Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır”.
Əl-Ənam surəsinin 142-ci ayəsində də eyni müraciətə bir qədər başqa şəkildə rast gəlirik:
“(Üstündə) yük daşınan və yük daşınmayan mal-qaranı da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir”.
Ya Sin surəsinin 60 və 62-ci ayələri də eyni qəbildəndir. Bunlardan birincisində belə deyilir:
“Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir”.
O biri ayədə isə belə buyurulur:
“Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?”.
Əl-Bəqərə surəsinin 168-ci ayəsində Allah-Təala insanlara belə bir xəbərdarlıq edir:
“Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”.
Ali-İmran surəsinin 175-ci ayəsində eyni xəbərdarlıq bir qədər başqa formada təkrarlanır:
“O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”
Eyni surənin 155-ci ayəsindən belə məlum olur ki, şeytan ən çox günah sahiblərini aldatmağa nail olur:
“(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir”.
İblisin öz tərəfdarlarını daha çox günaha meyilli adamlardan seçdiyinə Qurani-Kərimin , Əl-Maidə surənin 90 və 91-ci ayələrində də işarə edilməkdədir. Həmin ayələrdə içki içənlərin və qumarbazların da şeytanın yoldaşları olduğu diqqətə çatdırılır:
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Dostları ilə paylaş: |