Onda Allah ona dedi: «Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq».
Allah Qabil üçün bir əlamət verdi ki, onunla rastlaşan heç kim onu öldürməsin. Beləliklə, Qabil Allahın hüzurundan getdi və Ədəndən şərqdə yerləşən Nod diyarında məskən saldı. Qabil arvadı ilə yaxınlıq etdi. O da hamilə qalıb Hənuqu doğdu. Sonra Qabil bir şəhər salıb ona oğlu Hənuqun adını verdi. Bir müddət sonra Hənuqun İrad adında bir oğlu oldu. İradın Məhuyail, Məhuyailin Mətuşail, Mətuşailin isə Ləmek adında oğlu oldu. Ləmek iki arvad aldı: birinin adı Adah, o birinin adı Zillah idi. Adahdan Yabal oldu. O, çadırda yaşayıb maldarlıqla məşğul olan ilk adam oldu. Onun qardaşının adı Yubal idi. O, çəng və tütək çalan ilk adam oldu. Zillahdan isə Tubal-Qayin oldu. O, mis və dəmirdən hər cür alət düzəldirdi. Tubal-Qayinin bacısının adı Nəama idi.
Ləmek arvadları Adah və Zillah üçün belə bir şeir qoşdu: