Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020



Yüklə 1,7 Mb.
səhifə44/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   40   41   42   43   44   45   46   47   ...   97
Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, (onlarla) vuruşun. Biz isə burada oturacağıq”.

O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”

(Allah) dedi: “Artıq ora (o müqəddəs yer) onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa­ üçün heyfsilənmə””.

Əl-Qasas surəsinin 5-6 – cı ayələrində bildirilir ki, Misirdə zəif vəziyyətdə olan İsrailoğullarının Allah tərəfindən “o yerdə” hakim olması istənmişdir:



Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək, yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək”.

Əl-Əraf surəsinin 137-ci ayəsində İsrailoğullarına öncədən verilən sözün gerçəkləşdirildiyi və səbr etdiklərinə görə, xor görülüb əzilən bu millətin “xeyir-bərəkət verilən” topraqlara varis qılındığı ifadə edilmişdir:



(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik”.

Qurani-Kərimdə “Ərzi-Müqəddəsə”, “bərəkətli ərz” kimi ifadələrlə yad edilən və İsrailoğulları üçü yaradıldığı bildirilən bu yerin hara olduğu açıq şəkildə bildirilməmişdir.

Yəhudilər Ərzi-Məvuddan uzaqlaşdırıldıqdan sonra (b.e. 70) daim oranın xəyalıyla yaşamışlar, zaman-zaman ortaya çıxan saxta “məsihlər” də oraya qovuşmaq idealını körükləmişlər. Bu “məsih”lərdən bəzilərı “Ərzi-Məvud”u öncə Fələstin, sonra da bütün yer üzü şəklində yorumlamışlar. Sionizm hərakatının ortaya çıxış səbəbi də Ərzi-Məvud idealının gerçəkləşdirilməsi arzusudur.

Vəd öncəliklə Həzrət İbrahimə (ə) verildiyinə görə, bu vəd bir haqq doğurursa, İbrahimin (ə) kiçik oğlu İshaq soyundan olan yəhudilər qədər onun böyük oğlu İsmailin nəslindən olan ərəblərin də o topraqlarda ən azı bir o qədər haqqı olmalıdır və vardır. Diğər tərəfdən vədin gerçəkləşməsi bir sıra şərtlərın yerinə yetirilməsinə bağlanmışdır. Bunların başında Allaha itaət gəlməkdədir. Bu xüsus Əl-Maidə surəsinin 12-ci ayəsində belə ifadə edilmişdir:



Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və (kasıblara könüllü yardım etməklə) Allaha gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, (bilsin ki,) artıq o, doğru yoldan azmışdır””.

Fakt isə budur ki, İsrailoğulları Allahın əmrlərinə boyun əyməmiş, əhdləri yerinə yetirməmiş, hətta Allahın elçilerini öldürüb fəsad çıxarmışlar:



Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və (bəzi) peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi” (Əl-Bəqərə surəsi, 61-ci ayə).

Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu (buna) inanmır” (Əl-Bəqərə surəsi, 100-cü ayə).

Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, pey-ğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

Onlar (həm də )küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər)...”  (Ən-Nisa surəsi, 155-157 – ci ayələr).

(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir” (Əl-Maidə surəsi, 13-cü ayə).

Bütün bunlardan başqa, Quranda “Ərzi-Məvud”a və ümumilikdə bütün dünyaya bəlli bir irqin mənsublarının deyil, saleh qulların varis qılınacağı və bu ilahi hökmün bütün müqəddəs kitabların hökmü olduğu bildirilmişdir. Bu barədə Əl-Ənbiya surəsinin 105-ci ayəsində belə buyrulmaqdadır:



Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar”.

Eyni hökm Həzrət Davudun (ə) yəhudilərin müqəddəs kitabları içərisində yer alan “Zəbur”unda da söylənməkdədir. Məsələn, sözügedən kitabın XXXVII fəslinin 29-cu bəndində deyilir:

Salehlər yerə sahib olacaq,


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin