölgələrindən, əsasən də Çeçenistan, Dağıstan, Şərqi Türküstan və Orta Asiyadan, eləcə də çeşidli Avropa ölkələrindən gələn müsəlmanların hamısı “terrorçu” elan edildi, bununla da İranın sünni müsəlmanlara qarşı deyil, terrorçulara qarşı savaşdığı imici formalaşdırılmağa başladı.
“Şiə hilalı” layihəsi imperialist güclər tərəfindən, artıq qeyd edildiyi kimi, İslam dünyasını məzhəb savaşına soxmaq, bu yolla onun müqavimət gücünü zəiflətmək, beləcə, sionistlərin “Ərzi-Məvud” planını gerçəkləşdirə bilməsi üçün münbit şərait yaratmaqdır. Lakin bu, qarşıya qoyulan hədəflərdən sadəcə biridir. İkinci hədəf müsəlmanların Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsinə və Beytül-Məqdisin bərpasına mane olmaq potensialını minimuma endirmək, üçüncüsü isə Maşiahın (Dəccalın) və İsa Məsihin (ə) gəlməsinin vacib şərtlərindən biri olan Harmageddon savaşını körükləməkdir.
Dostları ilə paylaş: |