Sözümə qulaq verin: Məni yaraladığı üçün bir adam öldürdüm,
Məni vurduğu üçün bir cavan öldürdüm.
Əgər Qabil üçün yeddi qat qisas alınacaqsa
Ləmek üçün yetmiş yeddi qat alınacaq».
Adəm yenə arvadı ilə yaxınlıq etdi, o da bir oğlan doğdu və «Qabil Habili öldürdü, Allah da onun yerinə mənə başqa bir övlad verdi» deyərək adını Şeys qoydu. Şeysin də oğlu oldu, adını Ənuş qoydu. Həmin vaxt insanlar Allahın adını çəkməyə başladılar”.
Eyni mövzuya İncildə, daha dəqiq desək, İbranilərə ünvünlünmış məktubun XI fəslinin 4-cü bəndində də toxunulmaqdadır:
“Habil imanı sayəsində Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi. Habil bu imanı sayəsində saleh olduğu barədə şəhadət aldı, çünki Allah onun bəxşişlərindən razı qaldı. Habil ölsə də, imanı vasitəsilə indiyədək danışır”.
Beləliklə, artıq qeyd etdiyimiz kimi, Həzrət Adəmlə (ə) Həvvadan sonra İblisin hədəfinə onların oğlanları gəlmiş və beləcə insanlıq tarixində ilk qətl hadisəsi həyata keçmişdir.