Bunun üzərinə yola çıxarlar. Ancaq bu xəbər yanlışdır. Şama gəldiklərində (Dəccal) çıxar. Bunlar savaş üçün hazırlıq görüb səflərini düzərkən, “namaz üçün qamət oxunur” – deyərkən, İsa ibn-i Məryəm (ə) enər və onlarla getmək istər. Allahın düşməni İsanıı (ə) görüncə, eynən duzun suda əriməsi kimi əriyər və əriyər. Əgər buraxacaq olsa, (öz-özünə) həlak olana qədər əriyəcəkdi. Ancaq Allah onu İsanın əliylə öldürər, elə ki onlara, mizrağındakı qanını göstərər" (Müslim, Fitən, 34, 2897).
XVI FƏSİL
Dəccalın zühuru, Dabbətül-Ərz, Yəcuc və Məcuc
Abdullah bin Büsrdən nəql ediləm bir hədisdə belə deyilməkdədir:
“Məlhəmə-i Kübra ilə Qənstəntıniyyənin fəthi arasında altı il vardır. Yeddincidə Məsih (Maşiah) – Dəccal çıxar” (Əbu Davud, Məlahim, 4, 4296; İbn-i Mace, Fitən 35, 4093).
Əgər Məlhəmə-i Kübranın başlanğıcını rusların Suriyaya gəldiyi 2015-ci ili qəbul etsək, bu deməkdir ki, Qənstəntiniyyənin (Romanın? İstanbulun? Moskvanın?) fəthi 2021-ci ildə, Dəccalın zühuru isə 2022-ci ildə baş verməlidir. Yox, başlanğıc kimi rusların müsəlmanlarla sülhü (Soçi razılaşmasını) pozduğu (Müsnəd, 16826; Əbu Davud, 4292) və İdlibdə Türkiyə-Rusiya savaşının çıxdığı 2020-ci ili qəbul etsək, Qənstəntiniyyənin fəthinin 2026-cı ildə, Dəccalın zühurunun isə 2027-ci ildə baş verəcəyini düşünmək olar.
Doğrusunu, təbii ki, Allah bilir.
Ortada başqa bir hədis də var:
“Məlhəmə-i Kübra, Qənstəntiniyyənin fəthi və Dəccalın ortaya çıxması yeddi ay içərisində meydana gələr”( Termizi, Fitən, 58).
Bu hədis 2015-ci ili başlanğıc kimi götürməyin doğru olmayacağını təsdiqləyir.
Yenə də doğrusunu Allah bilir.
Dəccal haqqında çox sayda hədis vardır. Onlardan bir neçəsini gözdən keçirək.
İbn-i Abbasdan (r) nəql edilən hədis:
“Rəsulullah (s), təşəhhüddən sonra bunu oxuyardı: “Allahım, mən cəhənnəm azabından Sənə sığınıram. Qəbir əzabından da Sənə sığınıram. Dəccal fitnəsindən də Sənə sığınıram. Həyat və ölüm fitnəsindən də Sənə sığınıram”” (Əbu Davud, Salat 184, 984).
Hüzeyfədən (r) nəql edilən hədis:
“Rəsulullah (s) buyurdular ki: “Hər ümmətin məcusiləri vardir. Bu ümmətin məcusiləri qədər yoxdur!.. Bunlardan kim ölərsə cənazələrində hazır olmayın! Onlardan kim xəstələnərsə onu ziyarət etməyin! Onlar Dəccalın dəstəsidir. Onları Dəccala ilhaq etmək Allah üzərinə bir haqdır”” (Əbu Davud, Sünnət 17, 4692).
İbn-i Ömərdən (r) nəql edilən hədis:
“Rəsulullah (s) buyurdular ki: “İrəlilərdə gənç bir dəstə ortaya çıxacaq. Bunlar Quranı oxuyacaqlar, ancaq oxuduqları qırtlaqlarından aşağıya keçməyəcək. Onlardan bir qrup çıxdıqca, kökləri qazılacaqdır".
İbn-i Ömər deyir ki, Rəsulullahın (s) “Onlardan bir qrup çıxanda kökləri qazılacaqdır" ibarəsini iyirmi dəfədən çox eşitdim".
Dostları ilə paylaş: |