Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


Ravi Əl-Avvam demişdir ki, bunun təsdiqi Kitabullahda bildirilmişdir: "Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman



Yüklə 1,7 Mb.
səhifə85/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   81   82   83   84   85   86   87   88   ...   97
Ravi Əl-Avvam demişdir ki, bunun təsdiqi Kitabullahda bildirilmişdir: "Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman..." (Ənbiya surəsi, 96-cı ayə).

Yəcuc və Məcuc barədə uca Kitabımızda da məlumat verilməkdədir:

Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfaları) yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?”” (Əl-Kəhf surəsi, 94-cü ayə).

Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman...” (Əl-Ənbiya surəsi, 96-cı ayə).

Yəcuc və Məcuc qövmünün yaşadığı dağ hansı dağdır?

Təfsirçilər bu suala müxtəlif cavablar vermişlər. Bəzilərinin fikrincə, Zülqərneynin çəkdiyi sədd məşhur Çin səddidir. Bu nəzər Quranda vəsf olunmuş sədlə uyğun gəlmir. Qurani-Kərimdə sözügedən sədd ilk növbədə mis və dəmirdəndir. Həm də iki dağın arasındadır. Halbuki Çin səddi nə iki dağın arasında yerləşir, nə də mis və dəmirdən düzəldilmişdir.

Bəzi təfsirçilərə görə isə, Yəcuc və Məcuc tayfasının arxasında yaşadığı sədd Yəməndə yerləşən Marib səddidir. Bu nəzər də Qurani-Kərimlə müxalifdir. Çünki həmin sədd də mis və dəmirdən düzəldilməyib.

Uyğun sədd yalnız Xəzər və Qara dənizlərinin arasında yerləşən dağlardakı “Daryal” boğazda olan səddir. Çünki bu sədd dəmirdəndir (“Nümunə təfsiri”, c.12, səh.552; “Əl-Mizan”, c.13, səh.525).

Nizami Gəncəvinin “İskəndərnamə”də verdiyi məlumatdan isə bu səddin Dərbənddə yerləşdiyi aydınlaşır.

Sözügedən sədd istər Daryal səddi olsun, istərsə də Dərbənd səddi, fərqi yoxdur, hər ikisinin arxasında bu gün Rusiya yerləşir və bu gün Suriyada fitnə-fəsad çıxaranların, müsəlman xalqa zülm edənlərin də məhz ruslar olduğu heç kəsə sirr deyil. Söhbətin məhz ruslardan getdiyini həm Əhdi-Ətiq, həm də Əhdi-Cədid təsdiqləməkdədir.

İsrailə qarşı savaşacaqları və onu yerlə bir edəcəkləri bildirilən sözügedən tayfa və onların axırzamanda törədəcəkləri fitnə-fəsad barədə Hizqiyalın kitabından (38-39 – cu fəsillər) məlumat almış oluruq.

Kitabda yazlanlardan göründüyü kimi, Yəcuc bir ölkənin başçısı və ali baş komandanıdır. Ölkəsi Məcucdur. O, “Roş, Məşəq və Tuvalın baş əmiri” adlandırılır:

Yenə mənə Yehovanın sözü nazil oldu: Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca, Roş, Məşəq və Tubalın baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Roş, Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm, səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla - ordunla, süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm”. 

Buradakı “Roş” (רֹאשׁ) kəlməsinin ivrit (yəhudi) dilində nə anlama gəldiyi məlum deyil. Sadəcə çox sayda mülahizələr var. Bu səbəbdən də “Bibliya” başqa dillərə tərcümə edilərkən, hərə bu kəlməyə bir anlam verməyə çalışmışdır.

İngilis kralı Yakobun əmri ilə ingiliscəyə çevrilən Bibliyada (XVII əsr) həmin kəlmə “the chief prince”, yəni “baş şahzadə // böyük knyaz”, fransız tərcüməsində “prince-chef” (baş şahzadə), latın tərcüməsində “princeps capitis” (baş şahzadə), Martin Lüterin almancaya tərcüməsində “der oberste fuerst” (baş rəhbər) kimi tərcümə edilmişdir.

Ən qədim tərcümələrdən olan yunan tərcüməsində isə “Roş” kəlməsi xüsusi isim kimi işlənmiş və “Ros” kimi yazılmışdır. Əski slavyan dilində yazılmış qədim rus “Bibliya”larında da eyni halla, yəni kəlmənin xüsusi isim kimi çıxış etməsi və “Ros” şəklində yazılması halı ilə üzləşirik. Bu səbəbdən də ortodoks kilsə mənsubları onu həmişə “Rus”, yəni Rusiya kimi anlamışlar. Onların təsəvvüründə Yəcuc “Məcuc” adının sinonimi olan Rusiyanın ali baş komandanıdır.

Məşəq və Tuval // Tubal isə bir çox şərhçinin fikrincə, Moskva və Tobolsk şəhərlərini bildirir.

Hazırda Rusiyanın ali baş komandanı prezident Vladimir Putindir. Ölkənin paytaxtı da Moskvadır. Tuvala gəlincə isə, burada söhbət Tobolsk şəhərindən yox, Rusiyanın Tuva Muxtar Respublikasından getməlidir. Çünki hazırda Rusiyanın müdafiə naziri olan Sergey Şoyqu (Sergey Küjüget oqlu Şoyqu) Tuvalıdır və Tuva türklərindədndir.

Beləliklə, Harmagedon savaşı zamanı Rusiya İsrailə qarşı savaşacaq. Mətndən göründüyü kimi, əsas müttəfiqləri eynən Suriyada olduğu kimi Fars, yəni İran olacaq. Belə aydın olur ki, müttəfiqlər sırasında Həbəş (Efiopiya) və Put (Liviya ?) da olacaq:



Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put, həmçinin Qomerlə ordusu, ucqar şimaldan Toqarma evi və bütün ordusu - çoxlu-çoxlu xalqlar səninlədir”. 

Mətndə Qomer və Toqarmanın da adları çəkilir. Musa Kağankatlının “Alban tarixi” kitabında yazdığına görə, Qomer kimerlərin əcdadırdır. Kimerlər isə Prokopiyanın verdiyi məlumata görə hunların, yəni türklərin əcdadlarıdır. Toqarmaya gəlincə, ermənilər də, gürcülər də onu öz ulu əcdadları hesab edilrlər. İslami qaynaqlarda Toqarmanın adı Türk kimi çəkilir. Musa Kağankatlı onu Albaniyanın (Azərbaycanın) 4-cü hökmdarı kimi qələmə verir. Qomer isə, ona görə, Yafəsdən sonrakı 2-ci hökmdarı olub.

Xəzər türkləri özlərini və özləri ilə qohum olan daha 9 Türk boyunu Toqarmanın (Türkün) nəslindən hesab etmişlər. Təsadüfi deyil ki, Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məktubda xəzərlərin Toqarmanın (Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını yazmışdır. Toqarmanın digər oğullarının adlarını isə belə sıralamışdır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Yanur, Bulqar, Savir.

Bununla belə, Bibliya ənənəsi Toqarmanı ermənilərlə bağlayır. Ola bilsin ki, Harmageddon savaşında Rusiyanın müttəfiqi kimi Ermənistan da iştirak etsin. Nəzərə alsaq ki, Ermənistanda Rusiyanın hərbi bazası var, İsrailə roketlər həmin bazadan da göndərilə bilər. Yəni ermənilər İsraildə birbaşa savaşmaya da bilərlər.



Savaşda müsəlmanların da Həzrət Mehdinin (ə) başçılığı altında İsrailə qarşı iştirak edəcəklərinə heç bir şübhə yoxdur. Təbii ki, Türkiyə də kənarda qalmayacaq.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin