Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


XI FƏSİL Əl-Qaidə və “Ümumdünya İslam dövləti” planı



Yüklə 1,7 Mb.
səhifə49/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   45   46   47   48   49   50   51   52   ...   97
XI FƏSİL
Əl-Qaidə və “Ümumdünya İslam dövləti” planı
Türkcə “Quruluş” anlamına gələn “Əl-Qaidə” ( القاعدة) adı ilə tanınan, bütün dünya miqyasında fəaliyyət göstərən, yaxşı təşkilatlanmış İslamçı  silahlı təşkilatın kökləri Əfqanıstanda müsəlmanların işğalçı rus-sovet qoşunlarına qarşı apardığı müqavimət hərəkatı dövrlərinə qədər uzanmaqdadır.  Qurum adını bütün dünyaya 11 sentyabr 2002-ci il tarixində Nyu-Yorkdakı əkiz qüllələrə gerçəkləşdirdiyi hücumdan sonra duyura bildirmişdir. İlk lideri ABŞ tərəfindən “1 №-li terrorist elan edilən Hüsamə ben Laden olmuş, onun öldürülməsindən sonra təşkilatın başına Əymən əz-Zəvahiri keçmişdir.

Əfqanıstanın Sovet İttifaqı tərəfindən işğalı və əfqan xalqının işğalçılara qarşı qəhrəmanlıq savaşı başlar-başlamaz, dünyanın bir çox yerindən, o cümlədən ərəb ölkələrindən Əfqanıstandakı müsəlmanlara yardımçı olmaq məqsədi ilə minlərlə müsəlman bu ölkəyə gəlmişdi. Eyni zamanda Pakistan və Səudiyyə Ərəbistanı əfqan mücahidlərinə silah və maliyyə dəstəyi verməyə başladı. Bundan başqa, SSRİ-nin beynəlxalq aləmdə bir nömrəli rəqibi olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) vasitəsilə mücahidlərə dəstəyin təşkil edilə bilinməsi üçün “Siklop Əməliyyatı” adlı bir proqram da hazırlanmışdı. 1979-1989 – illər arasında yürüdülən bu proqram çərçivəsində, Pakistanın xüsusi xidmət teşkilatı (İSİ) və Pakistan Silahlı qüvvələri tərəfindən mücahidlərə təlim, maliyyə və silah dəstəyi təmin edilirdi. 



Bənzər dəstək Səudiyyə Ərəbistanı tərəfindən də həyata keçirilməkdə. Səudiyyədən mücahidlərə göndərilən maliyyə və silah dəstəyinin çatdırılmasında əsas vasitəçiliyi Əfqanıstana gələn mücahidlərdən Abdullah Əzzəm və Hüsamə ben Laden edirdilər. Onlar bu məqsədlə “Məktəb əl-Xidəmat” (Xidmətlər Bürosu) adlı bir büro qurmuşdular. Abdullah Əzzəm büroya rəhbərlik edir, Hüsamə ben Laden isə daha çox maliyyə işləri ilə məşğul olurdu.

1986-cı ildə Abdullah Əzzəmlə arası dəyən Hüsəma ben Laden Əfqanıstanın Paktiya əyalətində “Əl-Masada” (Aslan Yuvası), adlı hərbi təlim düşərgəsi qurdu. 1988-ci ildə o, “Məktəb əl-Xidəmat”a olan dəstəyinə son verərək, oradan ayrıldı. 

14 aprel 1988-ci il tarixində BMT-nin təşəbbüsü ilə Cenevrədə  imzalanan Cenevrə sazişinin qərarına uyğun olaraq, işğalçı rus-sovet qoşunları mayın 15-dən etibarən Əfqanıstandan çıxmağa başladı. 

Rusiya üzərində möhtəşəm qələbəndən sonra mücahidlərin daha sonra nələr etməli olduğu məsələsi gündəmə gəldi. Belə olan halda, 1988-ci ilin 11 avqustunda Abdullah Əzzəmin çağrışı ilə Peşəvərdə böyük bir toplantı təşkil edildi  və həmin toplantıya Mühəmməd Arif, Seyyid İmam əl-Şərif, Əbu Übeydə əl-Bənşiri, Mühəmməd Loay Bəyazid, Məmduh Mahmud Salim və Vael Həmzə Əbdülfəttah ilə yanaşı, Hüsəma ben Laden də qatıldı. Toplantının mövzusu cihadın və mücahidlərin gələcəyi məsələsi idi, sovet hərbi qüvvələrinin məğlub olaraq ölkədən ayrılmasından sonra da cihada davam edilməsi qərarlaşdırıldı. Həmin toplantının sənədlərindən belə məlum olur ki, artıq həmin dövrdə Əl-Qaidə mövcud idi.

Əl-Qaidenin əski xəzinədarlarından Mədani əl-Tayyib bu təşkilatın 11 avqustdaki toplantıdan öncə də var olduğunu, Ben Laden tərəfindən 17 may tarixində özünün də iştirak etdiyi gizli bir toplantıda təsis edildiyini təsdiqləmişdir. Beləliklə, Əl-Qaidənin yarandığı tarix 17 may 1988-ci il tarixidir. 

Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan edilmiş, əsas düşmən qismində isə ABŞ və İsrail müəyyənləşdirilmişdi. Odur ki, Əl-Qaidənin guya ABŞ tərəfindən yaradıldığı və yönləndirildiyi barədə söylənilənlərin heç bir əsası yoxdur. Bu qurumun üzvləri Əfqanıstan savaşında iştirak etmiş, yüksək səviyyədə hərbi təlim görmüş insanlardan ibarət idi. Təşkilat mücahidlərin ən yaxşılarını seçir və öz sıralarına qatırdı.

Abdullah Əzzəmin 24 noyabr 1989-cu ildə Peşəvərdə, cümə namazına gedərkən arvadı və iki övladı ilə birlikdə rus KQB-si tərəfindən terror edilməsindən sonra “Məktəb əl-Xidəmat” tədricən dağıldı və onun üzvlərinin çoxu Əl-Qaidəyə qatıldı.

2 avqust 1990-ci ildə İraqın Küveyti işğal etməsindən sonra Hüsamə ben Laden Səudiyyə Ərəbistanına gəldi, burada kral Fəth və müdafiə naziri Sultan ilə görüşərək, yaranmış təhlükə qarşısında ABŞ-a müraciət etməyə ehtiyac olmadığını, Əl-Qaidənin Səudiyyəni ehtimali təhlükədən qorumaq gücündə olduğunu söylədi və öz xidmətini təklif etdi. Fəqət kral bu təklifi qəbul etmədi. Nəticədə Səudiyyənin dəvəti ilə ABŞ hərbi hissələri ölkəyə yerləşdirildi.

Müsəlman olmayan Amerikalıların Məkkə və Mədinənin yerləşdidiyi müqəddəs torpaqlara ayaq basmasına şiddətlə qarşı çıxan Hüsəma ben Laden kral Fəthin əmri ilə ev həbsinə məhkum edildi. Daha sonra bəzi işləri həll etmək üçün Pakistana getməli olduğunu söylədi və ev həbsindən azad edilərək, Pakistana getdi. 1991-ci ilin dekabrında ailəsinə məktub göndərərək bir daha Səudiyyəyə dönməyəcəyini yazdı.

Hüsəma ben Laden Səudiyyə Ərəbistanın böyük iş adamlarında biri idi. Milyonlarla ölçülən sərvəti vardı. O özünün iş tərəfdaşlarını da Əl-Qaidəyə cəlb etməyi və bu yolla təşkilata yetərincə maliyyə qaynağı yaratmağı bacarmışdı. Odur ki, təşkilatın heç bir maliyyə problemi yox idi. Ona yüzlərlə şirkətdən maliyyə axmaqda idi.

Sudanda Milli İslamçı Cəbhənin dəstəyi ilə hərbi çevrilişin gerçəkləşməsindən sonra Sudana gələn və ailəsi ilə birlikdə 1991-ci ilin iyun ayında ölkənin paytaxtı Xartuma yerləşən Hüsəma ben Laden buradan Əfqanıstandakı təlim düşərgələrində Əl-Qaidə üçün yeni-yeni mücahidlərin yetişdirilməsinə bilavasitə özü rəhbərlik edir, hər şeyi ciddi nəzarət altında saxlayırdı. Bu azmış kimi, o, ən etibarlı adamlarından Əbu Übeydə və Əbu Hafizi Sudana çağırtdıraraq burada da təlim kampları qurdu, adamlarını bütün ölkələrə yerləşdirməyə başladı. Onların vəzifəsi Əl-Qaidənin digər ölkələrdə də şöbələrini yaratmaq idi. Bu işdə ona Sudanın xüsusi xidmət təşkilatı da dəstək verməkdə idi. Beləcə, təşkilat genişlənir və güclənirdi. Əvəzində isə onun yerlərdəki özəkləri Sudan hökuməti üçün kəşfiyyat məlumatları toplayırdı.

Hüsəma ben Laden daha sonra Əbu Übeydə və Əbu Hafizi təşkilatın yerli özəyini qurmaq məqsədilə Somaliyə göndərdi. Bundan da sonra o, Eritreya İslami Cihad təşkilatı ilə əlaqə qurdu. Onlar üçün təlim düşəgələri qurmaq və maliyyə dəstəyi xəttlərini təşkil etmək məqsədilə Əbu Übeydə Efiopiyaya getdi. Özü isə 1992-ci ilin dekabrında Somaliyə gələrək, buradan Yəməndə ABŞ əskərlərinin yerləşdiyi “Gold Mohur Hotel” və “Ədən Mövenpick Hotel” adlı iki hotelə bombalı həmlə təşkil etdi. Fəqət artıq gec idi, Amerikalı əskərlər bu hotelləri tərk etmişdilər. Odur ki, həmlə hədəfinə çatmadı.

1990-cı illərin başında, Əl-Qaidənin Bosna-Hersekdə də yerli özəyi təsis edildi və bu özək1992-ci ilin martında baş verən Bosna-Hersek savaşında yaxından iştirak etdi, müxtəlif müsəlman ölkələrdən olan mücahidlərin Bosna müsəlmanlarına yardıma getməsini təşkil etdi və bunun, eləcə də Türkiyədən gələn hərbi və mali yardımlar sayəsində Bosna müsəlmanları ruslar tərəfindən dəstəklənən serb faşistlərinin hucumlarının qarşısını almağı və yerli müsəlmanların büsbütün məhv edilməsini önləməyi bacardılar.

1993-cü ilin 26 fevralında Əl-Qaidə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə (əkiz qüllələrə) ilk bombalı hücumunu təşkil etdi. Bu həmlə içi partlayıcı maddələrlə dolu yük maşını vasitəsilə gerçəkləşdirildi. Bu hücumun məqsədi maşının daşıdığı partlayıcıyla Quzey Qülləsindən keçib, Güney Qülləsinə çatararaq, partlayış törətmək və qüllələrin hər ikisinin yıxılmasına nail olmaq və bu yolla on minlercə yəhudi bankir və iş adamının məhvini təşkil etmək idi. Lakin plan istənilən kimi baş tutmadı. Hücum sadəcə 6 nəfərin ölümü və 1.042 nəfərin də yaralanması ilə nəticələndi. 

Bu arada Somalidə vətəndaş müharibəsi gedirdi. Bundan istifadə edən Ben Laden ölkənin güneyində bir neçə təlim düşərgəsi qurudurdu və bu düşərgələrdə yetişdirilən mücahidlər müharibədə İslamçı qruplar tərəfində ən fəal şəkildə iştirak etməyə başladı. Ben Ladenin 1993-1994 - cü illərdə Somalidəki İslamçılara həm silah, həm döyüşçü, həm də maliyyə dəstəyi verdiyi bilinməkdədir. O da məlumdur ki, 3-4 oktyabr 1993-cü il tarixində ölkənin paytaxtı Moqadişuda baş verən savaş zamanı Somaliyə göndərilmiş BMT həbi hissələrinə hücum təşkil edənlər içərisində Əl-Qaidə üzvləri və Əl-Qaidə tərəfindən təlimə cəlb edilərək hazırlanmış döyüşçülər də yer almışdılar. 

Amerikalı analiklərin araşdırmalarına görə, 1994-cü ilin yanvarından etibarıyla Ben Laden Sudanda ən azı üç əskəri təlim düşərgəsi quraraq, fərqli ölkələrdən gələn üsyançılara təlim verməyə başlamışdı. O, 1995-ci ildə kral Fəhdə yazdığı açıq məktubda, Amerika qüvvələrinin Səudiyyə Ərəbistanını tərk etməyənə qədər çeşidli hücumlar gerçəkləşdirəcəyini bildirməkdəydi. Bu hədənin nəticəsi özünü çox gözlətmədi və 13 noyabr 1995-ci il tarixində Ər-Riyadda  bulunan, Amerika həbçilərinin nəzarətində olan “Səudiyyə Ərəbistanı Milli Mühafizləri” adlı təlim mərkəzinə bomba yüklü maşınlarla hücum  düzənlendi. 7 nəfərin hayatını itirdiyi hücumu gerçəkləşdirənlər arasında olduğu söylənilən dörd nəfər aprel 1995-ci ildə televizİyada yayınlanan etiraflarında Ben Ladendən təsirləndikdiklərini ifadə etdilər. Ben Laden isə verdiyi müsahibələrində bu aksiya ilə hər hansı bir əlaqəsinin olmadığını, ancaq baş verən hadisədən məmnuniyyət duyduğunu dilə gətirdi. 

1995-ci ilin 26 iyununda Efiopiyaya səfəri sırasında Misir diktatoru Hüsnü Mübarəkə sui-qəsd cəhdi oldu. Belə hesab edilir ki, bu sui-qəsdin arxasında Əl-Qaidə ilə eyni xətdə olan, onunla birlikdə fəaliyyət göstərən “İslam Camaatı”  ilə “Misir İslam Cihadı” təşkilatları durmaqda idi və bu aksiyanın təşkilatçısı Sudanın xüsusi xidmət təşkilatı idi. Bu hadisədən sonra ABŞ-ın təzyiqi ilə üzləşən Sudan Hüsəma ben Ladeni ölkədən xaric etməyə məcbur oldu. Belə olan halda Hüsəma ben Laden 1996-cı ilin mayında Sudanı tərk etmək və Əfqanistana döbmək məcburiyyətində qaldı. Burada o, Cəlalabad şəhrində məskunlaşdı.

Deyilənlərdən başqa, 1995-ci ilin yanvar ayında Filippinin paytaxtı Maniladadaki bir evdə çıxan yangından sonra başladılan istintaq zamanı “Bojinka planı” adlı bir plan üzə çıxdı. Əl-Qaidə ilə əlaqəli şəxslər tərəfindən tərtib edilmiş bu planda Papa II İohan Paula  sui-qəsd, Asiya ilə ABŞ arasında səfər edən on bir sərnişin təyyarəsinin partladılması və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Virciniya ştatındakı mərkəzinə təyyarə ilə hücum yer almaqda idi.

Həm “Səudiyyə Ərəbistanı Milli Mühafizləri” adlı təlim mərkəzinə bomba yüklü maşınlarla hücum, həm Hüsnü Mübarəkə təşkil edilən sui-qəsd cəhdi, həm də Filippindən əldə edildiyi deyilən plan barədə mətbuatda çox sayda məqalələr yazılıb-pozulsa da, onların Əl-Qaidə ilə bağlılığını sübut edən dəqiq faktlar ortaya qoyula bilmədi. Eyni sözləri 25 iyun 1996-cı il tarixində Səudiyyə Ərəbistanın Əl-Huber şəhərində ABŞ və digər koalisiya güçləri zabitlərinin məskunlaşdığı qonaq evi kompleksinə bomba yüklü maşınla düzənlənən və 19 Amerika hərbiçisinin ölümünə və 400 nəfərin yaralanmasına səbəb olan hücum barədə də söyləmək olar. Bu aksiyanı da kütləvi informasiya vasitələrində Əl-Qaidə ilə əlaqələndirməyə çalışdılar. Fəqət yenə də ortaya heç bir təkzibedilməz sübut qoyulmadı. 

Bununla belə, 1996-cı ilin 23 avqustunda Londonda ərəb dilində nəşr olunan “Əl-Qüds əl-Ərəbi” qəzetində Ben Ladenin adından bir bəyanat yayınlandı. Bu bəyanatda müsəlmanlara qarşı düşmən mövqeyi səbəbindən Səudiyyə Ərəbistanındakı ABŞ hərbi qüvvələrinə, eləcə də ümumilikdə ABŞ dövlətinə qarşı cihad elan edilməkdə, əsas hədəfin Amerika hərçilərini Ərəbistan yarımadasından çıxartmaq, Səudiyyənin ABŞ nökəri olan rəhbərliyini devirmək, İslamın müqəddəs məkanlarını xilas etmək və dünyadakı bütün İslami İnqilabi təşkilatları dəstəkləmək olduğu ifadə edilməkdə idi. 

1998-ci ilin sentyabrından Əfqanıstanın paytaxtı Taliban tərəfindən ələ keçirdikdən sonra Hüsəma ben Ladin Əfqanıstan İslam Əmirliyini qurdu və Talibanın himayəsi altında rahat yaşamağa başladı. O, Talibanın elit hissələrindən hesab edilən “055 batalyonu”nu maliyyələşdirməyə başladı və onların təlimini təşkil etdi.

23 fevral 1998-ci ildə Ben Laden və Əz-Zəvahiri “Əl-Qüds əl-Ərəbi”də fətva yayınladılar. Fətvada Əl-Əqsa məscidi və Məkkəni azad etmək üçün Amerikalıları və onların müttəfiqlərini mümkün olan hər yerdə vurmağın hər bir müsəlmanın vəzifəsi olduğu vurğulanır, müsəlmanlar yəhudi və xristianlara qarşı cihada çağırılırdı.  1996-cı ildəki çağrışdan fərqli olaraq, bu dəfəki fətva bir çox İslami təşkilatlar və müsəlman ziyalılar, o cümlədən elm adamları tərəfindən də müsbət qarşılandı, fətvanın altına daha beş fərqli İslamçı təşkilat lideri də imza adtı və fətva Dünya İslam Cəbhəsi adıyla yayınlandı.

7 avqust 1998-ci ildə Əl-Qaidə və “Misir İslam Cihadı” qurumu tərəfındən Tanzaniyanın Darüssəlam şəhəri və Keniyanın paytaxtı Nayrobidəki Amerika konsolluqlarına bomba yüklü maşınlarla hücum təşkil edildi. Bu aksiyada  224 nəfər öldü, 4.000-dən çox adam isə yaralandı.  Buna cavab olaraq ABŞ avqustun 20-də Xartumdakı “Əş-Şəfa” farmokologiya fabrikini və Əfqanıstandakı bəzi təlim düşərgələrini bombaladı. Fabrikin bombalanması orada kimyəvi silah istehsal edilməsi bəhanəsilə gerçəkləşdirildi. Halbuki o fabrikada tibbi dərmanlar istehsal edilirdi. Bunu sonralar Amerikalı mütəxəssislər də etiraf etməyə məcbur oldular.

2000-ci ilin 1 mart tarixində Əl-Qaidə üzvləri tərəfindən İordaniyadakı dörd fərqli nöqtədə - paytaxt Ammandakı “Radisson Hotel”də, İsrail-İordaniya sərhəddində, xristianlar üçün müqəddəs sayılan Nibu dağında və Həzrət Yəhyanın (ə) Həzrət İsanı (ə) vəftiz  etdiyinə inanılan Şeri çayı shilindəki bir yerdə, eləcə də ABŞ-ın Los-Anceles şəhərindəki Beynəlxalq hava limanında partlayışlar törədilməsinin, Yəmənin Ədən şəhərində lövbər atmış ABŞ-a bağlı “USS The Sullivans (DOG-68) gəmisinin hücuma məruz qalmasının planlaşdırıldığı, fəqət bunlardan heç birinin baş tutmadığı iddia edildi. Bu iddia mediada geniş təbliğ edildi və həmişəki kimi ortaya yenə də heç bir sübut qoyulmadı. 12 oktyabr 2000-ci il tarixində “USS The Sullivans (DOG-68) gəmisinə gerçəkdən də hücum təşkil edildi, 17 Amerikalı əskər öldü, 39 əskər də yaralandı.

2001-ci ilin 11 sentyabrında ABŞ-da daxili xəttlər üzrə uçuş gerçəkləşdirən dörd təyyarə qaçırıldı. “Airlines 11” və “Airlines 175” xətləri ilə səfər edən iki təyyarə qısa arayla Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldılar və qüllələrin hər ikisi darmadağın oldu. “Airlines 77” xətti üzrə səfər edən təyyarə isə özünü Pentaqonun binasına çırpdı və binaya böyük xəsarət yetirdi. Konqres bunasına və ya Ağ evə çırpılması planlaşdırılan “Airlines 93” marşrutlu dördüncü təyyarə isə ABŞ-ın havadan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildi. Bu aksiya nəticəsində təyyarələri qaçıran 19 nəfər də daxil olmaqla, 2.996 nəfər öldü, 6.000-dən çax adamsa yaralandı. 16 sentyabr günü Ben Laden tərəfindən verilən bəyanatda sözügedən hadisənin ona aidiyyatı olmadığı bildirildi. 3 il sonra, daha dəqiq desək, 29 oktyabr 2004-cü il tarixində yayınlanan videosunda isə, o ilk dəfə 11 sentyabr aktını özünün təşkil etdiyini iddia etdi. FBİ tərəfindən yürüdülən araşdırma nəticəsində hücumu təşkil edən adamların Əl-Qaidə ilə əlaqələri olduğu “təsdiqləndi”. Hüsəma ben Laden 1 №-li terrorist elan edildi.

11 sentyabr hadisəsi ABŞ-a çoxdan planlaşdırdığı “Böyük Orta Şərq” planını həyata keçirmək üçün bəhanə verdi. Planın “Terrorizmə qarşı mübarizə” adı altında gerçəkləşdirilməsi qərara alındı. 7 oktyabr 2001-ci ildə, Əfqanıstandakı Taliban və Əl-Qaidə hədəflərinin ABŞ və Britaniya hava qüvvələri tərəfindən bombalanmasıyla Əfqanıstan müharibəsi rəsmən  başlamış oldu. “Şimal İttifaqı” ilə birlikdə hərəkət edən koalisiya güçləri, 2001-ci ilin noyabrında paytaxt Kabili işğal edərək, Əfqanıstan İslam Əmirliyinə son qoydu, fəqət Talibanı yıxmaq mümkün olmadı. Bu işğal əfqan xalqını Talibana rəğbətlə yanaşmağa sövq etdi və əfqanlar, əsasən pəştular Taliban başçılığında ABŞ və müttəfiqlərinə qarşı müqəddəs cihada başladılar.

O gündən 19 il keçməsinə baxmayaraq, əfqan xalqına qalib gəlmək mümkün olmayıb. Bu azmış kimi, ABŞ hakimiyyəti dünənə qədər “terrorist” adlandırdığı Talibanla sülh danışıqlarına başlamaq və bir masa arxasına oturmaq məcburiyyətində qalıb.

Əfqanıstanın işğalından təqribən iki il sonra, daha dəqiq desək, 2003-cü ilin 20 martında ABŞ və müttəfiqləri Səddam Hüseyni devirmək məqsədilə İraqın işğalına başladılar, beləcə, “Böyük Orta Şərq” planının ikinci mərhələsi başlamış oldu.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin