Bundan sonra Qabil qardaşı Habilə dedi: «Gəl çölə gedək».
Onlar çöldə olanda Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. Bir qədər sonra Allah Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O cavab verdi: «Bilmirəm. Məgər mən qardaşımın keşikçisiyəm?» Onda Allah dedi: «Sən nə etdin? Qardaşının qanı torpaqdan Mənə fəryad edir! İndi sən lənətlənirsən və torpaqdan qovulursan, o torpaqdan ki ağzını açıb sənin əlində ölən qardaşının qanını udub. Torpağı becərəndə o, sənə məhsul verməyəcək. Yer üzündə avara, sərgərdan dolaşacaqsan».
Qabil Allaha dedi: «Verdiyin cəza gücümdən artıqdır. İndi məni bu torpaqdan qovursan. Artıq hüzuruna çıxa bilməyəcəyəm. Yer üzündə avara, sərgərdan dolaşacağam, kimin rastına çıxsam, məni tutub öldürəcək».