Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


"Sizlər (müsəlmanlar) Rumlarla



Yüklə 1,7 Mb.
səhifə64/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   60   61   62   63   64   65   66   67   ...   97
"Sizlər (müsəlmanlar) Rumlarla (ruslarla) güvənli bir sülh bağlayacaqsınız. Siz və onlar birlikdə arxanızdan hücum edən başqa bir düşmənlə (YPG // PYD) savaşacaqsınız. Zəfər qazanıb, qənimət mallarını alaraq savaşdan sağ-salamat çıxacaqsınız. Sonra savaşdan dönüb təpələri olan bir yerə çatacaqsınız. Orada xaç əhlindən bir adam, xaçı yuxarı qaldıraraq xaç qalib gəldi deyəcək, müsəlmanlardan bir adam da əsəbiləşərək, qalxıb o xaçı qıracaqdır, bax, o zaman Rumlar (ruslar) aranızdaki barışı pozaraq, sizinlə böyük bir savaş etmək üçün toplanacaqlar" (Əbu Davud, 4292).

Beləliklə, Soçi konqresi ilə “müsəlmanlarla ruslar arasındakı güvənli sülh” daha da möhkəmlənmiş oldu. Bundan əvvəl Astanada əsası atılan sülhdən istifadə edən müsəlmanlar Rusiyanın dəstəyi ilə, daha doğrusu, hava sahəsini açması ilə ABŞ-ı dəstəklədiyi “sarı bayraqlılar”la, başqa sözlə, YPG (PYD) ilə savaşıb zəfər çaldılar. Sülhün pozulması və ruslarla böyük savaş hələ qabaqda idi. Hələliksə sülh şəraiti davam edirdi.

Soçidə görüşən tərəflər Suriyanın yeni Konstitusiyası üzərində müzakirələr apardılar. Sülh danışıqları və müzakirələr BMT tərəfindən terrorçu kimi tanınan İŞİD və Ən-Nüsra Cəbhəsi, eləcə də Əhrar əş-Şam, Təhrir əş-Şam, Fəyləq ər-Rəhman kimi barışmaz qruplaşmaları əhatə etmirdi. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi ilə onlar arasında qanlı toqquşmalar davam edir, tərəflər ağlasızmaz itkilər verirdi. Yanvarın 7-də baş verən döyüşlərdə Əsəd rejiminin briqada generalı Heydər Həsənin məhv edilməsi döyüşlərin hansı cəviyyədə getdiyinin göstəricisi idi.

7-8 fevral. ABŞ-ın hava qüvvələri Həşm şəhərində yerləşən Bəşər Əsəd güclərinə hücum təşkil etdi.

14-15 may. Astana formatında doqquzuncu görüş oldu.

2018-ci ilin yayında Rusiya, gözlənildiyi kimi, müsəlmanlarla əldə edilmiş “güvənli sülh”ü pozaraq, 4 gərginliyi azaltma bölgəsindən 3-də hərbi əməliyyatlara başladı. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminə bağlı hərbi hissələr Rusiyanın havadan, İrana bağlı şiə qruplaşmalarının yerdən dəstəyi ilə Əs-Süveydə, Dera və Əl-Kunytra, eləcə də Şərqi Qutanı ələ keçirdi. Hüms və Hamanın da bir hissəsi rejim qüvvələrinin əlinə keçdi. Sözügedən bölgələr müsəlmanlardan, qadın, qoca, uşaq demədən, bütünlüklə təmizləndi və aşağıdakı hədisdə deyilənlər təsdiqini tapdı:




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin