Bəxtiyar Tuncay Hülakü Xanın Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərdiyi yarlıq


Hülakü Xan və Dokuz Xatun (Cəmi ət-Təvarix)



Yüklə 1,08 Mb.
səhifə2/10
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110971
1   2   3   4   5   6   7   8   9   10
Hülakü Xan və Dokuz Xatun (Cəmi ət-Təvarix)
Maraqlıdır ki, həmin yarlıq “Tarîx-i Müxtəsərid-Düvəl”də yer alsa da, “Chronicon Syriacum”da mövcud deyildir.

Bar Hebraeus Yaxın Şərqdəki tatar fütuhatına bilavasitə şahid olmuş, tatarlarla şəxsi əlaqələr belə qurmuşdu. O, tatar hökmdarı Hülakü Xan ilə də görüşmüş və suryani camaatının patrikləri üçün müxtəlif tərxanlıq yarlıqları almışdı. Əhməd Təküdar Xanın (öl.1284) da hüzurunda da olmuş və ondan da yarlıq almışdı (Tolga Ersoy, 2013, s. 365). Elə bu səbəbdən də George Lane kimi bir sıra alimlər Bar Hebraeusun əsərində tatarlara olan isti münasibətin bundan qaynaqlandığı hesab edirlər (George Lane, 1999).

Murat Tural elm aləmində Hülakü Xanın xristianları himayə etdiyi barədə yayğın olan fikirlərdən, eləcə onların qaynağından söz açaraq, onları aşağıdakı kimi sıralamışdır (Murat Tural, 2017, s. 25-26):

1. Hülakünün Qərb istiqamətindəki hərəkatını Şərq xristianlarını müsəlmanların hakimiyyətindən qurtarmaq amacıyla başlatmış olması (Korykoslu Hayton, 2015, s. 101-104).

2. İsmaililərin qalalarının ələ keçirildiyi əsnada xristianların qətl edilməmiş olması (Galstyan A. G.,2005, s. 103; Mustafa Akkuş, 2011, s. 119).

3. Hülakünün arvadı Dokuz Xatunun xristian olması və onun tövsiyəsi ilə Bağdadın ələ keçirilməsi əsnasında şəhərdəki bütün xristianların canlarının bağışlanması (Vartan, 1936, s. 37; Kiragos, 1928, s. 209).

4. Hülakünün Bağdadda xristianlara təkrardan kilsə zənglərin çalma özgürlüğünün verilməsi. Üstəlik də Hülakünün inşa edilən kilisələrdə icra edilən ayinlərə qatılması (Bertold Spuler 2011, s. 231).

5. Hülakünün 1258-ci ildə Bağdadda inşa edilən bir kilisəyə nestorian katolikosu olaraq, Makkikanı təyin etməsi və ona bir köşk hədiyyə etməsi. Eləcə də adı çəkilən katolikosa müsəlmanlar tərəfindən gerçəkləştirilən bir saldırının ardından bu olayın faillərinin edam edilməsi (Bertold Spuler 2011, s. 231, 235).




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin