Giriş Əmir Teymurla Toxtamış Xan arasında uzun sürən savaşlardan sonra Teymura sığınan tümənbaşı (onminbaşı // əmir) Edügünün (Edigəyin) dəstəyi ilə Teymur Qutluq Xan bir müddət xanlıq taxtında (1395-1399) otursa da, tezliklə Edügü tərəfindən devrildi və Uluq Ulusun (Turanın) başına onun kiçik qardaşı Şadibəg gətirildi (1399-1407). O, hakimiyyətə gələr-gəlməz, Toxtamışla savaşa girib onu öldürdü və beləcə, dövlətin bütünlüyünü təmin etməyi bacardı. Daha sonra isə ölkədə gerçək hakimiyyətin sahibi olan Edegünü ram etməyə girişdi, fəqət məğlub olaraq, ölkənin cənubuna qaçaraq Dərbənd hakimi Şeyx İbrahimə sığındı.