"Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...” (Müslim, 2897).
Gözlənilmədən qarşılarına müsəlman ordular – Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələri çıxdı. Bu səbəbdən də ərazi müqavimətsiz tərk edildi. Çünki önəmli olan bölgənin rusların və ya da ABŞ-ın əlinə keçməməsi, müsəlmanlarda qalması idi.
Dabıq mövzusu İŞİD-in ideoloji-siyasi təbliğatında o qədər böyük yer tuturdu ki, bu adda dərgi çıxarır və öz baxışlarını həmin jurnal vasitəsiylə geniş kütlələrə çatdırırdılar. İlk nömrəsi 5 iyul 2014-cü ildə, Əl-Bağdadinin xəlifə elan edilməsindən dərhal sonra işıq üzü görən bu elektron dərgi İŞİD-in “Al-Hayat Media Senter” adlı mətbuat xidməti tərəfindən çıxarılır, “Portable Document Format” formatında bir çox saytlarda yayınlanırdı. Onun mətbu variantı bir müddət “Amazon.com” dükanlarında satılmış, fəqət ABŞ hökuməti bundan xəbər tutan kimi bunun qarşısı alınmışdır.
14 noyabr. Suriya havasında rusların МİQ-29КR qırıcı təyyarəsi vuruldu. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında tərəflər “terrorçulara” qarşı birgə mübarizə aparmaq barədə razılığa gəldilər.
5 dekabr. Ruslara aid SU-33 təyyarəsi vurularaq düşürüldü.
21 dekabr. 14 türk əskəri şəhid oldu, 33 nəfəri də yaralandı. Buna qarşılıq olaraq Türkyənin Hava qüvvələri 67 hədəfi bombaladı.
29 dekabr. 2016-cı ilin sonlarında Rusiyanın Müdafiə Nazirliyi iki ay müddətində Türkiyənin vasitəçiliyi ilə Suriyanın mərkəzi və şimal bölgələrinə nəzarət edən və ümumi sayları 60 mindən artıq olan silahlı müxalifət qüvvələri ilə apardığı danışıqlar nəticəsində rejimlə onlar arasında dekabr ayının 29-dan etibarən atəşkəs imzalanmasına nail oldu. Saziş BMT tərəfindən terrorist təşkilatlar kimi tanınan İŞİD və Ən-Nüsra Cəbhəsinə şamil edilmirdi. Türkiyə, Rusiya və İran arsında əldə edilən razılaşmaya əsasən, Rusiya özünün Xmeymimdə yerləşən Su-24M və Su-34 bombardımançı təyyarələrinin bir qismini Suriyadan çıxartmağa, 12 ədəddən az olmamaq şərtilə onları Su-25SM qırıcı təyyarə ilə əvəz etməyə boyun oldu. Aviatexnikanın, helikopterlər də daxil olmaqla, 30-35 sayını keçməməsinə razılaşdı.
2016-cı ilin sonunda Rusiyanın Aralıq dənizində göyərtəsində 14 ədəd qırıcı (Su-33 və MiQ-29K) olan “Admiral Kuznetsov” adlı təyyarə daşıyan gəmisi, “Böyük Pyotr” atom kreyseri, “Minsk”, “Müzəffər Georgiy” və “Nikolay Filçenkov” desant gəmiləri, eləcə də kiçik ölçülü “Miraj” raket kateri lövbər salmışdı.
Buna və havadan başına yağdırılan bombalara baxmayaraq, İŞİD Palmiranı rejim qüvvələrindən və İrana bağlı qruplaşmalarından geri ala bildi. Bu, hal Rusiya və İranın nüfuzuna xeyli dərəcədə sarsıdıcı zərbə vurdu.
2017-ci illin 6 yanvarında Rusiyanın Müdafiə Nazirliyi prezident Vladimir Putinin qərarına əsasən təyyarə daşıyan “Admiral Kuznetsov” gəmisinin Surya sahillərini tərk etməkdə olduğunu açıqladı.
18 yanvar. Rusiya və Türkiyə birlikdə hərbi əməliyyat keçirdilər. Rusiyaya məxsus Su 24M və Su-34 təyyarələri İŞİD, Türkiyənin F-16 və F-4 təyyarələri YPG (PYD) mənzillərini bombaladı.
2017-ci ilin əvvəlində Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və Rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlayaraq, onlara Suriyadakı bütün tərəflərin atəşkəs barədə ümumi razılığa gələ bilmələri üçün Qazaxıstanın paytaxtı Astananı danışıqlar məkanı kimi təklif etdi. Təklif böyük məmnuniyyətlə qəbul edildi.
23-24 yanavar. Astana formatında ilk görüş keçirildi. Görüşdə rejimi Rusiya və İran, müxalifəti isə Türkiyə təmsil edirdi. BMT-nin vasitəçi, ABŞ-ın isə müşahidəçi rolunda çıxış etdiyi bu görüşdə ilk dəfə rejimlə müxalifət eyni masa arxasına oturduldu.
Zamin ölkələr qismində çıxş edən Türkiyə, Rusiya və İran BMT-nin nəzarəti altında monitorinq qrupunun yaradılması barədə razılıq əldə etdilər.
9 fevral. Rusiya “səhvən” Əl-Bab yayxınlarındakı Türkiyə mövqelərinə atəş açdı, nəticədə 3 türk əskəri şəhid oldu.
15-16 fevral. Astana formatında ikinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.
24 fevral. Əl-Bab Azad Suriya Ordusunun əlinə keçdi. Beləcə, 198 gün davam edən “Fərat qalxanı əməliyyatı” sona çatdı. Beləcə, 243 yaşayış məntəqəsi və 2015 km²-lik ərazi Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçmiş oldu.
14-15 mart. Astana formatında üçüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.
Zamin dövlətlər atəşkəs rejiminin hazırki vəziyyətini , əsirlərin dəyiş-düyüşünü, yeni Suriya Konstitusiyası və digər məsələləri müzakirə etdilər.
Aprelin əvvəlində İdlibdə baş vermiş kimyavi hücumun məsuliyyətinin Əsəd rejimininin üzərinə düşdüyünü söylətən ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ Hüms əyalətində yerləşən Əş-Şayrat aviabazasına roket zərbələri endirdi.
3-4 may. Astana formatında dödrüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.
Zamin ölkələr silahsızlaşdırılmış bölgələr barədə Memorandum imzaladılar. Sənəd İdlib, Hüms, Şərqi Quta, Dera və Kuneytra bölgələrini əhatə etməkdə idi. Türkiyə, Rusiya və İran Suriyanın torpaq bütünlüyünə tərəfdar olduqlarını bəyan etdilər.
Mayın sonunda müxalif qruplaşmalar Hümsdən çəkildilər.
İyunda ABŞ və Rusiya arasında Suriyanın cənubunda silahsızlaşdırılmız bölgə yaratmaq barədə razılıq əldə edildi. ABŞ və Rusiya nüfuz dairələrini müəyyənləşdirdilər. Fərat çayı nüfuz dairələri arasında sərhədd kimi müəyyənləşdirildi.
4-5 iyul. Astana formatında beşinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər atəşkəs rejimini davam etdirməkdə qərarlı olduqlarını bir daha təsdiqlədilər.
Sentyabrın rejim qüvvələri Deyr əz-Zor şəhərinin blokadasını qırdılar.
14-15 sentyabr. Astana formatında altıncı görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Doğu Qutada, Hümsün bəzi bölgələrində, İdlibdə və ona sərhədd Lazkiyə, Hama və Hələb vilayətlərində gərginliyi azaltma zonaları yaratmağa qərar verdilər.
6-14 oktyabr. Rejim qüvvələri havadan rus təyyarələri, yerdən isə İrana bağlı qüvvələrin dəstəyi ilə İŞİD-i Deyr əz- Zor əyalətinin Məyadin şəhərindən sıxışdırıb çıxara bildilər.
30-31oktyabr. Astana formatında yeddinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Suriya konfliktinin həll edilməsində qərarlı olduqlarını diqqətə çatdırdılar.
Həmişəki kimi İŞİD və Ən-Nüsra razılaşmalardan kənarda qaldı.
3 noyabr. İŞİD Deyr əz-Zordan sıxışdırıldı.Bu arada Əsəd rejiminə bağlı qüvvələr Rusiya və İranın dəstəyi ilə Fərat çayını keçərək Hişam və Tabiya qaz yataqlarından 5 km aralıda 20 km dərinliyində bir ərazidə mövqe qazandılar.
Noyabr ayında Suriya cəbhəsində baş verənlərə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin ən önəmli hadisə kimi Astana prosesini və silahdan arındırılmış gərginliyi azaltma bölgələrinin yaradılmasını qeyd etdi və fəal hərbi əməliyyatlara son qoyduğunu bildirdi. Eyni zamanda Suriyada sülhə nail olmaq üçün görülən işləri daha da dərinləşdirmək məqsədilə Soçidə Suriya xalqlarının Konqresini keçirməyi təklif etdi.
21-22 dekabr. Astana formatında səkkizinci görüş keçirildi. Tərəflər növbəti 2018-ci ilin 29-30 yanvarında Soçidə Konqres keçirilməsinə qərar verdilər. Astana prosesinin də davam etməsinin vacibliyini xüsusi qeyd etdilər.
2018-ci ilin 20 yanvarında Türkiyə Afrində ABŞ-ın silahlandırdığı PKK-YPG (PYD) terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına start verdi. Əməliyyat səhər saat 17.00-da başladı. Hərəkatın ilk mərhələsində PKK-YPG (PYD)-yə aid 7 bölgədə yerləşən müşahidə nöqtəsi, mənzil və siah-sursat anbarlarından ibarət 108 hədəf, eləcə də YPG-nin əlində olan Minninq hərbi hava bazası bombardıman edldi. Əməliyyatda 8 fərqli aerodromdan qalxan 72 ədəd F-16 təyyarəsi iştirak etdi. Buna paralel olaraq, Azad Suriya Ordusu da Əzəzdən Afrin istiqamətində hərəkata keçdi.
YPG (PYD) Bəşər Əsədə müraciət edərək, ondan kömək istədi, fəqət Rusiyanın kuklası halına gələn və Moskvanın əmri olmadan hərəkət edə bilməyən Əsəddən heç bir cavab gəlmədi. Kürd terrorçular Əl-Bab əməliyyatı zamanı olduğu kimi, bu dəfə də Suriyanın hava sahəsini Türkiyə təyyarələrinə açan Rusiyanı xəyanətdə günühlandırdılar.
ABŞ-ın müdafiə naziri Ceyms Mattis Afrindəki kürd terrorçularına yardım məqsədilə Fəratın şərqində buluna YPG (PYD) silahlılarının Fəratın qərbinə keçmələrinə yardımçı oldu. Fəqət ABŞ Rusiya ilə Suriyanı nüfuz dairələrinə böldüklərindən və Fəratın qərbi ruslara aid olduğundan Afrindəki YPG (PYD) qüvvələrinə, Fəratınn şərqində olduğu kimi, hava dəstəyi verə bilmirdi.
Türkiyə Silahlı Qüvvələri əməliyyatın səkkizinci günündə YPG (PYD)-yə aid toplam 340 hədəfin məhv edildiyini bəyan etdi. 28 yanvar 2018-ci il tarixində Burseya dağı bütünlüklə nəzarət altına alındı. Həmin gün YPG-nin qadın qolu YPJ mənsubu olan “Avesta Xabur” kod adlı bir qadın terroristin Türkiyə əskərlərinin olduğu bölgədə terror aktı törətdi.
30 yanvar. Türkiyə Silahlı Qüvvələri Afrinə havadan türkçə, kürdcə və ərəbcə yazılmış vərəqələr atdı. Vərəqələrdə yerli xalq bölgədə olan kürd terrorçularına qarşı mübarizəyə səsləndi və "Afrin Afrinlilərindir" mesajı verildi. Eyni şəkildə Afrinlilərin telefonlarına da SMS-lər göndərildi.
31 yanvar. Darmıq dağının cənub yamacında Abdullah Öcalanın betondan inşa edilmiş böyük barelyefi insansız hava araçları tərəfindən bombalandı.
1 fevral. Afrinin şimalındakı Əli Qar və Zar kəndləri YPG (PYD)-dən alındı. Əli Qar və Zar kəndlərinin alınmasıyla birlikdə Zəhran bölgəsi ile Şinqal kəndi arasındakı ərazi bütünlüklə nəzarət altına götürüldü. Afrinin şimalında böyük bir bölgə Türkiyə Silahlı Qüvvələrinin əlinə keçdi. Həmin gün Bülbül qəsəbəsi də terrorçulardan təmizləndi. Beləcə, Türkiyə Silahlı Qüvvələri hərəkat boyunca ilk dəfə böyük bir bölgəni elə keçirmiş oldu. Afrin vilayətində yerləşən kəndlərin 10-da biri Azad Suriya Ordusunun tam nəzarətinə keçdi.
17 fevral. 2018-ci ilin fevral ayı ərazində itkilərin artdığı, bir ay ərzində Türkiyə SQ-dən 32 əskərin şəhid, 170 əskərin də qazi olduğu açıqlandı. Azad Suriya Ordusunun da 60-dan çox şəhid verdiyi məlum oldu. Bu məlumatı 2018-ci tarixində Rəcəb Tayib Ərdoğan yaydı.
19 fevral. Həmin günədək 1641 YPG terrorçusunun zərərsizləşdirildiyi məlum oldu. Verilən məlumatlarla Türkiyə SQ tərəfindən düzənlənən hava hücumlarında bir azalma baş verdiyi diqqətə çatdırıladı. Belə ki, 20-26 yanvar arasında 340, 27 yanvar-2 fevral arasında 198, 3-11 fevral arasında 89 və 12-16 fevral tarixləri arasında 47 hava hərəkatının düzənləndiyi bildirildi. Buna səbəb kimi fevralda müsəlman döyüşçülərin bir rus təyyarəsini vurması göstərildi.
Əməliyyata qatılan Türkiyə SQ və Azad Suriya Ordusu təkcə YPG (PYD) terrorçuları ilə deyil, bölgədə olan və terrorçulara açıq dəstək verən rejim gücləri və İrana bağlı şiə qruplaşmaları ilə də çatışmalı olurdular. Rejimin və İranın dəstəyi ABŞ-ın Fəratın şərqindən göndərdiyi yeni terrorçu dəstələrin döyüş yerinə şiə qruplaşmaların nəzarətində olan ərazilərdən sərbəst keçərək gəlmələri şəklində də davam etməkdəydi. ABŞ-ın bölgəyə sövq etdiyi terrorçular içərisində İraqın Sincar bölgəsindən gələn PKK-lılar da vardı. Onlar da İrana bağlı şiə qruplaşmaların onlar üçün açdığı dəhlizdən keçib gəlirdilər.
Hərəkatın 31-ci günündə Əsəd rejimi dövlət televiziyası vasitəsilə rejimə bağlı güçlərin kürd terrorçularına dəstək məqsədilə Afrinə sövq edildiyini rəsmən bəyan etdi. Buna cavab olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin buna cavabının çox ağır olacağını açıqladı.
20 fevral. Kürd terrorçularına dəstək məqsədilə rejim güclərinin və İrana bağlı Haşti-Şabi güclərinin Hələbdən Afrinə göndərildiyi, onların yük və zirehli maşınlardan ibarət “Baqir Batalyonu”na aid konvoyunun Afrin istiqamətində hərəkət etdiyi barədə məlumat əldə edildi. Türkiyə Silahlı Qüvvələri bu konvoya toplardan xəbərdarlıq atəşi açdı, nəticədə konvoy 10 km geri çəkilmək məcburiyyətində qaldı.
22 Həmin gün axşam Afrinə silah-sursat daşıyan 30-40 maşınlıq YPG (PYD) konvoyu Türkiyə ordusu tərəfindən məhv edildi.
26 fevral. Daha 115 düşmən mövqeyi ələ keçirildi. YPG (PYD)-nin nəzarətində olan ərazilərin sahəsi daha da daraldılaraq bu ərazilərin Türkiyə sınırıyla bağlantısı bütünlüklə kəsildi. Bundan sonra çatışmalar Raco və Cin Dərəsi istiqamətində davam etdi.
6 mart. Türkiyə SQ və ASO Raconu nəzarətləri altına aldılar. Raco və Cin Dərəsindən Afrinə uzanan avtomobil yolları da ələ keçirildi.
12 mart. Afrin mühasirəyə alındı. Ətraf kəndlər ələ keçirildi.
17 mart. Şərqdən qərbə və qərbdən şərqə irəliləyən Türkiyə ordusu Afrinin şimalında birləşdi.
48 saat sonra Afrin bütünlüklə Türkiyə ordusunun və Azad Suriya Ordusunun nəzarəti altına keçdi. Əməliyyat uğurla başa çatdı.
30 yanvar. Soçidə 1,5 min nümayəndənin iştirakı ilə konqres tərtib edildi. Beləcə, Astanada başlayan sülh prosesi yeni bir mərhələyə qədəm qoydu. Eyni zamanda sevimli Peyğəmbərimizin (s) 1400 il öncə bildirdikləri təsdiqini tapmış oldu. Söhbət aşağıdakı hədisdən gedir:
Dostları ilə paylaş: |