Bəxtiyar Tuncay I döVLƏt gəray xanin polşa zadəgan və voyevodalarina göNDƏRDİYİ yarliq (1574)



Yüklə 121.69 Kb.
tarix26.03.2020
ölçüsü121.69 Kb.

Bəxtiyar Tuncay

I DÖVLƏT GƏRAY XANIN POLŞA ZADƏGAN VƏ VOYEVODALARINA GÖNDƏRDİYİ YARLIQ (1574)



Osmanlı sultanı Süleyman Qanuninin bibisi oğlu, Türk tarixinə adını “Taxt Alğan” (Taxt alan) ləqəbi ilə həkk etdirmiş Uluq Orda (Turan) xanı I Dövlət Gəray Xan (دولت كراى آلغان تخت) 1512-ci ildə Məngli Gəray Xanın oğlu Mübarək Gərayın nəslində dünyaya gəlmişdir. Onun atası Osmanlı sultanı Səlim Yavuzun bir çox səfərlərinə qatılmış, Misir yürüşü zamanı şəhid olmuşdu (1516/1517). Həlim Gərayın yazdığına görə, atası şəhid olduqdan sonra anası öncə I Mühəmməd Gəray Xana, daha sonra isə I Səadət Gəray Xana ərə getmişdi. I Səadət Gəray onun doğma əmisi idi və o, Dövlət Gərayı kalğa (vəliəhd) elan etmiş, Dövlət Gəray da 2 il, yəni 1530-1532-ci illər ərzində kalğa olmuşdur.

1532-ci ildə I Səadət Gəray xanın taxt-tacdan əl çəkməsi və onun yerini I Sahib Gəray Xanın tutmasından sonra Dövlət Gəray zindana salındı və ömrünün bir neçə ilini orada keçirdi. Azadlığa çıxdıqdan sonra İstanmula getdi və zamanla sultan Qanuni Süleymanın rəğbətini qazandı.

1551-ci ildə sultan Dövlət Gərayı Kırım bəylərinin istək və xahişi doğma əmisi I Sahib Gərayın yerinə Uluq Orda taxtına əyləşdirdi. I Dövlət Gəray Xan hakimiyyətə gələr-gəlməz I Sahib Gəray Xana və kalğa Əmin Gəraya qarşı sui-qəsd təçkil edərək, qarşısındakı əsas maneəni aradan götürdü. I Sahib Gəray Xanın digər oğulları da qətlə yetirildilər. Sui-qəsdin əsas iştirakçısı xanzadə Bülük Gəray kalğa təyin edildi.

I Dövlət Gəray özünün mərkəzi hakimiyyətə tabe olmayan Moskva Ulusuna və rus torpaqlarına çoxsaylı yürüşləri ilə məşhurdur. O, eyni zamanda, Moskva çarı IV Qorxunc İvan tərəfindən 1552-1556-cı illərdə işğal edilmiş Kazan və Həştərxan xanlıqlarını azad etməsi və mərkəzi hakimiyyətə bağlaması ilə də adını tarixə əbədi həkk edə bilmişdir.



IV Qorxunc İvan
I Dövlət Gəray Xan IV İvanın kazan xanlığını işğal etməsini önləmək məqsədilə 1552-ci ildə Moskva Ulusuna özünün ilk yürüşünü təşkil etdi. Bu yürüşdə Osmanlı yeniçərləri və topçu birlikləri də iştirak edirdi. Fəqət yürüş bir neçə kiçik qələbə nəzərə alınmazsa, istənilən nəticəni vermədi.

1555-ci ildə xan 60 minlik ordunun başında Moskva Ulusu üzərində yeni yürüşə çıxdı, lakin bu dəfə də istədiyi nəticəni əldə ala bilmədi, 1556,1557 və 1558-ci illər yürüşləri də nəticəsiz qaldı. Yalnız 1952-ci ildə tatarlar Mtsensk, Odoevo, Novosil, Bolxov, çern və Belev adlı yaşayış məntəqələrində mərkəzi hakimiyyəti bərpa etməyi, çox sayda moskovit, kazak və rus qoşununu məhv və əsir etməyi bacardılar. 1563-1564-cü illərdə Pronsk, Dedilovsk və Ryazan da ələ keçirildi.

1565-ci ilin payızında I Dövlət Gəray Xan Bolxovu mühasirəyə aldı, lakin qalanı ələ keçirə bilməyib geri çəkilməli oldu. Bununla da Moskva Ulusunu ram etmək planına müvəqqəti ara vermək lazım gəldi. İşləri çətinləşdirən yerli xristian türklərin, ilk növbədə də kazakların, Qasım və Həştərxan tatarlarının, eləcə də çərkəzlərin xristian olan hissəsinin sırf dini hisslərdən çıxış edərək, Moskva Ulusunun yanında yer alması və müsəlman Türk-Tatar dövlətinə tabe olmaq istəməməsi idi. Bir sözlə, xristian missionerlərin hələ Çingiz Xan dövründən apardıqları məqsədyönlü missionerlik fəaliyyətləri öz bəhrəsini verməkdə idi.

1569-cu ildə Osmanlı sultan II Səlim Kırımın Kəfə limanından Həştərxan üzərinə 17 minlik qoşun göndərdi. Qoşuna Qasım Paşa rəhbərlik edirdi. Yolda onalara I Dövlət Gəray Xanın 50 minlik qoşunları da qoşuldular. Osmanlı komandanlığı toplu gəmilərin Volqa çayına keçə və oradan Həştərxana üzə bilməsi üçün təcili Don çayından Volqa çayına kanal qazımağa başladı və beləcə bugünkü Volq-Don kanalının əsası qoyuldu. Fəqət kanal dar alındığından gəmilər onu keçə bilmədi və topları Həştərxan ətrafına gətirə bilmək mümkün olmadı. Top olmadığı üçün Həştərxan qalasının alınmasını təxirə salmaq lazım gəldi.

1572-ci ilin baharında I Dövlət Gəray Xan Moskva üzərinə yeni yürüş təşkil etdi, Yürüşə Osmanlı yeniçərləri və Reç Pospolitadan göndərilmiş qoşun da dəstək verməkdə idilər. Bu yürüş Uluq Orda (Turan) dövlətinin tam qələbəsi ilə bitdi, Moskva ələ keçirilərək yandırıldı. IV İvan şəhərdən qaçıb Rostovda gizləndi. Xan Sain Bulatı Moskva Ulusunun bəylərbəyi təyin etdi.

Bu möhtəşəm qələbədən sonra I Dövlət Gəray Xan “Taxt Alğan” (Taxt alan) ləqəbini qazandı və Turan dövlətinin ömrünü daha iki əsir uzatmış oldu.



1577-ci ilin iyun ayının 29-da xan vəba xəstəliyindən vəfat etdi. Onun yerinə oğlu II Mühəmməd Gəray yeni xan seçildi (Волков В. А., 2004,  s. 133-158).

I Dövlət Gəray Xandan dövrümüzədək bir yarlıq yetişmişdir. Onun Polşa kralı I Siqizmunda göndərdiyi 1574-ci il tarixli həmin yarlığı Hüseyn Fеуzxanovun arxivində “№ 2” şifrəsi altında qeydə alınmışdır.

Yarlığın qısa məzmunu belədir:

Salamlama və yeni Polşa kralının taxta oturması münasibəti ilə dilə gətirilən sevinc. Əvvəlki sülh və əhdnamənin xatırladılması. Kralın adamlarının Osmanlı və Uluq Orda (Turan) tacirlərinə vurduqları zərər. Kazaklar tərəfindən ələ keçirilmiş əsirlər, mal-qara və at ilxıları. Qala tikintisi. Dnepr kazaklarının Osmanlı gəmisinə hücumu və onu ələ keçirməsi. Xanın krala Moskva üzərinə yürüş barədə məlumat verməsi, kralın yürüşdə iştirak etməməsi. Moskvanın tutulması və yandırılması. Kazakların Adil Gərayın bəylərinin arvadlarını və qızlarını əsir götürməsi. Xanzadə Mühəmməd Gəray Sultanın qoşunlarının kazakları cəzalandırmaq üçün geri çağırılması. Xanın kraldan Osmanlı və Uluq Orda torpaqlarına yürüşlər təşkil edilməyəcəyi haqqında əhdnamə barədə, eləcə də dəymiş ziyanın ödənilməsi və xəzinənin (bac-xəracın) göndərilməsi haqda xahişi. Şakirin əhdnaməni almaq məqsədilə yola salınması. Ələ keçirilmiş gəminin azad edilməsi və ya onun dəyərinin ödənilməsi barədə xahiş.

Yarlığın orijinal mətni belədir:

Dövlət Gəray Xan.

Sözüm.

Məfahirül-ümərayi əl-kiram əl-milletül-Məsihiyə millətə vayvodası birlə bi-iskop, xəzinədar, asitab ve zümanir irazarası və cemi Güral bəklərinə bədüs-səlam, elam yarlığ-i mühəbbət fərcam budır ki, halyə eyəñüz Güral sihhət və səlamət birle kəlüb taxta cülus qıldılar deyü, xəbər kəlüb. Seviñüb şad bolduq. Anuñ içün qulumız Şakir cibərdük öz qardaşımız hür-bar bolsunlar. Burunğı Güral birlə dost bolub bizim məmləkətimizgə və Hünkar həzrətləriniñ şəhirlərinə qırğavkən atalarınıñ kişilərindən və Suv Qazağından və Tuz Qazağından min-bəd zərər və ziyan kəlməyüb. İki aramızda burunğılığıdan ziyadə oğul-oğuldan və qız-qızdan iki aramızda barışlıq bolub. Bir xatun kişi başına birisini altun köndərüb bizdən sizgə ve sizdən bizgə barub kilgəndə hiç zərər ve ziyan kəlməsün və hər yılda xəzinəñüzni birəlik deyü, bizüm birlə əhd və şərt qılmış irdi və məzbur eyəñüz Güral naqz-i əhd idüb, Hünkâr həzrətləriniñ bəzirgənlərini ğarət idüb, zərər və ziyan qıldıqdan ğayrı bizüm, taqı bəzirgənimiz basub və Özüdən Qazağıñız kəlüb məmləkətimizdən avrat ve oğlan alub əsir idüb və niçə kərə tavar və yılqı alub köpdin köb zərər eyleyüb. Xətti cañı yapqan kermanımız yapılub tamam bolub, bar ve baraqları yirlü ve yirine qonulmamış irdi. Qazağıñız Özüden bir giçə tañ saruyında kəlüb Hünkar həzrətləri cibərgən qadırğayı basub iraqca kişilərni qətil idüb və məzkür qadırğayı bir qaç bayraqlar ilə alub ketdilər ve niçə kərə siz ol tərəfdən və biz dəxi bu tərəfdən düşmənimiz Məsqva üzərinə atlanalıq deyü, eyəñüza xəbər cibərib, bir dəxi atlanub, barub Masqvanıñ Vilayətlərni yıqub və taxtı bolğan Məsqvanı dəxi yaqub və niçə kərə əskərimiz toq ve doyım bolğandur. Ol yerinden tərbənmədi. Anuñ ğayrət siz bolğannı bilüb, Məsqva biy üzərinə barub niçə kermanlarnı alğandur.

Padişahlarda söz bir kərəkdir. Əgər eyəñüzdə ar ve ğayrət bolsa irdi, bizüm birlə atlanıb Məsqvanıñ niçə hisarlarnı almaq müqərrar irdi. Əgər Məsqva bəginə siz ol caqdan və biz bu yaqdan Güral üzərinə atlanaluq deyü, bizdən ədna işarət bolsa irdi, canına minnət bilüb bizdən burun atlanur irdi.

İmdi siz dəxi burunğılay eyəñüz birlə iki aramızda yaxşılıqa çalışqaysiz və taqı Özü Qazağı kəlüb oğlum Adil Gəray Sultannıñ yarar begleriniñ avratlarnı və qızlarnı alub əsir eyləgən içün açuvlanub, əskər ciyüb, atlanub, orta yoldan özüb idi.

Güral kelgən aramızda mühəbbət bolur və həm eyəsız xalq dur deyü, mərhəmət idüb, oğlu Mühəmməd Gəray Sultannı cibərüb yoldan döndürdik.

Hər zaman biz burunğı əhd üzərinə turduq. Əhd anuñ üzerindedür dur. Əgər eyəñüz Güral bizüm birlə barışlıq bolub, iki aramızda yaxşılıq bolmağa göñli bolsa, Özüdən Qazağnı yetüb və qırğavkən anlarnuñ bəglərinə tənbih idüb, bizüm məmleketmizə və Hünkar həzrətləriniñ şəhirlərinə min-bəd zərər və ziyan kəlməmək içün əhdnameñüz cibərüb, munçadan bəri bolğan ziyanlarnı və qalğan xəzinəmizni cibərür bolsa, biz taqı dostuñızğa dost və düşməniñizğə düşmən bolub, oğul-oğuldan və qız-qızdan iki aramızda yaxşılıq bolub, minbəd bizdən və oğullarımızdan sizgə və məmləkətiñizgə zərər və ziyan kəlməyüb aramızda uzun-uzaqğa yaxşılıq bolur. Alay bilgıysiz və burunğı Güral birlə iki aramızda yaxşılıq içün çalışub barışlıq bolmağa dəlalət qılur idüñüz.

İmdi bu dəfə dəxi burunğılay qarındaşım Güral birlə iki aramızda yaxşılıq içün cəd-i cəhd qılğaysız və Güral dost və mühəbbət bolmaq içün inamlı qulumız Şakirni cibərdük. Əgər bu didügimizçə bolsañız, təcil çabqunımız Şakirni ayəñuzdan əhdnamə alı-virüb bir yaxşı kişiñiz qoşub, təcil cibərgəysiz. Biz dəxi sizüñ əhdnaməñüz mücibincə əhdnaməmiz yazub qıdvətül-üməra-i əl-kiram adamımız Qasım bəgni cibərürmiz. Əger yoq dirçaqlı bolsañız, biz dəxi Məsqva bəgi birlə dost bolub, sizüñ birlə düşmən bolurmız. Kimgə də bersə, Tañrı berür.

Alay bilgəysiz və ol qadırğayı dəxi berüb cibərgəysiz. Əgər yoq ise bahasın bergəysiz, əgər yoq der dirseñiz, biz sizden ala bilürmiz. Şöylə biləsiz və mezburə-i bəz ağız cevabı aytubmız, yaxşı sorab bilgəysiz. Anuñ sözi bənim sözümdir deyü, yarlığ yazıldı təhrirə fi 24 şəhr-i Zilqədə, sene 981.

Bi-məqam Alma Saray.

Xan Dövlət Gəray bin Xan Məñli Gəray.

Və bədə bizim çerüdən qaldığımızğa səbəb əyəñüznı iıhhət-i səlamət üzrə taxta keçdi deyü, eşidüb sevindik və sizüñ düşməniñiz bizim düşmənimiz Məsqvanuñ üzərinə oğullarımnı cibərüb və sizgə çapqunımız Şakirni cibərüb və siz dəxi barğan adamımızğa əyəñüz Güralnıñ əhdnaməsini və yarar adamnı berüb əgləndirməyüb cibərgəysiz və biz dəxi yarar adamımız Qasım bəyni eyəñüz Güralnıñ əhdnaməsi mücibincə əhdnamə berüb cibərürmiz və eyəñüz Güral bilə dost-qardaş bolmaq içün çerüdən qalub çabqunımıznı cibərüb eyəñüz Güral bilə söyləşmək içün qaldıq və siz dəxi eyəñüz Güral bilə yaxşılıq-eygülik bolur içün çalışqaysız. Biz ağız sözümiz itüb qulumız Şakirni cibərgənmiz. Anuñ söz bizim sözümizdir. Şöylə biləsiz səhih.

Xan Dövlət Gəray bin Xan Məñli Gəray (Документы Крымского Ханства.., 2017, s. 18-20).
Qaynaqça
Волков В. А. Войны и войска Московского государства (конец XV– XVII пeрвая половина вв.). М., Эксмо, 2004. 

Гайворонский O. Повелители двух материков, том 1, Киев-Бахчисарай, 2007 г.



Документы Крымского Ханства из собрания Хусейна Фейзханова / Составитель, транслитерация: Р. Р. Абдужемилев. Симферополь, 2017. 872 s.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə