Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


"Mehdi (ə) İsanın (ə) ona iqtida etdiyi (arxasında durub namaz qıldığı)  kimsədir"



Yüklə 1,7 Mb.
səhifə90/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   86   87   88   89   90   91   92   93   ...   97
"Mehdi (ə) İsanın (ə) ona iqtida etdiyi (arxasında durub namaz qıldığı)  kimsədir" (“Əl-Məlahim vəl Fitən” kitabının tərcüməsi, yazarı Ibn-i Tavus, s. 46).

Burada diqqət etməli və yaxşı-yaxşı yadda saxlamalı olduğumuz məqam Həzərt İsanın (ə) Mehdinin xəlifəliyini və imamlığını, yəni liderliyini qəbul edəcəyi məqamıdır.



Şeyx İmran Hüseyn 2011-ci ildə Malayziyada verdiyi bir konfransda “Səhih-Müslim”də yer alan, Həzərət Mehdiyə Məkkədə necə beyət ediləcəyini anladan və diqqətimizi çox çəkən bir hədisi misal çəkmiş, fəqət onun nömrəsini qeyd etməmişdir (https://www.youtube.com/watch?v=ol1cuYOxg5k).

Sözügedən hədis belədir:

Xəlifə öləcək və onun varisinin kimi olacağı barədə fikir ayrılıqları yaranacaq. Birisi Mədinədən çıxıb Məkkəyə tələsəcəkdir. Və Məkkə əhli (onun pişvazına) çıxaraq onu onların beyətini qəbul etməyə məcbur edəcəklər".

Məlum olduğu kimi, Xilafət 1924-cü ildə ləğv edilmişdir. Belə olan halda hansı xəlifədən söhbət gedə bilər, yəni “ölən xəlifə” kim olacaq və ya kimdir?

Burada, istər-istəməz, ağla gələn ilk şey İŞİD-in xəlifə elan etdiyi Əl-Bağdadinin adı olur. Yəni doğrudanmı bu hədisdə söhbət Əl-Bağdadən gedir? Yəni doğrudanmı Mehdi (ə) Əl-Bağdadinin varisi olacaq?

Buna inanmaq bir qədər çətindəir.

Amma fakt budur ki, Mehdi (ə) qara bayraqlıların içindən çıxacaqdır. Bunu inkar etməmiz, əlbəttə ki, mümkün deyil.

Doğrusunu, əlbəttə ki, yalnız Allah bilir.

2019-cu ilin 27 oktyabrında dünya mətbuatı Əbu Bəkr əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən İdlibdə öldürüldüyü barədə məlumat yaymışdır. Hazırda onun varisinin, kimliyi və əsl adı məlum olmayan, yəni gizli tutulan Əbu İbrahim Haşimi əl Qüreyşi olduğu söylənilir. Bəziləri Qüreyşinin əsl adının Əmir Mühəmməd Əbdül Rəhman əl-Səlbi olduğunu ehtimal edirlər. Neçə yaşı olduğu, harda doğulduğu, hazırda harada olduğu məlum deyil. Hazırda onun ikinci xəlifə (31 oktyabr 2019-cu il) olduğu söylənilir.

Bəzi mülahizələrə görə bu ad altında Əl-Həcc (Hacı) Abdullah Qardaş kimi tanınan Hacı Abdullah əl-Afari çıxış edir. Bəziləri isə onun 2017-ci ildə ABŞ hərbi təyyarələrinin bombardımanı zamanı öldüyünü, Abdullah Qardaşla Əmir Mühəmməd Əbdül Rəhman əl-Səlbinin fərqli-fərqli adamlar olduğunu qeyd edirlər. Milliyyətcə türkmən olan Abdullah Qardaşın əslən Qüreyşilərdən olduğu, Həzrət Həsənin (r) nəslindən gəldiyi, 2014-cü ilin məlumatına görə, həmin dövrdə 50-dən çox yaşı olduğu, Səddam Hüseyn dövründə İraq ordusunda qulluq etdiyi, həmin dövrdə general-mayor rütbəsi daşıdığı, İraqın ABŞ tərəfindən işğalından sonra İŞİD-ə qatıldığı və Əl-Bağdadinin sağ əli olduğu, Əl-Bağdadinin onu özünə varis elan etdiyi söylənməkdədir. Qardaşın Mühəmməd adlı bir oğlu var.

Əldə olan məlumatlara görə, Mosul Universitetinin İlahiyyat fakultəsini bitirən Abdullah Qardaşın 2017-ci ildə öldüyü xəbəri təsdiqini tapmayıb. Belə ki, onunla bağlı 2018-ci ildə xəbər portallarında çox sayda məlumat yayılıb.

Doğrusunu, əlbəttə ki, yalnız və yalnız Allah bilir.

Şeyx İmran Hüseyn sözügedən hədisi söyləyəndə, yəni 2011-ci ildə hələ nə İŞİD vardı, nə də onun xəlifə elan etdiyi şəxs. Odur ki, Şeyx İmran hədisdə “xəlifə” deyilərkən, Səudiyyə kralının nəzərdə tutulduğunu və ola bilsin, ki, Mehdinin Səuduyyə kral ailəsindən çıxacağını söyləmişdi.

Yenə də doğrusunu Allah bilir.

Hazırda bir çoxları özünü bu və ya digər dərəcədə Həzrət Mehdi (ə) ilə bağlamağa çalışır. Bu halda söhbət təkcə Mehdi (ə) olduğunu iddia edən saxtakar və ya psixoloji xəstələrdən və ya da özünü “vilayəti-fəqih”, yəni Mehdinin (ə) yer üzündək naibi elan edən Ayətullah Xamneidən getmir. Söhbət həm də “Ənsarül-Mehdi” adlı bir təşkilat yaradan, özünün İmam Yamani olduğunu iddia edən başqa bir saxtakardan gedir.

Şiə esxatologiyasında yer alan fiqurlardan biri də İmam Yamanidir. Onun Həzrət Mehdidən (ə) öncə gələrək, onun gəlişi üçün zəmin hazırlayacağına inanılır. İmam Cəfəri Sadiqə (r) istinadən söylənilən şiə hədislərinin bəzi variantlarında o, Həzrət Hüseynin (r), bəzilərində isə Həzrət Həsənin (r) soyundan olacaq bir şəxs kimi təsvir edilir (Biharül-Ənvar, 52, s. 162; Shablanji. Noor al-Absar. p. 172). İmam Cəfəri Sadiq sözügedən şəxsin onun əmisi Zeydin nəslindən olacağını və Yəməndə üsyan edəcəyini söyləmişdir. Bəziləri Yəməndəki Zeydi şiələrinin (husilərin) İranın təhriki ilə çıxartdıqları üsyanı bu hədislə bağlamağa çalışırlar.

Yamaninin əsl adının nə olacağı haqqında da yekdil bir fikir yoxdur. Onun “Həsən”, “Hüseyn”, “Səid”, Nəsr”, “Əhməd” adını daşıyacağı barədə müxtəlif fikirlər mövcuddur. Onun Yəməndə ağ bayraq qaldıracağı söylənilir.

Özünü Əhməd Yamani adlandıran və əslən İraqdan olan birisi “Ənsərül-Mehdi” adında təşkilat yaradıb. Təşkilatın təqribən 300 üzvü var. İraqda bu qurumun üzvlərinin fəaliyyətinə qadağa qoyulub. Bu üzdən də Liviyada fəaliyyət göstərirlər. Qurumun başçısı və üzvləri məqsədlərinin Mehdinin (ə) gəlişini hazırlamaq olduğunu söyləyirlər.

Əgər Yamani haqqında hədislər doğrudursa, Mehdi (ə) üçün zəmin hazırlamalı olan həmin şəsxin Səudiyyə Ərəbistanının keçmiş Neft və Mineral Resurslar naziri (1962-1986) Əhməd Zəki Yamani olduğunu düşünmək daha doğru və ağlabatan olar. Belə ki, məhz onun səyləri nəticəsində 1985-ci ildə Səudiyyə Ərəbistanı özünün neftinin hasilatını artıraraq, bu yanacaq növünün dünya bazarlarındakı qiymətinin 6,1 dəfə enməsini itəmin etmişdi. Məhz bunun nəticəsində iqtisadi çətinliklərlə üzləşən Rusiya (SSRİ-nin) həmin ildən etibarən “Yenidənqurma” yolunu tutdu, 1989-ci ildə Əfqanıstanda məğlub duruma düşərək, bu ölkəni tərk etmək məcburiyyətində qaldı. Məhz bu addım SSRİ-nin çöküşünə (1991) səbəb oldu. Təsadüfi deyil ki, Rusiyanın keçmiş baş naziri Yeqor Qaydar özününü 2006-cı ildə işiq üzü görmüş “İmperiyanın məhvi: Müasir Rusiya üçün dərslər” adlı kitabında bu faktı xüsusi qeyd etmişdir.

Lakin Rusiya baş verənlərdən lazımi dərs çıxarmadı və 2015-ci ildə Suriyaya soxuldu. Səudiyyə Ərəbistanı da 2020-ci ilin mart ayında yenidən eyni addımı atdı və İdlibdə (Amiq və Dabıq arasında) müsəlmanlarla amansız savaş aparan Rusiyanın, eləcə də onun müttəfiqi İranın iqtisadiyyatına inanılmaz bir zərbə vurdu. Əhməd Zəki Yamaninin 1985-ci ildə tətbiq etdiyi metodun yenidən tətbiq edilməsi səbəbindən Məlhəmə-i Kübranın əsas iştirakçılarından olan ABŞ-ın neft sənayəsi də böyük problemlərlə üzləşdi. Həmin ay G-20 ölkələrinin zirvə toplantısında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan öz nitqində Səudiyyə kralına bu addıma görə xüsusi təşəkkürünü bildirdi.

Bir sözlə, Məlhəmə-i Kübra savaşında müsəlmanlara qarşı cəbhədə yer alan Rusiya, İran və ABŞ zərbə yedilər, müsəlmanlar və müharibə meydanında onların tək hamisi rolunda çıxış edən Türkiyə bundan çox məmnun qaldılar. Həzrət Mehdinin (ə) gəlişi üçün bundan daha yaxşı hansı zəmin hazırlana bilərdi ki?

İraqın nüfuzlu şiə din xadimlərindən Müqtəda əs-Sədr də “Mehdi Ordusu” deyilən bir hərbi təşkilat yaradıb.

Məlum olduğu kimi? şiəliyin bir-biri ilə rəqabət aparan iki dini mərkəzi var: Qum (İran-fars) və Nəcəf (İraq-ərəb). İraq şiələri 90 yaşlı Ayətullah əl-üzma seyid Əli Hüseyni Sistanini, İran şiələri isə Ayətullah Xamneini özlərinə lider hesab edirlər.

İraqda 47 yaşlı daha bir şiə lideri var. Özünün radikal görüşləri və xarizmatikliyi ilə fərqlənən bu şəxs Müqtəda əs-Sədrdir. Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğlu olan Müqtəda əs-Sədr ilə Ayətullah Sistani arasında ciddi ziddiyyətlər var. O və ona bağlı “Mehdi Ordusu” ABŞ qırıcılarının Nəcəf və Kərbəlanı bombardıman etməsindən və Nəcəfdəki Həzrət Əli (r) türbəsinə atəş açmasından sonra, yəni 2004-cü ildə buna cavab olaraq, Amerikaya qarşı savaş elan etdi.

2007-ci ilin fevralında Müqtəda əs-Sədr İraqı tərk edərək, İrana  üz tutur. Buna İraq təhlükəsizlik qüvvələrinin onun həbs edilməsi üçün Bağdad şəhərində əməliyyatlar keçirməsi səbəb olur.

2008-ci ilin mart ayının 31-də Bağdadda kommendant saatı ləğv edilir. Hökumət bu addımı Əs-Sədrin öz tərəfdarlarına hərbi əməliyyatları dayandırmaq barədə göstərişindən sonra atır.

Qeyd edək ki, Müqtəda əs-Sədrin "Mehdi Ordusu" ilə koalisiya və müvəqqəti hökumətin qoşunları arasında döyüşlər 2008-ci ilin avqust ayının 28-ə qədər davam edib. Həmin  ilin avqust ayının sonlarında isə Müqtəda əs-Sədr yaydığı bəyanatla "Mehdi Ordusu"nun fəaliyyətini dayandırğını elan edib və həmin tarixdən sonra silahlı deyil, siyasi mübarizəyə qoşulacağını bildirib. Bundan əvvəl, daha dəqiq desək, 2008-ci ilin iyununda "Mehdi Ordusu" ələ keçirdiyi və əs-Sədrin dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil vermişdi.

Hazırda Türkiyənin paytaxtı Ankara  şəhərində olan Müqtəda əs-Sədrin olduğu yer məxfi saxlanılır. Türkiyənin XİN rəsmiləri Əs-Sədrin İrandan Türkiyəyə gətirilməsinin səbəbini İraqdakı təhlükəsizlik və stabillik mövzusu ilə bağlı olması, eləcə də Türkiyənin vasitəçilik edəcəyi sülh prosesinin müzakirə edilməsi ilə əlaqələndirirlər.



Mehdi (ə) haqqında əldə olan hədisləri ümumiləşdirərək, aşağıdakıları söyləyə bilərik:

1. Hz. Mehdi (ə) Əhli-beytdən olacaq, Hz. Həsənin (r) nəslindən gələcəkdir.

2. Adı ya Əhməd, ya Mühəmməd, atasının adı Abdullah, ləqəbi Əbu Abdullah olacaq.

3. Alnı geniş, burnu qövsvari, dişləri aralıdır.

4. Yeddi, səkkiz və ya doqquz il Yer üzünün xəlifəsi olacaq. O, Zülqərneyn və Hz. Süleyman (ə) kimi bütün dünyaya hökm edəcəkdir.

5. Bütün dünyada zülmə son qoyacaq, dünyanı ədalətlə dolduracaqdır.

6. Ondan həm göy, həm də yer əhli razı qalacaq.

7. Dünya malını bütün insanlar arsında bərabər böləcək, yer üzündə bircə nəfər də kasib qalmayacaq, hər kəsin istədiyi hər şeyi olacaqdır. Bu səbəbdən də heç kəsin zəkat və sədəqəyə ehtiyacı qalmayacaq.

8. Zühurundan əvvəl, xəlifənin ölüm xəbəri yayılacaq və yeni xəlifənin kim olması barəsində ixtilaf düşəcəkdir. Məhz elə o əsnada Mədinədə olan Hz. Mehdi (ə) Məkkəyə gələcək və Məkkəlilər, özü istəmədiyi halda, ondan ortaya çıxmasını tələb edəcək və axırda Kəbənin küncü ilə Hz. İbrahimin (ə) məqamı arasında olan yerdə ona beyət edəcəklər. Beyət edənlərin sayı 313 nəfər olacaq. Həmin vaxt Mehdi (ə) 40 yaşında olacaq.

9. Beyətdən sonra Şamdan və ya İraq tərəfdən Hz. Mehdinin (ə) üstünə bir ordu göndəriləcək, ancaq bu ordu çöldə Zulhüleyfə adlı yerə çatdıqda, yerin dibinə batırılacaqdır.

10. Hz. Mehdi (ə) Xorasandan (Əfqanıstandan) gələn, döyüşə-döyüşə Qüdsə qədər irəliləyən qara bayraqlıların içindən çıxacaqdır.

11. Şərq tərəfdən gələnlər onun xəlifəliyi üçün zəmin hazırlayacaqlar.

12. Hz. Mehdi (ə) zühur edərkən başında bir sarıq olacaq və bir carçı (ya mələk): “Bu, Allahın xəlifəsi olan Mehdidir, ona tabe olun” – deyə car çəkəcəkdir. Onun zühuru Məhərrəm ayında, Aşura günü baş verəcək.

13. Onun bayraqdarı Şərqdən gələn, Əl-Təmim tayfasına mənsub bir gənc olacaq. Adının Şüeyb olacağı ehtimal edilir.

14. O, Qüdsə daxil olacaq. Orada səhər namazı qılacaq. Həzrət İsa (ə) onun imamlığını qəbul edib, arxasında namaz qılacaq, onun xəlifəliyini təsdiq edəcəkdir.

15. Mədinəni (Qənstəntiniyyəni) və Deyləm dağını fəth edəcəkdir.

16. Yəhudilərə bənzəyəcək, sağ yanağında xalı olacaq.

17. Rumlarla (ruslarla) Amiq və Dabıq arasında 3 gün döyüşəcək, 3-cü gün qələbə çalacaqdır. Bu zaman əskərlərinin sayı 70 min olacaq. Rumu (Rusiyanı) və Qənstəntiniyyəni (Roma? İstanbul? Moskva?) fəth edəcək. Müsəlman əskərlər Rumda 400 min və ya 600 min kafiri məhv edəcəklər.

Qeyd: İstanbul (Konstantinopol) tarixdə ikinci, Moskva isə üçüncü Roma kimi tanınınr. İstanbul müsəlman şəhəri olduğu üçün oranın fəthi ağlabatan deyil. İtaliya da sözügedən savaşda iştirak etmədiyi üçün bu halda söhbətin üçüncü Romadan (Moskvadan) getdiyi bizə daha ağlabatan görünür. Üstəlik də hədislərdə Mehdinin (ə) “Allahu Əkbır!” deyəcəyi və şəhərin 12 qülləsinin (bürcünün) dağılacağı qeyd edilir. İstanbulda sadəcə üç qüllə var. Moskvada isə, təkcə Kremldə 16 bürc var. Onlardan 4-ü bir, 12-si isə başqa tipdədir.

18. Hökm verərkən Qurani-Kərimə, Peyğəmbərin (s) şəriətinə və sünnələrinə əsasən hökm verəcəkdir.


Son söz
Həzrət Mehdinin zühurundan sonra dünyada zülmə son qoyulacağı, ədalətin bərqərar olacağı, dünya malının bütün insanlar arsında bərabər bölünəcəyi, yer üzündə, bircə nəfər də olsun, kasibın qalmayacağı, hər kəsin istədiyi hər şeyinin olacağı, bu səbəbdən də heç kəsin zəkat və sədəqəyə ehtiyacı qalmayacağı söylənilir. Bu o deməkdir ki, sinifli cəmiyyətə və insanın insan tərəfindən istismarına son qoyulacaq, hər bir insanın bütün ehtiyaclarını ödəyəcək qədər maddi nemətlər bolluğu yaranacaqdır.

Bu mümkündürmü?



Nəzərə alsaq ki, bəşəriyyət 4-cü sənayə inqilabı ərəfəsindədir, yəni biz 3-cü sənaye devrimindən 4-cü sənaye devriminə keçid ərəfəsindəyik, suala çəkinmədən müsbət cavab vermək olar.

Belə hesab edilir ki, sənaye devrimıərinin birincisi su və buxar enerjisinin istifadə edilməsi olub. Bu inqilab XVIII əsrin ilk çəyərəyində gerçəkləşib. Buxar maşınının icadı və istehsalatın müxanikləşdirilməsinə əsaslanan bu devrimi təqribən yüz il sonra kütləvi istehsala keçidi təmin edən 2-ci devrim dalgası təqib etdi. Bu, elektrik enerjisinin kəşfi və onun sənayeyə tətbiqi ilə mümkün oldu. XX əsrdə dünya, nəhayət ki, dijital çağa addım atdı və beləcə, devrimlərin 3-cüsü olan dijital sənaye inqilabı çağı başladı. Elektronik ve informasiya texnologiyalarının təkmilləşdirilməsi sayəsində istehsalın avtomatlaşdırılması gerçəkləşdirildi. 3-cü devrim öz ardınca avtonom maşın ve virtual mühitə start verərək, əski istehsal vasitələrini daha da təkmilləşdirən 4-cü sənaye devrimini gətirdi.

4-cü sənaye devriminin təməlini İoT (İnternet vasitəsilə bir-birinə bağlanan obyektlər) sayəsində fiziki və virtual mühitlərin əlaqələndirilməsi nəticəsində yaranan informativ paylaşımın əmələ gətirdiyi intellektual şəbəkə, eləcə də virtual sistemin sensor məlumatları ilə əlaqələndirilməsi təşkil edir.

4-cü sənaye devriminin gətirdiyi yenilikləri aşağıdakı kimi sıralaya bilərik:

5 G texnologiyaları

3 D texnologiyası

Süni zəka

Bulud hesablama

Genişlənmiş reallıq

Böyük məlumatların təhlili

Robot texnologiyaları

Tamamilə robotlaşdırılmış istehsal sahələri

Söhbət süni zəka tərəfindən idarə ediləcək robotlaşdırılmış sistemlər - robotlaşdırılmış istehsal və xidmət sahələri sayəsində yaradılacaq maddi nemətlər bolluğundan, robotların istismar edilənləri əvəz etməsi ilə insanın insan tərəfindən istismarına son qoyulmasından, 5G texnologiyaları sayəsində nəqd pulun bütünlüklə kripto valyuta (virtual pul) ilə əvəz edilməsi sayəsində sələm kapitalına əsaslanan bank-sisteminin aradan qaldırılmasından, süni zəka tərəfindən insanların ehtiyaclarının müəyyən edilərək maddi nemətlərin onlar arasında ədalətli paylaşımına əsaslanan ədalətli cəmiyyətdən gedir.

Elmi-texniki tərəqqi bütün bu deyilənlərin çox yaxın zamanlarda reallığa çevrilməsi üçün optimal şərait yaradır. Və bu gün şeytani qüvvələrin əsas məqsədi bu sistemi çalışdıracaq proqramlaşdırma mərkəzlərini ələ keçirərək, bütün bəşəriyyəti özünün köləsinə çevirməkdir.

Dəccalın görəcəyi ilk işlərdən biri insanların dərisinin altına xüsusi proqramlaşdırılmış çiplər yerləşdirmək, bu çiplər vasitəsilə onları izləmək, insanları maddi sərvətlərin paylaşılma sisteminə bağlayaraq, ona qarşı cıxanları, lazım gəldiyi an, çipinini sistemdən kəsməklə aclığa məhkum edə bilməkdir. Bu barədə “Vəhy” kitabında belə deyilir:



O, bütün insanları - kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin”. 

Təbabətin inkişafı ilə insanın sağlamlığıü üçün yeni imkanlar ortaya çıxdığı kimi, bəşəriyyət üçün, əslində, təhlükə də xeyli artır. Çünki, tibb Dəccala xidmət edən şeytani qüvvələrin əlində milyonlarla "əlavə" insanın qətliamı üçün bir vasitəyə çevrilir. Bununla nə demək istədiyimizi izah edək.

Biriləri baltanı ağac doğramaq üçün kəşf etdi, başqa biriləri isə ondan insanları qətl etmək üçün istifadə etdi. Ataom enerjisi yüzlərlə şəhər və kəndi elektrik enerjisi ilə təmin edə bildiyi kimi, biriləri tərəfindən bombaya çevrildiyindən həmin şəhər və kəndləri məhv etmək potensialına da sahibdir.

Dəccalın görəcəyi ilk işlərdən biri də Harmageddon savaşını çıxarıb. Dünya əhalisinin sayını 500 milyona salmaq olacaq. Bu, ABŞ-ın Georgia ştatının Elbert County şəhərində ucaldılan və “Dəccalın daşları” kimi tanınan abidədə açıq-aydın  şəkildə ifadə edilmişdir. 6 granit daştan ibarət olan bu abidənin fərqli səthlərində 8 çağdaş ve 4 ölü dildə yazılmış 10 prinsip qeyd edilib. Həmin prinsiplər “Dəccalın 10 əmri” olaraq bilinməkdədir. Onlardan birincisi dünya əhalisinin sayının 500 milyona endirmək əmridir.

Abidənin hündürlüyü 5.47 metr, ağırlığı 108 tondur. 1979-cu ildə qoyulsa da, kim tərəfindən qoyulduğu məlum deyil. Onu ucaldanlar özlərini “Qızıl çağı arayan bir qrup Amerikalı” və “R. C. Christian camaatı” kimi təqdim etmişlər.

Beləliklə, Dəccalın və ona xidmət edən şeytani qüvvələrin məqsədi insanların sayını tam nəzarət edilə biləcək səviyyəyə qədər azaltmaqdır. Azalda bilmək üçün ən effektli vasidə “Harmagedon”, yəni III Dünya savaşını çıxartmaqdır. Müharibədən sağ çıxacaq əhalini nəzarətdə saxlamaq üçünsə onlara çiplər yeridilməlidir. Çiplərin yeridilə bilməsi üçün, yəni insanların buna könüllü razı olmaları üçün bu çiplərə sahib olmayacaq adamları alış-veriş etmək imkanından məhrum etmək lazımdır. Yəni söhbət nəqd paranın ortadan qalxmasından və elektron para ilə əvəz edilməsindən sonra maliyyə əməliyyatlarını aparmaq üçün zəruri olan ağıllı çiplərdən gedir. Bu çiplər həm şəxsiyyət vəsiqələrini, həm maaş kartlarını, həm də tibbi kartları əvəz etməli, eyni zamanda insanın bədənində yaranacaq hər hansı bir xəstəlik zamanı onu dərhal xəbər etməlidir.

İlk baxışdan çox mütərəqqi bir şey kimi nəzərə çarpan kütləvi çipləşdirmə planı, şübhəsiz ki, Dəccala bütün insanları izləmək, danışıqlarını dinləmək və lazım gəldiyi halda maliyyə əməliyyatları şəbəkəsindən ayırmaqla cəzalandıra bilmək imkanı verəcək. Üstəlik də insanları kiborqa çevirmək istəndiyi də istisna edilmir.

Azadİnform”un yaydığı 29.09.2015 tarixli, “ABŞ insanları çipləşdirmə prosesinə əsgərlərdən başlayır” adlı xəbərdə deyilir:

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) hərbçilərin beyninə elektron çiplərin tətbiqi ilə bağlı işlər aparır.



Azadinform Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, layihənin başlıca məqsədi superəsgərlərin yaradılması yox, onların beyninin qorunmasıdır. Artıq “Neuroprosthetics” adlanan implantların sınaqları keçirilir. Bu barədə ABŞ jurnalisti Enni Ceykobsenin “Pentaqonun beyni” adlı kitabında da bəhs olunur.

Məlumata görə, “DARPA” uzun illər ərzində hərbi qulluqçuların beyninə çiplərin yerləşdirilməsi ideyasını həyata keçirməyə çalışsa da, əsgərlərin “kiborq”lara çevrilməsi yalnız indi mümkün olub. Agentlik əsgərlərin döyüş meydanında döyüş qabiliyyətinin artırılması və əsgərlərin kəllə-beyin zədəsindən sonra müalicəsi üzrə bir sıra layihələr həyata keçirib.

"Newsru” yazır ki, superəsgərlərin yaradılması Pentaqonun yeni proqramının yeganə məqsədi deyil. Hərbçilərin fikrincə, çiplərin tətbiqi süni intellektin yaradılması yolunda yeni addım olacaq və daha yüksəksəviyyəli robotlar yaratmağa imkan verəcək. Kitab müəllifinin yazdığına görə, agentliyin başlıca məqsədinin yeni silah növlərinin yaradılması olduğunu unutmaq olmaz. Sual doğuran əsas məsələ isə proqramın məhz hərbi məqsədlər üçün necə istifadəsi ilə bağlıdır”.

“Virtual Azərbaycan”da “Virtualaz.org azvision.az”a istinadən dərc edilmiş “Məmurların bədəninə çip yerləşdirilir” (31 yanvar 2014) adlı yazıda isə deyilir:

ABŞ-ın Vayominq ştatının administrasiyası əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Ştatın Hanna dairəsində dərc olunan qərara görə, sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər.

Vayominq ştatı tərəfindən başlanan çipləşdirmə prosesi (MINI RFID) vətəndaşların avtomatik identifikasiyasını nəzərdə tutur. Haqqında söhbət gedən çip – 100 Qiqabayt yaddaşı olan mini-kompüterdir. Onun içərisinə müxtəlif məlumatlar: tibbi, sığorta məlumatları, sürücülük vəsiqəsinin nömrəsi, kredit tarixçəsi, kriminal keçmişi və s. daxil ediləcək.

Vayominq ştatının əhalisi MINI RFID qurğusuna məmnunluqdan – kəskin narazılığa qədər müxtəlif münasibət bildirirlər. Bir vətəndaş isə əvvəllər necə yaşadığına təəccüblənərək yeni çip vasitəsilə maqazalardan pul kisəsi olmadan belə alver edə bildiyini söyləyib. Bununla yanaşı təkuşaqlı ana dövlət dəstəyindən imtina edə bilmədiyini və bu səbəbdən MINI RFID çipini quraşdırmağa məcbur olduğunu dilə gətirib.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin