Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


-Nə xoş Şama! Nə xoş Şama! - buyurdu



Yüklə 1,7 Mb.
səhifə60/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   56   57   58   59   60   61   62   63   ...   97
-Nə xoş Şama! Nə xoş Şama! - buyurdu.

Mən:

-Şamın əhvalı nədir? – deyə soruşdum. Rəsulullah (s) da:

-Mələklər Şamı qanadlarının üzərinə gərmişlərdir, - buyurdu”.

Əlbaninin zəif hesab etdiyi bir hədis də belədir:

Şam həlak olduğunda artıq ümmətimdə xeyr qalmamışdır demək olacaq. Ümmətimdən bir tayfa haqq uğrunda Dəccalla savaşmağa davam edəcəkdir”.

Beləliklə, Şamda, yəni Suriyada çıxan atəş get-gedə böyüyərək, qanlı savaşlar şəklini almaqdaydı. İlk böyük çatışmalar Hüms, Dera və Şamda yaşansa da, qısa müddətdə bütün ölkəyə yayılmış, Cisr əş-Şuğur müharibəsi və Hama mühasirəsi Suriya vətəndaş müharibəsi tarixinə  ilk böyük şəhər savaşlarının yaşandığı nöqtələr kimi düşmüşdür.

2012 və 2013-cü illər müxaliflərin üstünlüyü ələ keçirtdikləri illər oldu. Onlar Şam (Dəməşq) şəhirinin mərkəzinin bir neçə kilometrliyinə qədər irəlilədilər, Hələbin böyük bölümünü ələ keçirdilər. Hümsdə də savaş şəhər mərkəzində getməkdəydi. Şimal və Şərqi Suriyanın böyük bir hissəsi Əsəd rejiminə bağlı qüvvələrdən azad edildi. Fürsətdən istifadə edən YPG (PYD)  terrorçuları Afrin, Ayn əl-Ərəb (Kobani) və Hasekedə kürd muxtar kantonlar elan etdilər.

2013-cü ilin sonu və 2014-cü ilin başında müxaliflərin xarici dəstəyi böyük ölçüdə itirməsi və aralarında çarpışmaya başlaması nəticəsində rejim güclərinin irəliləməyə başladığı dövr olmuşdur. Rejim paytaxt Dəməşqin mərkəzinin əsas hissəsində möhkəmlənə bilmiş, Hama və Hünsün əsas hissəsi və Lazkiyə (Latakiya) yolu rejimin nəzarətinə keçmişdir. Bu sırada İŞİD də Şimal və Şərq bölgələrinin çoxunda möhkəmlədi.

2015-ci ildə muxaliflərin aralarındakı ixtilaflara son qoyması, bir çox bölgədə işbirliyinə getməsi ilə rejimin irəliləməsi durduruldu, müxaliflər Hələbin mühasirəsini qırdı, İdlib şəhər mərkəzini rejimdən aldı və İdlibin ətraf bölgələri rejim güclərindən böyük ölçüdə təmizləndi. Fəqət işin içinə rejimə dəstək verən Rusiya və İranın girməsilə vəziyyət yenidən dəyişməyə başladı.

2015-ci ilin sentyabrından etibarən Rusiya təyyarələrinin müxaliflərə havadan yağdırdığı bombalar, eləcə də atdığı roketlər müxalifətin lehinə olan güc balansını onların əleyhinə dəyişməyə başladı. 2015-ci ilin sonları Rusiya, İran və İrana bağlı çoxsaylı terrorçu şiə qruplaşmalarının Əsəd rejiminə dəstəyini önəmli ölçüdə artırdığı bir dönəm oldu. Müxaliflər isə Qərbdən aldıqlarıı dəstəyi itirdilər. Səbəb də Qərbin İrana “Şiə hilalı”nı qurmaqda mane olmaq istəməməsi idi.

Qərb Türkiyənin İslam dünyasına açılmasını önləmək üçün onunla Suriya və İraq arasında iki mühafizə zolağı qurmaq istəyirdi. Bunlardan birincisi İran sərhəddindən Aralıq dənizi sahillərinə qədər uzanan, İraq və Suriyanın şimal bölgələrini əhatə edən kürd bölgəsi və ya kürd zolağı idi, ikincisi isə İranın əli ilə qurulmağa çalışılan “Şiə hillaı” layihəsi idi. Qərbin Suriya müxalifətinə yardım etmək istəməməsinin əsas səbəbi də məhz bu idi. Bəhanə kimi isə İŞİD təhlükəsi göstərilirdi. İŞİD-in İslam Xilafəti qurmaq ideyası həm Qərbin, daha dəqiq desək, ABŞ-ın, həm Lazkiyə və Tarsusdakı sovet dönəmindən qalma hərbi bazalarını əldə saxlamaq istəyən Rusiyanın, həm də bölgəni sünni müsəlmanlardan təmizləyərək, “Şiə hillalı” qurmaq, bu yolla əski Sasanilər imperiyasını bərpa etmək arzusunda olan İranın məqsəd və hədəfləri üçün əsas maneə rolunda çıxış edirdi. Odur ki, onun ləğv edilməsində hər üç ölkə - həm Rusiya, həm ABŞ, həm də İran maraqlı idilər.

2016-cı ildə rejim və müttəfiqləri, yəni Rusiya və İran İŞİD-i və digər müxalif qüvvələri Hələb ətrafındakı bir çox yaşayış yerindən sıxışdırdılar. Bundan başqa, Türkmən dağının böyük qismini və Palmira şəhərini ələ keçirdilər.  Həmin sırada ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı savaşan YPG (PYD) martın 16-da Suriyanın şimalında “Şimali Suriya Federasiyası” adı altında kürd dövləti qurmaq niyyətini açıqladı. Belə olan halda, Türkiyə artıq baş verənlərə seyrçi qala və cənub sərhəddində terrorçu bir dövlətin yaranmasına imkan verə bilməzdi. Odur ki, rəsmi Ankara hərbi müdaxilə qərarı vermək məcburiyyətində idi və verdi də. Bu o zamana təsadüf etdi ki, Suriyanın şimalında sevimli Peyğəmbərimizin (s) 1400 il öncə xəbər verdiyi kimi, qara bayraqlılarla sarı bayraqlılar, yəni İŞİD-lə kürd terrorçuları arasında qanlı savaş gedirdi.

Martın 31-də Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən belə bir xəbər yaydılar ki, əgər ABŞ Hərbi Hava Qüvvələrinin dəstəyi ilə İŞİD mövqelərinə hücuma keçən kürd terrorçu dəstələri Türkiyənin təhlükəsizliyi baxımından “qırmızı xətt” təşkil edən Əzaz-Cərablus xəttini keçərlərsə, Türkiyə silahlı qüvvələri onlara qarşı atəş açacaqdır.

Avqustun 24-də Türkiyə müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriya ərazisində “Fərat qalxanı” adı altında hərbi əməliyyata başladığını elan etdi və bu hərəkatın əsil məqsədinin Cərablus və Əl-Bab şəhərlərinin də daxil olduğu 5 min kv. km-lik bir ərazini İŞİD-dən təmizləmək olduğunu bəyan etdi. Əslində isə, əsil hədəf İŞİD yox, ABŞ-ın qurmaqda olduğu kürd zolağını yarmaq və bu zolağın Aralıq dənizinə çıxışını, eləcə də Afrin və Münbic kantonları arasındakı rabitəni kəsmək idi. İŞİD onsuz da ABŞ-ın havadan verdiyi dəstəklə irəliləməkdə olan kürdləri artıq durdurmaq gücündə deyildi.

Əməliyyat səhər saat 04.00-da başladı və həmin tarixdə müsəlman Türkiyə ordusunun gələckdə Bəni-Əsfərlə (ruslarla) savaşacağı, yəni Məlhəməyi-Kübranın baş verəcəyi yer olan əraziyə, yəni Amiq ovası ilə Dabiq şəhəri arasındakı torpaqlara daxil oldu. Və beləcə yerli müsəlmanlar həm ABŞın dəstəklədiyi sarı bayraqlılara, yəni YPG (PYD-yə, həm farslarla (İranla) eyni cəbhədə savaşan digər sarı bayraqlılara, yəni Hizbullaha, həm də Bəni-Əsfərə (ruslara) qarşı böyük bir dəstək əldə etmiş oldular. Artıq onlar göydən başlarına od yağdıran, şəhər və kəndlərini xarabazara çevirən, ailələrini vəhşicəsinə məhv edən İslam düşmənlərinə qarşı tək qalmayacaqdılar. NATO-nin ikinci böyük ordusu, NATO-ya üzv olan yeganə müsəlman ölkəsinin böyük və güclü ordusu onların yanında yer almaqdaydı.

Beləcə, sevimli Peyğəmbərimizin (s) Əbu Hüreyranın dilindən anladılan aşağıdakı hədisi gerçəkləşmiş oldu:

Rəsulullah (s) belə buyurdular: Məlahim vüquya gəldiyi zaman Allah məvalidən (ərəb olmayan müsəlmanlardan) elə bir ordu göndərəcək ki, atların cinsi baxımından ərəblərın ən qiymətlisi və silah baxımınada onların ən yaxşısı olacaq, Allah İslam dinini onlarla təyid edəcək, yəni qüvvətləndirəcəkdir” (İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı, 17, 559-560).

Beləliklə, Türkiyə ordusunun Azad Suriya ordusu ilə birlikdə həyata keçirməkdə olduqları “Fərat qalxanı” əməliyyatının başladığı 24 avqust 2017-ci il tarixi Allah tərəfindən həmin ordunun göndərildiyi tarix hesab edilə bilər.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin