Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


BVF-nun üzvü olan ölkələrdəki diktatura rejimlərinin borclanma (milyard dollar hesabı ilə) cədvəli



Yüklə 1,7 Mb.
səhifə26/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   22   23   24   25   26   27   28   29   ...   97
BVF-nun üzvü olan ölkələrdəki diktatura rejimlərinin borclanma (milyard dollar hesabı ilə) cədvəli

(Cədvəldə 1996-cı ilə qədər olan faktlar yer almaqdadır)


BVF-na borclu olan ölkələr

Diktatorlar

İqtidara gəliş Tarixi

İqtidardan düşdüyü tarix

Ölkənin rejimin başlanğıcındakı borcu

Rejimin sonundakı borc

1966-cı ildəki toplam borc

Diktatorların aldığı toplam borç

Diktatorların yarattığı borç faizi

Argentina

 


Hərbi diktatura


1976

1983

9.3

48.9

93.8

39.6

42.00%

Boliviya

Hərbi diktatura


1962

1980

0

2.7

5.2

2.7

52.00%

Braziliya

Hərbi diktatura


1964

1984

5.1

105.1

179

100

56.00%

Çili 


Avqusto Pinoçet


1974

1989

5.2

18

27.4

12.8

47.00%

Salvador 


Hərbi diktatura


1979

1994

0.9

2.2

2.2

1.3

59.00%

Efiopiya 


Mengistu Hale Mariam


1977

1991

0.5

4.2

10

3.7

37.00%

Haiti 


Jan-Klod Duvalye

1971

1986

0

0.7

0.9

0.7

78.00%

İndoneziya

 


Suxarto

1967

1998

3

129

129

126

98.00%

 Keniya

Mol


1979

2002

2.7

6.9

6.9

4.2

61.00%

Liberiya

Doe


1979

1990

0.6

1.9

2.1

1.3

62.00%

Maliviya 


Banda


1964

1994

0.1

2

2.3

1.9

83.00%

Nigeriya

Buxari // Abaxa


1984

1998

17.8

31.4

31.4

13.6

43.00%

Pakistan 


Ziya ül-Haqq


1977

1988

7.6

17










Pakistan 


Hərbi diktatura

1990

günümüz

20.6

29.9

29.9

18.7

63.00%

Paraqvay 


Strosner


1954

1989

0.1

2.4

2.1

2.3

96.00%

Filippin 


Markos


1965

1986

1.5

28.3

41.2

26.8

65.00%

Somali 


Siad Barre


1969

1991

0

2.4

2.6

2.4

92.00%

Cənubi Afrika 


Aparteid rejimi





1992




18.7

23.6

18.7

79.00%

Nimeyri


Nimeyri // Əl-Mehdi


1969

Günümüz

0.3

17

17

16.7

98.00%

Suriya 


Hafiz Əsəd – Bəşər Əsəd


1970

Günümüz

0.2

21.4

21.4

21.2

99.00%

Tailand 


Hərbi diktatura

1950

1983

0

13.9

90.8

13.9

15.00%

Zair // Konqo 


Mobutu

1965

1997

0.3

12.8

12.8

12.5

98.00%

İblisin Şər imperiyasının iqtisadi ayaqlarından birini də Dünya Bankı təşkil etməkdədir. Yetəri qədər sələm kapitalına sahib olan bu bankın dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət etdiyi hesab edilir. O, maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri kimi 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunub. Əslində, klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir və BMT-nin ixtisaslaşmış qurumlarından biri kimi fəaliyyət göstərir. Bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir.

Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və bəzi hallarda faizsiz və uzunmüddətli kreditlər və qrantlar verir. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.

Bank yaradılarkən ilkin məqsədi II Dünya savaşında dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz. Onun müştəriləri yalnız dövlətlərdir.

Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi, o, dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkərinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumat və məsləhətlər ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, eləcə də üzv dövlətlərin inkişafını təmin etməkdir.

Artıq qeyd etdiyimiz kimi, Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılıb. Bu razılaşma 1944-cü ilin iyul ayında baş tutmuşdur və bununla da Dünya Bankı yaradılmışdır. Bankın yaradılmasında məqsəd II Dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərmək olmuşdur. İki il sonra bank özünün ilk kreditini 250 mln dollar olmaqla Fransaya müharibə sonrası yenidənqurma işləri üçün ayırmışdır. Bu təşkilatın rəsmi adı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı idi. Bank öz işinə başlayarkən cəmi 38 üzvü var idi. Lakin, 50-60-cı illərdə dünyada yeni dövlətlərin sayının artması ilə, onun üzvlərinin sayı əhəmiyyətli dərəcədə artdı.

Məlum olduğu kimi, 1923-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı, dünya valyuta sisteminin stabilliyini məhv etmişdi. Buna görə də dünyada yeni valyuta sisteminin yaranmasına ehtiyac var idi. Bu ehtiyacı qarşılamaq üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransı keçirildi. Bu konfransda qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi. Beləliklə, dünya valyuta sisteminin yeni forması – Bretton Vuds sistemi yarandı. Sözügedən konfransda iki müqavilə imzalanmışdır:

-Beynəlxalq Valyuta Fondu (BVF) haqqında müqavilə

-Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) haqqında müqavilə

Bretton Vuds sistemi, dolların dünya ehtiyat valyutasına çevrilməsi demək idi. Bu da ona gətirib çixardı ki, dünya iqtisadiyyatında ABŞ-ın rolu aparıcı oldu. Sisteminin ən önəmli cəhətlərindən biri o idi ki, müharibə nəticəsində dağıdılmış beynəlxalq təsərrüfat əlaqələri, istehsalat və ticarət bərpa olundu.

Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Terminoloji mənada “Dünya Bankı” dedikdə, "Beynəlxalq İnkişaf Assosiasiyası" və "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı" nəzərdə tutulur. Ancaq Dünya Bankının fəaliyyət sahəsi geniş olduğundan adları çəkilən 2 qurum bankın fəaliyyətini tam həcmdə həyata keçirməyə bəs eləmir. Əlavə 3 qurum, yəni Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yuxarıda qeyd olunan 2 qurumla birgə Dünya Bankı ailəsini yəni, Dünya Bankı Qrupunu əmələ gətirir. Dünya Bankı Qrupunu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:


  1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)

  2. Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)

  3. Beynəlxalq Maliyyə Korporasiyası (BMK)

  4. İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)

  5. İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM).

Dünya Bankı anlayışı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası qurumları ilə yekunlaşır. Belə ki yuxarıda adları çəkilən 5 qurum birlikdə yeni bir anlayışı, yəni Dünya Bankı Qrupunu təşkil edirlər. Dünya Bankı Qrupu (DBQ) tərkibindəki 5 qurumla yoxsulluğun azaldılması və dünya iqtisadiyyatının inkişafının qarantıdır. DBQ 185 ölkənin üzv olduğu nəhəng iqtisadi təşkilatdır.

Müsəlman ölkələri sələm kapitalından asılılığı müəyyən qədər yüngülləşdirmək və son nəticədə bu asılılığa son qoymaq üçün arıtq dünyanın aparıcı maliyyə-kretid qurumlarından birinə çevrilmiş İslam İnkişaf Bankı (İİB) qurmuşlar.

İİB körfəz ölkələrinə neft gəlirlərinin artışı sayəsində ortaya çıxmış ilk maliyyə təsisatıdır. Onun yaradılması niyyəti haqqında Bəyannamə 1973-cü (İslam təqvimi ilə hicri 1393-cü) ilin dekabrında Müsəlman ölkələri maliyyə nazirlərinin konfransında imzalanmış, bank fəaliyyətə 1975-ci (hicri ilə 1395-ci) ilin oktyabrında başlamışdır. Yalnız İslam Konfransı Təşkilatında (İKT) iştirak edən ölkələr İİB-ə üzv ola bilər. Başlıca məqsəd üzv dövlətlərin və müsəlman icmalarının iqtisadi və sosial inkişafına İslam qanunlarına uyğun şəkildə yardım göstərməkdən ibarətdir. Xatırlatmaq lazımdır ki, İslam bankları öz iqtisadi fəaliyyətlərini, istisnasız olaraq, Qurani-Kərimin prinsipləri əsasında qurur.

Bankın təsisçiləri yalnız müsəlman dövlətləridir. Hazırda 57 ölkə İİB-in üzvüdür. Bu, ilk üzvlərin sayından 2,4 dəfə çoxdur. Banka üzv olmağın əsas şərtləri hökmən İKT-nin iştirakçısı olmaq, ilkin kapitalı ödəməkdir. İdarəçilər Şurasının müəyyən etdiyi başqa şərtlər də var.

İştirakçıların əksəriyyəti Afrika və Asiya, ikisi Avropa (Albaniya,Türkiyə), biri Amerika (Surinam) ölkəsidir. Bir çox bölgələrində müsəlmanlar yaşadığına görə Rusiya da İİB-ə üzv olmaq arzusundadır. Üzv ölkələr müxtəlif regionları təmsil etdikləri üçün İİB-ni regionlararası bank kimi təsnif etmək olar.

İİB-nin maliyyə ehtiyatları böyük, vəziyyəti sabitdir. Mövcudluğu dövründə Nizamnamə kapitalı 7,5 dəfə, ödənmiş hissə isə 9 dəfə artıb. Digər regionlararası banklarla müqayisədə imzalanmış və ödənmiş kapital nisbətinə görə ən yaxşı göstəriciyə malikdir. Əsas səhm sahibləri Səudiyyə Ərəbistanı (27,3%), Liviya (11,0%), İran (9,6%), Misir (9,5%), Türkiyə (8,7%), BƏƏ (7,8%), Küveyt (6,9%) və Pakistandır (3,4%). Azərbaycan Respublikasının payı 0,13%-dir. Əməliyyatlarda əsas yeri kredit tutur. Əməliyyatların ümumi planının 30%-dən çoxunu kənd təsərrüfatının, tikintinin, suvarma sistemlərinin yenidən qurulmasında, iqtisadi və sosial infrastrukturun inkişafı layihələrinin maliyyələşdirilməsinə sərf olunan uzunmüddətli kreditlər təşkil edir. İİB-nin adi kreditlərinin əsas xüsusiyyəti onların faizsiz verilməsidir. Bu zaman yığılan cüzi (2,5%) rüsumlar inzibati xərclərin ödənilməsinə gedir. Ödəmə dövrü 25 il, güzəştli müddət 7 ildir. Başqa ölkələr üçün bu müddətlər cəmi 0,75% rüsumla müvafiq olaraq 30 və 10 ilə qədər uzadıla bilər.

İİB-nin fəaliyyətində fərqli cəhət təkcə öz cari əməliyyatlarında İslam prinsiplərindən bəhrələnməsi deyil, həm də gerçəkləşdirilən layihələrin uzunmüddətli maliyyələşdirliməsində orta hesabla 15-25 illik müddətlərdən istifadə etməsidir. Ehtiyatlardan səmərəli surətdə faydalanmaq məqsədilə Bank ətrafında İİB qrupunda birləşən 11 ixtisaslaşdırılmış təşkilat yaradılıb. Qrup indiyədək alıcı ölkələrə 40 milyard dollara yaxın vəsait verib.

Bank layihə maliyyələşməsini də fəallıqla tətbiq edir: 2008-ci ildə sosial sahənin ehtiyaclarına 30%, nəqliyyata 22,4%, kənd təsərrüfatına 16,4%, kommunal xidmətlərə 22,3% vəsait ayrılıb.

İİB-nin fəaliyyətinin əsas istiqamətlərini üzv dövlətlərin ərazilərində infrastruktur layihələrinin reallaşmasında fəal iştirak etməkdən, iqtisadi və sosial inkişaf məsələlərinin həllində onlara yardım göstərməkdən ibarətdir. Bundan başqa, o, iştirakçı dövlətlər arasında beynəlxalq ticarətin inkişafına kömək edir, sığorta fondları, habelə İKT üzvü olmayan ölkələrdəki müsəlman icmalarına maliyyə dəstəyi verən xüsusi fondlar yaradır. İİB-nin kənd təsərrüfatı sektorunda maliyyələşdirdiyi layihələr kənd təsərrüfatının inkişafına, məhsulun və torpağın qorunmasına, heyvandarlığa və əkinçiliyə, suvarma işlərinə istiqamətlənib. Sənaye sektorundakı proqramlara sənaye menecmenti, istehsalın təkmilləşdirilməsi ilə bağlı əməliyyatlar, sənaye müəssisələrinin dəstəklənməsi və bərpası, fəaliyyət göstərməyən istehsal güclərindən istifadə edilməsi daxildir.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin