Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi



Yüklə 1,7 Mb.
səhifə4/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   2   3   4   5   6   7   8   9   ...   97
Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi” (Ta ha surəsi, 115, 117-122 – ci ayələr).

Həzrət Adəmlə (ə) Həvvadan sonra İblisin hədəfinə onun oğlanları gəldi:

Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!

Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.

Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!”

Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu öldürdü və bununla da zərərçəkənlərdən oldu.

Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (O) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu (Əl-Maidə surəsi, 27-31 - ci ayələr).

Quranda Adəmin (ə) bu oğullarının adları çəkilmir. Əvəzində isə Əhdi-Ətiqə daxil olan “Yaradılış” kitabının IV fəslində həm onların, həm digər övladlarının, həm də nəvələrindən bəzilərinin adlarına rast gəlirik:

Adəm arvadı Həvva ilə yaxınlıq etdi. O da hamilə qalıb Qabili doğdu və dedi: «Allahın köməyi ilə dünyaya insan gətirdim».  Sonra o, yenə hamilə qalıb Qabilin qardaşı Habili dünyaya gətirdi. Habil çoban oldu, Qabil isə əkinçi. 



Bir gün Qabil torpağın məhsulundan Allaha bəxşiş gətirdi.  Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini piyi ilə birlikdə Allaha təqdim etdi. Allah Habildən və onun bəxşişindən razı qaldı, lakin Qabildən və onun gətirdiyi bəxşişdən razı qalmadı. Qabil bərk qəzəbləndi, qaş-qabağını salladı.  Onda Allah Qabilə dedi: «Niyə qəzəblənib qaş-qabağını salladın?  Düzəlib yaxşı iş görsən, məgər gözümdə ucalmazsan? Ancaq belə etməsən, onda bil ki, yolunun üstündə günah pusqu qurub, o, səni ələ keçirmək istəyir. İndi nə edəcəksən, ona üstün gələcəksən?» 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin