Ətrafında olan bir adam:
-Ey Allahın Peyğəmbəri! iraqımıza da (dua et), - dedi.
Rəsulullah (s):
-Şeytanın buynuzu orada ortaya çıxacaq və fitnə orada yayılacaqdır, - buyurdu”.
Dövrümüzədək Şamla, yəni Suriya ilə bağlı bir çox hədis yetişmişdir ki, onlardan biri də Termizi, Müslim, Əhməd, İbni Hibban, Əbdürrəzaq və s. mühəddilərin nəql etdiyi bir hədisdir:
“Abdullah bin Amr, atasından (r) belə rəvayət etmiştir.
Rəsulullah (s):
-Qiyamətdən öncə Hadramevtdən və ya Hadramevt tərəfindən bir atəş çıxacaq və insanları ətrafında toplayacaqdır.
Əshab:
-Ey Allahın Rəsulu! (O zaman) bizə nə etməyimizi əmr edərsən? – deyə soruşdular.
Dostları ilə paylaş: |