Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020



Yüklə 1,7 Mb.
səhifə62/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   58   59   60   61   62   63   64   65   ...   97
"Rəsul (ə): Beytül-Məqdisin yenidən qurulması Yəsribin (Mədinənin) xarabalığa çevrilməsidir. Yəsribin xarabəsi məlhəmənin (savaşın) çıxmasıdır. Məlhəmə Qənstəntiniyyənin (İstanbulun? Moskvanın? Romanın?) fəthidir, Qənstəntiniyyənin fəthi Dəccalin çıxmasıdır! - buyurdu. Sonra əlini xitab etdiyi şəxsin (Muazın) dizinə vurdu və: Sənin burada oturmuş olman necə gerçəkdirsə, bu söylədiyim də eləcə gerçəktir, - buyurdu" (Müsnəd, 22023; Əbu Davud, 4294).

Hədisdə zikr edilən Qənstəntiniyyə şəhərinin adından sonra niyə mötərizə açaraq, “İstanbulun? Moskvanın? Romanın?” yazdığımızı növbəsi gəldiyində izah edəcəyik. Hələliksə qeyd edək ki, Bu hədis Armageddon savaşı ilə Məlhəmə-i Kübranın eyni şey olduğunu, Məlhəmənin başlama tarixinin Beytül-Məqdisin bərpası və Mədinənin xarabəyə çevrilməsi ilə eyni vaxta təsadüf edəcəyini düşünməyə əsas verir. Lakin digər hədislər göstərir ki, Məlhəmə Dabiq və Amiq arasında yerləşən bir yerdə başlayacaqdır. Deməli, bu halda söhbət ya iki fərqli Məlhəmə-i Kübradan ya da eyni müharibənin iki fərqli fazasından getməlidir. Yəni müharibənin birinci fazası Amiq və Dabiq arasında başlayacaq, ikinci fazaya keçid isə III Süleyman (ə) məbədinin tikilməsindən, yəni Beytül-Məqdisin bərpasından sonra baş verəcək.

Nəfi bin Ütbə bin Əbil Vəqqasdan (r) nəql edilən aşağıdakı hədis Məlhəməy-i Kübranın önəmli bir hissəsini Dəccalla müharibə təşkil edəcəyinə işarə etməkdədir:

"Hicazla (Ərəbistan yarımadasının qərb tərəfi) savaşacaqsınız, Allah sizə fəth nəsib edəcək. Sonra farslarla savaşacaqsınız, Allah sizə fəth nəsib edəcək. Sonra rumlarla savaşacaqsınız, Allah sizə fətih nəsib edəcək. Sonra Dəccalla savaşacaqsınız, Allah sizə fəth ehsan edəcək" (Müsnəd, 1540; Müslim, 2900).

Dəccalla savaş isə, çox güman ki, İsrail ərazisində olacaq.

Hədislərdə ruslardan bəzən “Bəni-Əsfər”, bəzənsə “Rumlar” kimi bəhs edilir. Bir hədisdə onlar “Rumlar” kimi qeyd edilir və deyilir ki, "Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...” (Müslim, 2897). Bu isə o deməkdir ki, Məlhəmə-i Kübra və ya da onun birinci fazası rusların Suriyaya müdaxiləsi ilə başlayacaqdır.

Amiq deyildikdə Amiq ovası nəzərdə tutulur. Onun əsas hissəsi Türkiyənin Xətay elində, Xətay çöküntülü sahəsinin tam mərkəzində, kiçik bir hissəsi isə Suriyadadır. Kənd təsərrüfatı baxımdan çox məhsuldar torpaqlara sahibdir. Burada vaxtilə Amiq adlı bir göl vardı. Asi çayı, eləcə də Qarasu və Afrin çayları bu gölə axırdı. Bu çaylardan Asi çayı öz mənbəyini Livanın Bekaa vadisindən alır, Suriyanın Lazkiyə (Latakiya) ərazisindən keçərək, Amiq ovasına istiqamət alır. Afrin çayı isə adından da göründüyü kimi mənbəyini Suriyanın Afrin bölgəsindən alır.

Dabıq isə Suriyanın şimal-qərbində, Hələbin Əzəz bölgəsinədə yerləşən bir qəsəbədir.

Amiq və Dabıq arasında qalan bölgə, yəni Məlhəmə-i Kübranın başlamalı olduğu əraziyə Suriyanın Əzəz, Cərablus, Hələb, Afrin, Münbic, İdlib və Lazkiyə, o cümlədən Xmeymim yaşayış məntəqələri və ətrafları daxildir.

Ruslar ilk öncə məhz Xmeymim və Lazkiyəyə gəldilər. Onun ardınca Türkiyə əskərləri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əzəz və Cərablus bölgələrinə daxil oldular.

Əməliyyat Türkiyə silahlı qüvvələrinin Cərablusdakı YPG (PYD) terrorçularını toplardan bombardımana tutması ilə başladı. Rəsmi məlumatlara görə 294 topçu atəşi ilə 81 hədəf məhv edildi. 3 saat sonra Türkiyə Silahlı Qüvvətlərinə bağlı çox sayıda tank və zirehli birlik sınırı keçərək oradakı Azad Suriya Ordusu mənsubu müsəlman türkmən və ərablərlə bir araya gəldi. İlk hücumdaca Azad Suriya Ordusu Kəklicə və Qıvırcıq qəsəbələrini ələ keçirdi. Əməliyyat sırasında ərəb birlikləri qollarına qırmızı, türkmən birlikləri isə firuzəyi sarıqlar taxmışdılar və beləcə bir-birlərini tanıya bilirdilər. 15 saat içərisində Cərablus Azad Suriya Ordusunun əlinə keçdi. IŞİD müqavimət göstərmədən geri çəkildi. Bu səbəbdən də Türkiyə ordusu Cərablusa daxil olarkən itki vermədi. Azad Suriya Ordusunun sadəcə bir məsubu şəhid oldu. 

Cərablusun ələ keçirilməsindən sonra Suriya rejimindən təpki gəldi. Rejim Türkiyə tanklarının sınırı keçib Cərablusu nəzarət altına almasını "işğal" kimi dəyərləndirdi.

25 avqustda Türkiyə Cərablusa doğru hərəkət edən YPG (PYD) mənsubu bir qrup terroristi Qarqamışdakı toplardan atəşə tutdu. 26 avqust günü saat 00:20-də Türkiyə SQ tərəfindən tərtib edilən mətbuat konfransında, "Fərat Qalxanı” hərəkatının davam etdiyi, bölgədə yaşayan mülki xalqın zərər görməməsi üçün hər cür tədbirin alındığı və bu mövzuda böyük həssasiyət göstərildiyi bəyan edildi. Eyni zamanda, Türkiyə SQ-inin ələ keçirdiyi torpaqları işğal etmək fikrində olmadığı və terroristlərdən azad edilən ərazilərin Azad Suriya Ordusunun ixtiyarına veriləcəyi bildirildi.

27 avqust 2016-cı il tarixində kürd terrorçularının Amerikalılardan aldıqları roketlərlə Türkiyə birliklərinə doğru açdıqları atəş nəticəsində bir tank yüngül, diğəri isə ağır zədə aldılar. 3 türk əskəri yaralandı və 1 əskər də şəhid oldu

29 avqust 2016-cı il tarixində 400 km²-lik geniş ərazidə yerləşən Tukhar Qəbir, Halvanji, Möhsinli və Ərəb Həsən Sağır kimi 43 kənd nəzarət altına alındı.

30 avqust. Türkiyə SQ 21 hədəfə 108 atış atıldığını açıqladı. Eyni zamanda "tank ovcusu" kimi tanına A-10 tipli təyyarələr ilk dəfə istifadə edildi və 2 hədəf məhv edildi. Türk ordusu həmin gün Suriyanın 24 kilometr dərinliyinə qədər daxil oldu.

31 avqust. 25 hədəf uzaqvuran “Fırtına” toplarından atılan 107 atəşlə zərərsizləşdirildi. Diğər yandan sınıra tank sövqiyyəti davam etdi. Cərablusun qərbində 1 türk tankı roketlə vuruldu, 3 əskər yaralandı. Türkiyə Silahlı Qüvvələri tanka atəş açılan nöqtəni məhv etdi.

1 sentyabr. Türkiyə SQ15 hədəfə 99 atəş açıldığı barədə məlumat yaydı. Ümumilikdə 262 hədəfin məhv edildiyi bildirildu. Cərablusun qərbində Zavqar, Tel-Ağbar, Şainə, Külliyə və Əs-Sabuniyə kəndləri ələ keçirildi.

3 sentyabr. Türk zirehli vasitələri Kilisin Əlibəyli elçəsindən Suriyanın Çobanbəy elçəsinə, Ria qəsəbəsinə girdi. Beləcə əməliyyatın ikinci mərhələsi başladı. Gün içində Türk Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Ərəb İzzah, Ər-Fursan və Əl-Rai bölgələrində torpaq qazanmağa başladı. Türkiyə Silahlı Qvvələri verdiyi açıqlamada İŞİD mənsublarının mövqelərindən döyüşsüz çəkildiklərini bildirdi. Beləcə, Kubba Turkuman aerodromu döyüşsüz ələ keçirildi və ilk dəfə Əl-Baba yürüşün başlanacağı söylənməyə başlandı.

4 sentyabr. Əl-Rai bölgəsinə gerçəkləşdirilən hücum nəticəsində Əzəz-Cərablus xətti də tamamən Türk Silahlı Qüvvələrinin əlinə keçdi. İŞİD bölgədən döyüşsüz geri çəkildi. Türkiyə ordusu Tuvayran, Qübbə Türkmən, Əl-Kadi, Tel-Ar, Əs-Süveydah, Vüquf və Tel-Battal bölgələrində bulunan kürd terroristlərinin mövqelərinə 293 dəfə toplardan atəş açıldığını və 83 hədəfin məhv edildiyini açıqladı.

5 sentyabr. İŞİD-in geri çəkilməsilə Əzəz-Cərablus arasındaki avtomobil yolu nəqliyyatın üzünə açıldı. 12 bölgə Türk Silahlı Qüvvələrinin əlinə keçdi.

6 sentyabr. Vüquf bölgəsində 2 türk tankına roketlərdən atəş açıldı. Türk ordusu itkilərə məruz qaldı. 3 türk əskəri şəhid oldu, 1 əskərsə yaralandı.

7 sentyabr. Şandır bölgəsindəki 4 hədəf zərərsizləşdirildi.

8 sentyabr. Kantara, Əş-Şəhid, Əl-Humran və Daşlı Höyük məhəllələri ələ keçirildi.

9 sentyabr. Daha bir türk tankı vuruldu, 3 türk əskəri şəhid oldu, 1 əskər yaralandı. Tel-Əli, Tel əl-Hava və Vüquf bölgələrində 4 IŞİD qərargahı yerlə bir edildi.

Həmin gün İsveçrədə Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin irəliləyişini əngəlləmək üçün Suriya barədə çoxpilləli plan haqqında razılığa gəldilər. Plana atəşin 7 günlüyünə dayandırılması, müxalifətin və terrorçu qruplaşmaların təsnifi və humanitar yardımların çatdırılması məqsədilə Kastello yolu ətrafında silahdan arındırılmış zonanın yaradılması daxil idi. O, sentyabrın 12-dən qüvvəyə minməli idi. Rusiya və ABŞ İŞİD-in geri çəkiləcəyini, Türkiyənin də kürd terrorçularının müqavimətini asanlıqla qıraraq bu cür sürətlə irəliləyəcəyini gözləmirdilər. Türkiyənin Suriyada “Bataqlığa” düşəcəyinə inanırdılar. Fəqət bunun əksi baş verməkdə idi.

10 sentyabr. Türkiyə ordusu daha 10 hədəfi vurdu. Gün ərzində 6 mina zərərsizləşdirildi.

11 sentyabr. Türk ordusunun irəliləyişi, IŞİD-in geri çəkilişi davam etdi. Qaziantepdən döyüş bölgələrinə tank və əskər göndərilməsi də aralıqsız davam etdi.

12 sentyabr. Türkiyə SQ əməliyyatın 20-ci günündə 845 kilometrlik sahənin nəzarət altına alındığını, irəliləyişin davam etdiyini və həyata keçirilən 2 hava hücumu ilə bir silah-sursat ambarının və bir topçu mənzilinin zərərsizləşdirildiyini bildirdi.

Həmin gün Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerrinin İsveçrədə sentyabrın 7-də əldə etdikləri Suriya barədə çoxpilləli plan haqqında razılaşma qüvvəyə mindi.

13 sentyabr. Rai, Əzəz və Cərablus bölgələrində kəşfiyyat, müşahidə əməliyyatları davam etdi.

17 sentyabr. Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerrinin İsveçrədə sentyabrın 7-də əldə etdikləri və 12 sentyabrda qüvvəyə minən Suriya barədə çoxpilləli plan haqqında razılaşma Əsəd rejiminn və Rusiyanın ona əməl etməmələri səbəbindən pozuldu.

Həmin gün ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Deyr əz-Zor istiqamətində irəliləyən Əsəd qüvvələrinə havadan zərbə endirdilər. Nəticədə rejimin 60 əskəri öldü və 100 nəfər də yaralandı. Bu, İŞİD-in işinə yaradı və İŞİD dərhal şəhərin yaxınlarında yerləşən aviabazanı mühasirəyə aldı.

19 sentyabr. Hələb yaxınlarında BMT və Suriyanın Qırmızı Aypara Cəmiyyətinin birgə təşkil etdikləri humanitar yardım konvoyuna zərbələr endirildi. ABŞ bunun məsuliyyətini Rusiyanın və Əsəd rejimini daşıdığını bəyan etdi. Rusiya isə insindentə səbəb kimi ABŞ-ın müxalifətlə terrorçuların təsnifinə mane olmasını göstərdi. ABŞ da öz növbəsində Rusiyanı problemin siyasi yollarla həllinə nail olmaq üçün Bəşər Əsədə təzyiq göstərməməkdə günahlandırdı.

19 sentyabr. Ən-Nüsra Cəbhəsi Hələb ətrafında rejim qüvvələrinə və onlara dəstək verən İrana bağlı qüvvələrə hücuma keçdi.

22 sentyabr. Rejim qüvvələri havadan Rusiyanın, yerdə isə İrana bağlı qüvvələrin dəstəyi ilə şəhəri xarabazara çevirmək və dinc əhalini məhv etmək hesabına Hələbi ələ keçirdilər. Şəhəri müdafiə edən Ən-Nüsra Cəbhəsinin döyüşçüləri dinc əhalini xilas edə bilmək üçün şəhər əhalisinin sağ qalan hissəsi ilə birlikdə İdlibə çəkilmək məcburiyyətində qaldılar.

3 oktyabr. ABŞ Rusiya ilə atəşkəsə nail olmaq üçün saxladığı ikitərəfli əlaqəyə son verdiyini, bununla belə, Rusiyanın Müdafiə Nazirliyi ilə koordinasiyanın davam etdiriləcəyini bəyan etdi.

16 oktyabr. Dabıq və ətrafındakı Suran və Ahterin şəhərləri Türkiyə dəstəkli Azad Suriya Ordusunun nəzarətinə keçdi. Heç kəsin gözləmədiyi halda, İŞİD Dabiqi, demək olar ki, müqavimətsiz tərk etdi. Halbuki İŞİD mənsubları bura çox böyük önəm verir və aşağıdakı hədisə istinad edərək, “Rumlar”, yəni xristianlar (Rusiya) üzərində məhz Dabıqda böyük qələbə çalacaqlarına inanır və həmin günü gözləyirdilər:


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin