(Hər kəsin )kitabı( qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış )olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!
Hülakü Xan tərəfindən Mengü Xanın adından Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərilmiş məşhur yarlığın sonrakı hissəsinin məzmunu belədir:
Biz Tanrının qüvvəti ilə qaldıq və Onun qüvvəti ilə müvəffəq olduq və olmaqdayıq. Heç şübhə yoxdur ki, biz Tanrının yer üzündəki əskəriyik, O, qəzəbinə uğratmaq istədiyi kimsələrin üzərinə bizi göndərir. Hadisələr sizə ibrət və sözümüz sizə nəsihət olsun.