Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


XII FƏSİL İslam dövləti (İŞİD), “Ümumdünya İslam xilafəti” planı və Hzərət Mehdi (ə) inancı



Yüklə 1,7 Mb.
səhifə50/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   46   47   48   49   50   51   52   53   ...   97
XII FƏSİL
İslam dövləti (İŞİD), “Ümumdünya İslam xilafəti” planı və Hzərət Mehdi (ə) inancı
1999-cu ildə Əbu Mssab əz-Zərkavi tərəfindən İordaniyada qurulan və 2001-ci ildə başlayan Əfqanıstan savaşı sonrasında İraqa hərəkət edərək, fəaliyətlərini burada davam etdirən “Tövhid və Cihad Camaatı” adlı təşkilat 2003-cü ilin martında İraqın işğalı ilə başlayan müharibə sırasında işğalçı qüvvələrə qarşı silahlı müqavimət fəaliyyətinə başladı. 17 oktyabr 2004-cü ildə təşkilat İnternet üzərindən yayınladığı bəyanatda Əl-Qaidəyə bağlılıq andı içərək, “İraq Əl-Qaidəsi” adını aldı. İşğalçı qüvvələrlə yanaşı, onlarla birlikdə hərəkət edən, onlara dəstək verən və əksər hissəsi İrandan idarə edilən şiə hərbi birlikləri, eləcə də bölgədə ABŞ-ın dəstəyi ilə bir kürd dövlətinin yaranmasına çalışan kürdlər yeni yaranmış təşkilatın əsas hədəfinə çevrildilər.

“Böyük Orta Şərq” planına görə İraqın üç hissəyə parçalanması öngörülürdü. Şimalda kürd dövlətinin, mərkəzi bölgələrdə sünni, cənub bölgələrdə isə şiə dövlətlərinin qurulması nəzərdə tutulmuşdu. Buna nail olmağın yolu ölkədə məzhəblərarası savaşı qızışdırmaqdan, eləcə də kürd-ərəb qarşıdurması yaratmaqdan keçirdi, bu yolla həm də İraqın işğalçılara qarşı müqavimət gücünü zəiflətmək istənirdi. Bu mənfur planda “Şiə hilalı” yaratmağı və bu yolla Sasani imperatorluğunu bərpa etməyi hədəfləyən İrana xüsusi bir rol ayrılmışdı.



2005-cı ilin 15 yanvar tarixində Əl-Qaidənin İraq üzrə sözçüsü Əbu Meysərə əl-İraqi tərəfindən,"Iraqı işgaldan qurtarmaq, bütün mücahidləri tək bir çətir altında toplamaq, birlikdə hərəkət etmələrini təmin etmək, İslam və Sünnə bayrağını ucaltmaq" məqsədi ilə, İraq Əl-Qaidəsinin də aralarında olduğu altı təşkiltaın birleşərək, “Mücahid Şura Məclisi” adlı koalisiya təşkilatının qurulduğu bəyan edildi. Həmin ilin iyun ayının 7-də ABŞ təyyarələri Əz-Zərkavinin də iştirakçısı olduğu bir toplantının keçirildiyi evi bombardıman etdi və Əz-Zərkavi öldürüldü. Bu hadisədən sonra təşkilatın liderliyi Əbu Əyyub əl-Misriyə keçdi.

15 oktyabr 2006-cı il tarixində təşkilat yayınladığı bir videoyla İraqın Bağdad, Ənbar, Diyala, Kərkük, Səlahəddin və Mosul əyalətlərinin tamamını və Babil əyalətinin bir qismini əhatə edən geniş ərazidə İraq İslam dövlətinin qurduğunu açıqladı. Bunun ardınca İraq İslam dövlətinə bağlı kürd hərbi birlikləri ABŞ-ın İraqın şimalında qurduğu “Kürd muxtariyyəti”nə qarşı savaşa başladılar.

Əl-Misrinin 18 aprel 2010-cu il tarixində ABŞ-ın təşkil etdiyi bormbardıman nəticəsində öldürülməsindən sonra Əbu Bəkr əl-Bağdadi  təşkilatın və İraq İslam dövlətinin yeni lideri oldu. O, 8 aprel 2013-cü ildə verdiyi bir açıqlamada, Əl-Qaidəyə bağlı olan və Suriyada fəaliyət göstərən Ən-Nüsra Cəbhəsi ilə birləşdiklərini və beləcə İraq və Şam İslam dövlətini (İŞİD) qurduqlarını bəyan etdi. Buna qarşılıq olaraq, Əl-Qaidə tərəfindən 3 fevral 2014-cü ildə bəyanat yayınlanaraq, bu addımın onlarla məsləhətləşilmədən və Əl-Qaidənin razılığı alınmadan atıldığı bildirildi. Bəyanatda Əl-Qaidə rəhbərliyinin bu addımdan məmnun qalmadığı, yeni dövlətin qurulmasının rəhbərlik tərəfindən dəstəklənmədiyi , İŞİD-in Əl-Qaidə ilə hər hansı bir bağnının qalmadığı ifadə edilməkdə idi.

İŞİD-lə Əl-Qaidə arasında əsas fikir ayrılığı İslam Xilafətin bərpa edilməsi məsələsinə görə yaranmışdı. Əl-Qaidə hesab edirdi ki, Xilafətin elan edilməsinin vaxtı hələ gəlməyib. Bunun elan edilə bilməsi üçün mücahidlər hər hansı bir müsəlman ölkəsində hakim duruma gəlməli və Xilafət yalnız bundan sonra həmin dövlətin ərazisində elan edilməlidir. Əl-Qaidənin İraq və Suriya şöbələrinin, yəni dəqiq desək, İraqda fəaliyyət göstərən “Mücahid Şura Məclisi”  və Suriyada fəaliyyət göstərən Ən-Nüsra Cəbhəsinin fikri isə fərqli idi. Onlar bunun üçün İraq və Suriyanın əllərində tutduqları geniş ərazilərində İslam Dövlətini qurmaqla orada Xilafəti bərpa etməyin mümkün olacağını düşünməkdə idilər. İraq və Şam İslam dövlətinin elan edilməsi də məhz bu məqsədlə həyata keçirilmişdi.

İŞİD-in qurulması həm ABŞ-ın “Böyük Orta Şərq” layihəsi, həm də İranın “Şiə hilalı” proqramı üçün böyük təhlükə törətməkdə idi. Təhlükə daha çox ondan qaynaqlanırdı ki, bu dövlət İraq və Suriyanın yerli sünni-müsəlman xalqları tərəfindən, eləcə də İraqdakı ABŞ və İran işğalçılarına və Suriyadakı əliqanlı Bəşər Əsəd rejiminə qarşı savaşda onlara yardım üçün İraq və Suriyaya dünyanın dörd bir yanından axışaraq gəlmiş mücahidlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmaqda idi.

Ruh yüksəkliyinin yaranmasının başqa bir səbəbi də bir çox müsəlmanların İŞİD-in simasında “Xorasan (Əfqanıstan) tərəfdən gələcək Qarabayraqlılar”ın zühurundan bəhs edən hədislərin gerçəkləşdiyini düşünmələri olmuşdu. Söhbət Hzərət Mehdinin (ə) zühuru ilə əlaqəli hədislərlərdən gedir.

Həmin hədislər aşağıdakılardır:

Həqiqətən də Şərqdən bəzi insanlar çıxar ki, Axırzaman Mehdisi (ə) üçün zəmin hazırlayarlar” (Fetava-i Hadîsiyye, İbn-i Hacer-i Heytemi, 40).

Məlum olduğu kimi, Əfqanıstan İraq və Suriyadan şərqdə yerləşir və Əl-Qaidə təşkilatı da məhz Əfqanıstanda yaranmış və orada fəaliyyət göstərməkdə idi. Əl- Qaidənin törəmə təşkilatlarının İraq və Suriyada qurduqları İŞİD-in rəhbər və döyüşçülərinin əksəriyyəti, o cümlədən Əl-Bağdadi daha öncə Əfqanıstanda savaşmışdılar. Bu fakt İŞİD tərəfdarları tərəfindən sözügedən hədisin Əl-Qaidə və İŞİD-ə işarə olduğu kimi yozulmaqda idi.

Nəzərə alsaq ki, həm Əl-Qaidənin, həm də İŞİD-in bayraqları qara rəngdə idi, aşağıdakı hədisdə də məhz onlara işarə edilməkdə olduğu sanılırdı:

Xorasan tərəfdən çıxan qara bayraqlıları gördüyünüzdə, qar üzərində sürünərək olsa belə, onlara gedin. Çünki onların içində Allahın xəlifəsi Mehdi (ə) vardır” (Fətava-i Hadîsiyye, İbn-i Həcr-i Həytəmi, 40).

Qeyd edək ki, Xorasan vilayəti Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın müəyyən bölümlərini əhatə edən böyük bir vilayətdir və onun şərq hissəsi Əfqanıstan ərazisindədir. Elə bu da bir çoxlarına hədisin bilavasitə Əl-Qaidə və İŞİD-ə aid olduğunu düşünməyə əsas verirdi.

Termizinin Əhməd bin Hənbələ istinadın anlatdığı hədislərdə belə deyilir:

Xorasandan qara bayraqlılar çıxar və bayraqlarını İlyaya (Qüdsə) taxana qədər onları kimsə durdura bilməz” (Celâleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s. 61, hədis №: 7. 3).

Şərqdən qara bayraqlılar çıxar. Onların ürəkləri dəmir kimidir. Kim onlar barədə eşidərsə, qar üzərində sürünərək də olsa, getsin və onlara beyət etsin”.

Daha bir həsidə isə belə deyilməkdədir:



Onun (qara bayraqlıların) başçısının əskərlərinin saçları və bığları çox uzun olacaq, libasları qaradır və onlar qara bayraqların adamlarıdır” (Ğaybeti Numani, s. 303).

Onlar (özlərinə qarşı çıxanları) heç bir fərq qoymadan toplu şəkildə qətlə yetirəcəklər”.

Həzrət Əlinin (r) oğullarından Mühəmməd bin Hənəfiyyədən nəql edilin başqa bir hədisdə belə deyilir:

... Qara bayraqlılar ortaya çıxacaq. Sonra əmmamələri qara və libasları ağ olan başqa qara bayraqlılar da ortaya çıxacaqlar... Süfyaninin dostlarını məğlubiyyətə uğradacaqlar. Nəhayət, Beytül-Məqdisə varacaqlar. Oranı Mehdi (ə) üçün hazırlayacaqlar (Mücəm-ül Əhadis-i İmam Mehdi. Cilt 3, s. 270; Ət Təşrif-i bil Mənun, s. 117).

İŞİD-in tərəfdarlarının fikrincə, bu hədisdəki birinci qara bayraqlılar Əl-Qaidə, ikincilər isə, İŞİD-dir. İŞİD-in Suriya qolunu təmsil edən Ən-Nüsra Cəbhəsinin tərafdarları isə ikinci qara bayraqlıların özləri olduqları fikrindədirlər. Məlumat üçün bildirək ki, Ən-Nüsranın da bayrağı qara rəngdədir və Əl-Qaidənin bayrağından çox cüzi fərqlənir. İŞİD-in ortadan qaldırılmasından sonra bu fikirdə olanların sayı artıb.

Bu tip hədislərin sayı olduqca çoxdur. Onlardan daha birində Süfyaninin adı keçir. Bir çoxları hədislərdəki Süfyaninin Suriya diktatoru Bəşər Əsəd olduğunu düşünürlər:

Böyük bir savaş olacaq. Nəticədə qara bayraqlılar qalib gələcək. Süfyaninin qüvvələri qaçacaq. Bax, o zaman insanlar Mehdini (ə) təmənnə edəcək və ərəblər Mehdinin itaəti altına girəcəklər” (Celâleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis №: 7.26).

Əhl-i Sünnə qaynaqlarından Naim bin Hammadıın "Kitab-ül Fitən" sdlı kitabında, "Fi Xüruci Bəni-i Abbas" bölümündə nəql edilən hədis belədir:

"... Əli bin Əbi Talib (r) belə dedi: "Qara bayraqları gördüyünüzdə yerə qapanın, əllərinizi və ya ayaqlarınızı oynatmayın. Sonra zəif bir topluluq çıxar ki, (əvvəl) onlara etina edilməz, qəlbləri dəmir parçaları kimi (qatıdır), dövlət iddiasıyla ortaya çıxarlar, əhdə vəfa göstərməz, sözləşməyə uymazlar, haqqa çağırırlar, amma özləri haqq əhli deyildirlər, adları künyədir, nisbətləri məmləkətləridir, saçları qadın saçı kimidir, sonra aralarında ixtilafa düşərlər və Allah haqqı istədiyinə bəxş edər”.

Burada məhz İŞİD-dən söhbət getdiyi düşünülür. Çünki dövlət qurmaq iddiasıyala ortaya çıxmış, İraq və Şam İslam dövlətini elan etmişdilər. Adları gerçəkdən də künyə, yəni ləqəbdir, nisbətləri də məmləkətlərinin adından qaynaqlanır (Əbu Əyyub əl-Misri, Əbu-Bəkr əl-Bağdadi və s.). Hazırda İŞİD-çilərin aralarında fikir ayrılığı çıxdığı, Ən-Nüsra Cəbhəsinin artıq ayrıca, yəni müstəqil çıxış etdiyi bilinməkdədir. “Haqq bunlardan birinə verilib”. Belə iddia edilir ki, həmin haqq sahibi İŞİD-dən fərqli olaraq, hələ də ayaqda qalan və mücadiləsini Suriyada davam etdirən Ən-Nüsra Cəbhəsidir. Yəni birinci qara bayraqlılar Əl-Qaidə yox, İŞİD-dir, ikincisi isə Ən-Nüsradır.

Birinci və ikinci qara bayraqlılarla bağlı daha bir hədis də var:



Əbdürrəhman ibni əl Ğaz ibni Rəbia əl Cərşinin belə dediyi eşidildi: Eşitdim ki, Rəsulullahın (s) dostu əmr ibni Mürrə əl Cəmli belə deyirdi: Əlbəttə, Xorasandan qara bayraqlar çıxacaq. Belə ki, atlarını bu zeytun ağaçlarına bağlayacaqlar. Dedik ki: Bu dediyin yerlərdə zeytun ağacı görmürük. Dedi: Buralara zeytun ağacı əkiləcək, bu bayraqlılar oraya enəcəklər və atlarını onlara bağlayacaqlar. Əbdürrəhman ibni Süleyman bu rəvayəti söyləyincə, Abdullah ibni Adəm, belə dedi: Ancaq, birincinin ardından, ikinci olaraq çıxan qara bayraqlılar atlarını buraya bağlayacaq. Onlar buraya enincə, üzərlərinə bu bölgə əhlindən olan xaricilər gələr, ilk qara bayraqlılar gizlənməkdən başqa çarə tapmazlar” (Naim bin Hammad Kitab-ul Fitən).

8 aprel 2013-cü ildə İraq və Şam İslam dövlətinin (İŞİD) qurlmasının bəyan edilməsindən sonra İŞİD-lə Suriya kürdləri, daha dəqiq desək, PKK-nın Suriya qolu olan, ABŞ tərəfindən silahlandırılan, mərkəzi Eyn əl-Ərəbdə (Kobanidə) yerləşən YPG // PYD (Partiya Yekitiya Demokrat) arasında savaş başladı. Bu savaşın başlaması ilə yaddaşlara daha bir hədis düşdü. Muğayrə bin Səidə istinadən nəql edilən həmin hədisdə sarı bayraqlılarla müsəlmanların savaşından bəhs edilməkdə idi:



İmam Mühəmməd həzrətləri belə buyurdu: “Əmirülmöminin (Həzrət Əli (r)) şöyle buyurdu: Şamdakı bir zəlzələdə yüz min adam öləcək. Allah bu zəlzələni möminlərə rəhmət, kafirlərə isə əzab olaraq göndərəcəkdir. Belə olunca, qara-ağ və qulağı kəsik atlara minən süvarilərə və sarı bayraqlara baxın ki, onlar qərbdən gələrək Şama ulaşacaqlar. O sırada ən böyük dəhşət və qırmızı ölüm gerçəkləşəcək. Sonra Şam yaxınlarındaki Heresta kəndi toprağın altına girəcək. Tam o sırada ciyərlər yeyən qadın quraq çöllərdən ortaya çıxacaq və Şam minbərinə hakim olacak. Belə olunca, Mehdinin zühurunu gözləyin” (Gaybeti Numani).

Hədislərdə qara bayraqlılar ilə sarı bayraqlıların Suriyda savaşacaqları, qara bayraqlıların öz aralarında ixtilafda olacağı, bu fitnə və ixtilaflar əsnasında Süfyaninin, sonra da Həzrət Mehdinin (ə) çıxacaqları bildirilir. 

Bəri başdan qeyd edək ki, PYD-nin bayrağı sarı rəngdədir və təşkilatı iki rəhbərindən biri (Ayşə Hiso) qadındır. Hədisdə adı keçən Heresta kəndi Əsədə bağlı təyyarələr tərəfindən bombardıman edilərək xarabalığa çevrilmişdir. Maraqlıdır ki, Şamın (Dəməşqin) şərqində yerləşən həmin kənddə nə az, nə çox, eynən hədisdə deyildiyi kimi, 100 min adam yaşayırdı.

İŞİD 29 iyun 2014-cü il tarixində Xilafət yaradıldığını bəyan etdi və Əbu Bəkr əl-Bağdadi xəlifə elan edildi.

Qeyd edək ki, Bu qurum həm BMT tərəfindən, həm də dünyanın əksər ölkələri tərəfindən rəsmən terrorçu qurum elan edilmişdir.

İŞİD ideoloqları Hakim, Əhməd və Tabərani sayəsində dövrümüzədək yetişən aşağıdakı hədisin də onlara işarə etdiyi fikrindədirlər:

Avf bin Malik əl-Əşcainin belə dediyini eşitdim:
Təbük gazvəsində Rəsulullahın (s) yanına gəldim. O, dəridən bir çadırın içindəydi.


Mənə:

-Ey Avf! Qiyamətdən öncə bu altı şeyi say: Mənim ölümüm, sonra Beytül Məqdisin fəthi, sonra koyunların ani ölümlərinə səbəb olan bir xəstəlik kimi aranızda sürətlə yayılan ölümlər, sonra aranızda malın, birinizə yüz dinar verilsə, əsəbiləşəcəyi qədər çoxalması, sonra ərəblərın evlərindən girmədiyi heç bir ev buraxmayan bir fitnə, sonra sizlərlə Bəni-Əsfər (sarı irqin oğulları) arasında baş verəcək və onlar tərəfindən (hər bir sancaq altında) on iki min adamın olacağı səksən sancaq altında üzərinizə gəlib darmadağın edəcəkləri bir andlaşma, - buyurdu”.

Buradakı “Bəni-Əfsər” (sarı irqin oğulları) ifadəsi ABŞ, Avropa və Rusiya əhalisinə aid edilir. Belə hesab edilir ki, “Bəni-Əfsər tərəfindən müsəlmanlara qarşı onların darmadağı ediləcəkləri səksən sancaq altında savaş” ABŞ-ın İŞİD-ə qarşı qurduğu beynəlxalq koalisiyaya işarədir. Məsələ burasındadır ki, həmin dövrdə dünya mətbuatında, o cümlədən Azərbaycan mətbuatında həmin koalisiyaya 80 dövlətin daxil olduğu bildirilməkdə idi. Məsələn, “Xalq Qəzeti”ndə dərc edilmiş “Donald Tramp: Ərazilər gələn həftə azad oluna bilər” başlıqlı məqalədə (http://xalqqazeti.com/az/news/15181) belə deyilməkdədir:

İŞİD terror qruplaşmasının Suriyada və İraqda zəbt etdiyi ərazilər gələn həftə 100 faiz azad oluna bilər. Çox güman ki, biz bu barədə gələn həftə bəyan edəcəyik. Bu bəyanatı ABŞ Prezidenti Donald Tramp səsləndirib. Məlumatı “Reuters” yayıb.

Mənbə yazır ki, bu sözləri Prezident Donald Tramp İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya üzvlərinin toplantısında deyib. D.Tramp, həmçinin xəbərdarlıq edib ki, bunun üçün rəsmi məlumat veriləcək.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin