Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


Günəşin batdığı yerdən doğması



Yüklə 1,7 Mb.
səhifə73/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   69   70   71   72   73   74   75   76   ...   97
1. Günəşin batdığı yerdən doğması

2. Dəccal

3. Dabbətül-Ərz" (Müslim, İman 249, 158; Termizi, Təfsir, Ənam 3074).

Axırzamanın və qiyamətin əlamətlərindən biri kimi qəbul edilən Dabbətül-Ərz (الأر دابّة), haqqında müsəlman üləması haqqında bugünə qədər yekdil bir fikir yoxdur. İslam esxatologiyasına görə, Axırzamanda peyda olacağına inanılan bu varlıq haqqında Qurani-Kərimin Ən-Nəml surəsinin 82-ci ayəsində belə məlumat verilməkdədir:

O söz onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir Dabbə çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər”.

Bu məxluq haqqında müxtəlif fikirlər söylənmişdir. Bir çoxları onu heyvan hesab edir. Bəziləri sözün kökündəki “dabbəh” kəlməsini “cəsus” kimi şərh edir və bu halda söhbətin hansısa cəsusdan getdiyini söyləyirlər. Onu QİÇS və ya başqa xəstəlik hesab edənlər, bit, çəyitgə, qurbağa istilası sayanlar, avtobus, qatar, təyyarə və s. kimi şeylərə bənzədənlər də olub.

Rağib əl-İsfahaninin fikrincə isə, o, heyvan kimi qəbul edilən şərbaz, zərərlı kimsələrdir. Bu fikir bizə daha inandırıcı gəlir. Doğrusunu isə yalnız və yalnız Allah bilir.

Əhdi-Cədiddə Dəccalın (Antixristin) zühurundan öncə müəyyən qədər Qurani-Kərimdə haqqında bəhs edilən Dabbətül-Ərzi xatırladan heyvanlardan söhbət açılır. Fikrimizcə, Əhdi-Cədididn “Vəhy” kitabında təsvir edilən həmin heyvanlar barədə simvolik bir dillə söylənilənləri nəzərdən keçirməmizə ehtiyac var. Çünki orada söylənilənlər həm Axırzamanı, həm də Məlhəmə-i Kübranı daha dərindən anlamamıza yardımçı ola bilər.

Sözügedən kitabın XII fəslində deyili:

Göydə böyük bir əlamət göründü: günəşə bürünmüş bir qadın. Ay onun ayaqlarının altında idi, başında on iki ulduzdan ibarət tac vardı. Qadın hamilə idi və ağrıdan, doğuş sancılarından qışqırırdı. 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin