I Sahib Gəray Xanın möhürü
I Sahib Gərayın Kazan xanı qismində verdiyi sözügedən yarlıq bunlardan ikincisinə aiddir və Kazan xanlarına aid dövrümüzədək yetişmiş bu tip yeganə sənəddir. Doğrudur, öncələr belə hesab edilirdi ki, Ulu Mühəmməd Xanın Osmanlı sultanı II Murada göndərdiyi yarlıq (Kurat A. N., 1937, s. 4-7) da Kazan xanlığı dövrünə aiddir. Lakin sonradan bu fikrin səhv olduğu üzə çıxdı və məlum oldu ki, sözügedən yarlıq 1428-ci ilə aiddir və o dövrdə Uluq Ulus (Turan) dövləti xanlıqlara hələ parçalanmamışdı və Ulu Mühəmməd Xan da Uluq Ulusun xanı idi (Мухаммедьяров Ш. Ф., 1967, s. 105).
I Sahib Gəray Xanın sözügedən yarlığını elm aləminə ilk dəfə tanıdan və bu barədə xüsusi bir məqalə dərc edən S. Q. Vahidov olub. O mətnin orfoqrafik və leksik xüsusiyətlərindən söz açmış və onun rus dilinə ilk tərcüməsini gerçəkləşdirmişdir (Вестник научного общества татароведения, 1925). Daha sonra bu mövzuya A. Battal (Battal A., 1926), A. N. Kurat (Kurat A. N., 1940) və Ş. F. Mühəmmədyarov toxunmuş və dəyərli fikirlər söyləmişlər (Мухаммедьяров Ш. Ф., 1967).
Mətnin transkripsiyası və çağdaş Azərbaycan türkcəsinə tərcüməsi
Mətnin məzmunu belədir:
...ab (?) Qazi Sahib Gəray...
...Qazi Sahib Gəray...
...və hükkəm və səlatini əzəm və qüzzati İslam
...və hökm sahiblərinə (hökmdarlara) və böyük sultanlara və İslam qazilərinə
və məvali zül-ehtiram və ərbab və kələntəran və muqiman və elçiyan və yamçiyan
və hörmətli evliyalara və ağsaqqıllara və böyüklərə (şəhərlərin başçılarına) və məqam sahublərinə və elçilərə və poçt rəislərinə
və kəstibanan və güzərbana və tutğavulan və tamğamiyan və çümhur səkənə və ümum daruğaqan
məhkəmə nəzarətçilərinə və sərhədlərdə və keçidlərdə keçid haqqı yığanlara və gömrükçülərə və cəmi sakinlərə və bütün darğalara (əyalət başılarına)
Vilayəti Qazan (?) və məmaliki məhrusə himayətan əlafat vəl bailyatlarğa. Bu nişan
ki, Qazan vilayətinə və himayə edilən məmləkətlər birliyinə (federasiyasına) aiddirlər, - bədbəxtlik və bəlalardan uzaq olsunlar. Bu nişan
yetkəç söz ol kim bu Mühəmməd oğli Şeyx Əhməd dəği Şeyx Əhmədninq oğli Abdal dəği Səid Əhməd inisi Məhmutək oğli Musa
(əlinizə) yetişərkən söz budur (bilin) ki, Mühəmməd oğlu Şeyx Əhməd də, Şeyx Əhmədin oğlu Abdal da, Seyid Əhməd də, (onun) kiçik qardaşı Mahymutək oğlu Musa da,
I Sahib GərayXan
Səid oğli Yəqub inisi Bulans dəği inisi Nur Səid bu yedi kim ersə bizgə kəlib baş urdilər
Səid oğlu Yaqub da, (onun) kiçik qardaşı Bulans da, kiçik qardaşı Nur Səid də - bu yeddi kimsə gəlib bizə baş vurdular (müraciət etdilər).
Əvvəl xan ağalarımızdan tarxan bolğan kişilər ekəndur. Biz dağı soyurqab
(Onlar) əvvəlki xan ağalarımız tərəfindən tərxan ünvanı alan kişilərdirlər. Biz də siyurqal (mülk torpaqları sahibi) edib,
bu məzkür kim ersələrni Tenqri Təala rizası və Toğrı Mühəmməd rəsululla şəfaəti üçün.
Allah-Təala rizası və rəsulullah Mühəmməd Əminin şəfaəti üçün
adı çəkilən həmin adamları
tarxan qıldım min bəd bu muşar ilachumlarğa və inlərində,
tərxan qıldım (etdim). Bu səbəbdən də yol və duraqlarda,
səfərlərində və həzərlərində olturğanlarında və turğanlarında kişilərinə
səfərləri və hüzur içində oturduqları (dincəldikləri zaman) və durduqları (zaman) bu adamlara
və qaralarına, yüklərinə və carvalarına tərid (?) min əl-əfat və vəchə min əl-vücuh
və qaravaşlarına (nökərlərinə), yüklərinə və mal qarasıma heç bir şəraitdə və halda
dəxi və taqarruz qılmasunlar. Yasaq qalan salıq nüsəmmə salmasunlar qoluş
müdaxilə və təzyiq etməsinlər. Yasq, kalan və müsəmma (kimi vergilər) tətbiq edilməsin, eləcə də
qolqa bac və xərc-xaracat deb tiləməsünlər. Mal və ilməklərinə aq və ab zəminlərinə
(onlardan) heç bir bac və xərac deyib, istəməsinlər. Mal-qaralarına, sürü və ilxılarına, torpaq sahələrinə
dəsti tətamül qılmasunlar, əvilərinə küc bilə elçi qonaq qondurmasınlar
əl qoymasınlar, evlərinə güclə elçiləri qonaq etməsinlər.
şilə xərci yer xablası tütün sanı deb almasunlar, susun ukufa tiləməsünlər
hədiyyə xərcləri, yer haqqı deyib haqq almasınlar, onlardan yem və ərzaq tələb etməsinlər.
qayu ma yandın nuqsan zərər tegürməsünlər. Öz farağatı bilə olturub
Qoy, kimsə onlarda nöqsan tutmasın və zərər verməsin. Qoy, dinclik və rahatlıq içərisində otururub
şam və sabah və quduv vı rəvahum bizgə və bizing uruğımızğa dua və alqış
gecə-gündüz, sübh tezdən və gün batandan sonra bizə və bizim nəslimizə dua və alqış
qılsunlar və hər nəvdin küc basıc zəhmət yoncuq tegürməsinlər basa
etsinlər və (onlar) heç bir zorakılığa və incidilməyə məruz qoyulmasınlar, eləcə də
bulayu teyütuğac yarlıq tingləməy küc basıc zəhmət yoncuğ tegürgən kişilərninq.
deyilənlərdən çıxış edərək, yarlığı nəzərə alaraq, (onlara) zor, təzyiq (edilməsin) və zəhmət verilməsin.
Özlərinə ne yaxşısı bolğay deb al nişanlıq yarlığ bərildi.
(Bu məqsədlə) onlara, yaxşılıq edilərək, qırmızı möhürlü yarlıq verildi.
Tarix toquz yüz yigirmi toquzda mübarək səfər ayınınq on üçünci kün
(Hicri) doqquz yüz iyirmi doqquzuncu ilin səfər ayının on üçüncü günündə
erdi.
bu (yarlıq) ərsəyə gətirildi.
I Sahib Gəray Xanın Uluq Ulus (Turan) taxt-tacına sahib olduqdan sonra verdiyi və dövrümüzədək yetişmiş olan daha iki yarlıq
1532-ci ilin mayında Uluq Ulus (Turan) xanı I Səadət Gəray könüllü olaraq taxt-tacında imtina edərək İstanbula döndü (Гайворонский O., 2007, s. 181). Belə olan halda, bir araya gələn bəylər qurultay çağırıb İslam Gərayı özlərinə xan seçdilər (Гайворонский O., 2007, s. 187). Fəqət İslam xəlifəsi, yəni Osmanlı sultanı Qanuni Süleyman İslam Gərayı Turanın xanı kimi təsdiq etmədi, əvəzində öz əmisi I Sahib Gəray Xanı xanlıq taxt-tacına oturması üçün Kırıma göndərdi. Beləcə, I Sahib Gəray Xan Uluq Ulusun xanı oldu və 1532-1551-ci illər arasında ulu babası Çingiz Xanın varisi qismində xanlıq etdi.
I Sahib Gəray Xanın Uluq Ulusun (Turanın) gerçək hökmdarı kimi verdiyi yarlıqlardan ikisi dövrümüzədək yetişib. Bunlar 1549 və 1550-ci illərdə verilmiş tərxanlıq yarlıqlarıdır. Onlardan birincisinin məzmunu belədir:
Müzəffər Qazi Sahib Gəray Xan.
Sözüm.
Uluq Ulusun sağ qol və sol qol bəylərinə, tümənbaşı, minbaşı, yüzbaşı və onbaşı oğlanlarına və bəylərinə. Ölkə içi şəhərlərin darğa bəylərinə, müfti müdərrislərinə və qazi növbətçilərinə, divan (dövlət idarəsi) katiblərinə, şeyxlərə və sufilərə, anbar rəislərinə, sərhədlərdə və keçidlərdə keçid haqqı yığanlara və gömrükçülərə və cəmi sakinlərə və bütün darğalara (əyalət başılarına).
Bu nişan (əlinizə) yetişərkən söz budur (bilin) ki, bu yarlığın sahibi, nökərim Hafiz Surca Can Gəray mənə cənubdan Uraz Hafizlə, şimaldan Alan Dərvişlə, şərqdən Xıdır Xocayla və qərbdən Taşğı Alışla həmsərhədd olan şirin sulu quyu olan yerdən mənə at gətirmiş, bununla da mənim hüsn və rəğbətimi qazanmışdır. Bu səbəbdən də ona göy möhürlü, qırmızı tamğalı bu yarlıq verildi ki, bundan sonra nə sultanlar, nə kəndxudalar, nə bəylər, nə mirzələr, nə də qazilərdən heç biri ona təzyiq və pislik etməsin, onu incitməsin. Bu yarlıqla həmin quyu və ətraf ərazilər ona siyurqal edilmişdir (icarəyə verilmişdir).
Doqquz yüz əlli altıncı ilin Cəmadiyelaxır ayının ortasında Baxçasaray şəhərində yazılmışdır.
Diqtə etdi Mağşuk Bəy, yazdı Halki Aman.
İkinci yarlıqda deyilir:
Müzəffər Qazi Sahib Gəray Xan.
Sözüm.
Uluq Ulusun sağ qol və sol qol bəylərinə, tümənbaşı, minbaşı, yüzbaşı və onbaşı oğlanlarına və bəylərinə. Ölkə içi şəhərlərin darğa bəylərinə, müfti müdərrislərinə və qazi növbətçilərinə, divan (dövlət idarəsi) katiblərinə, şeyxlərə və sufilərə, anbar rəislərinə, sərhədlərdə və keçidlərdə keçid haqqı yığanlara və gömrükçülərə və cəmi sakinlərə və bütün darğalara (əyalət başılarına).
Bu nişan (əlinizə) yetişərkən söz budur (bilin) ki, bu yarlığın sahibi, Alçın Daniyar oğlu Sədr Əhməd mənim ali hüzuruma təşrif gətirərək məndən Cituqan çayı sahilindəki, cənubdan Xətay, şimaldan Kurlyaut, şərqdən Çiraq, qərbdən Çiqillə həmsərhəd olan Kiçi Sakal çölündə yerləşən şirin sulu quyunu onun istifadə etməsini xahiş etdi və mənə bu yarlığa görə at və nəzərdə tutulmuş 15 min axçanın iki minini təqdim etdi.
Onu öz əliaçıqlığıma və comardliyimə layiq bilərək ona bu göy möhürlü və qırmızı tamğalı yarlığı verdim. Əmr edirəm ki, bundan sonra nə sultanlar, nə kəndxudalar, nə bəylər, nə mirzələr, nə də qazilərdən heç biri ona təzyiq və pislik etməsin, onu incitməsin. Bu yarlıq da həmin məqsədlə verilmişdir.
Doqquz yüz əlli yeddinci ilin Cəmadiyelaxır ayının üçündə Əl-Əlma şəhərində yazılmışdır.
Diqtə etdi Əhməd Paşa Mirzə, yazdı Halki Aman.
Qeyd: Təqdim edilən yarlıqlarda iki məqam diqqət çəkməkdədir. Bu məqamlardan birincisi I Sahin Gəray xanın 1523-cü il tarixli yarlığı ilə bağlıdır. Bu sənəddə “hükkəm və səlatini əzəm” (hökmdarlara və böyük sultanlara) ifadəsinin yer alması diqqət çəkir. Görünən budur ki, Çingizoğulları həmin dövrdə də əskilərdə olduğu kimi özlərini hələ də dünyanın ağası hesab edir, digər hökmdar və sultanlarla əmr dilində danışmaqda davam edirdilər. Baxmayaraq ki, Sultan Səlim Yavuz artıq 1517-ci ildən xəlifə titulunu daşıyırdı, belə aydın olur ki, I Sahib Gəray nəinki ona tabe olmağı düşünməmiş, digər sultanlarla yanaşı onunla da əmr tonunda danışmağı lazım bilmiş, ola bilsin ki, elə bunun da güdazına getmişdir. Bir il sonra, yəni 1524-cü ildə taxt-tacından imtina edərək İstanbula getmək məcburiyyətində qalmışdır. Əlbəttə, bu bir ehtimaldır və doğru olub-olmadığı yoxlanılmalıdır.
İkinci məqam 1550-ci ildə verilmiş yarlıqda yer alan “...məndən Cituqan çayı sahilindəki, cənubdan Xətay, şimaldan Kurlyaut, şərqdən Çiraq, qərbdən Çiqillə həmsərhəd olan Kiçi Sakal çölündə yerləşən şirin sulu quyunu onun istifadə etməsini xahiş etdi...” cümləsində yer alan “Xətay” coğrafi adının çəkilməsidir ki, bu da yarlığın yazıldığı dövrdə Krımda oturan Uluq Ulus (Turan) xanlarının hökmünün, eynən əvvəlki xanların dövründə olduğu kimi, Çini də əhatə etməsindən, yəni Çinin də Turan dövlətinin daxilində olmasından xəbər verməkdədir.
Maraqlıdır ki, eyni halla daha sonrakı xanların yarlıqlarında da rastlaşırıq. Bu baxımdan 1610-1623 və 1628-1635 – ci illərdə Krımda xan taxt-tacına sahib olmuş Canıbəg Gəray Xanın da çoxsaylı yarlıqlarını misal çəkə bilərik. Həmin yarlıqlarda sözügedən xan özünü belə təqdim edir: “Uluğ Orda uluğ Yurtnınq və Dəşt-i Qıpcaqnınq və Taxt-i Qırımnınq ve sansız köp cerünin və sağışsız Tatarnınq və Tağ-ara Cərkəsninq ve Tat bile Tavğacninq uluğ padişahı ve hem uluğ hanı bolğan emaret mab eyalet nisab saadet iktisab azametlu ve refa‘atlu ve sahavetlu Canibek Geray”.
Gördüyümüz kimi, Canıbəg Gəray hökmü altında olan ölkələr arasında Tavğac (Tabğaç) ölkəsinin adını da çəkir.
Tabğaçların adına ərəb qrafikası ilə yazılmış türk və ərəb mənbələrində “تابغاچ” (tabğaç) və ya “تاۋغاچ” (tavğaç) şəklində, Çin qaynaqlarında 拓跋 (pinyin, tuoba, tuoba şi) və ya da 拓拔氏 (tuoba şi, yəni Tuoba sülaləsi) formasında rast gəlinməkdədir. Mahmud Kaşğarlının “Divan-i Lüğət ət-Türk”də yazılanlardan belə anlaşılır ki, “Tavğaç” Maçinin adıdır və həmin ərazi Çindən, daha doğrusu Çin səddindən dörd aylıq uzaqlıqda yerləşir. Bildirilir ki, əslində üç hissədən ibarətdir. Bunlardan birincisi Yuxarı Çindir ki, bura “Tavğaç” deyilir. İkincisi Orta Çindir ki, “Xətay” adı ilə tanınır. Aşağı Çindir ki, “Barxan” adı ilə tanınır. Lakin indi “Tavğaç” Maçinə deyilir, Çin isə Xətaydır (Atalay B., 2006, s. 343, 483).
Kaşğarlı Mahmud tabğacların türk boylarından biri okduğunu bildirməkdə, eyni fikri Çin mənbələri də təsdiq etməkdədir. Həmin mənbələrə görə, bu xalq “hiunq-nu”ların, yəni hunların bir qoludur və Motun (Mete Xan) bu qoldandır (Tabgaçlar).
Sözügedən türk boyunun adına Tonyukuk abidəsində (I daş, qərb tərəf, 7-ci sətir) də rast gəlinməkdədir: "Bilge Tonyukuk ben özüm tabgaç iliñe kılındım Türk bodun tabgaçka körür erdi" (Mən Bilgə Tonyukuk. Özüm Tabğaç elind doğuldum. Türk boyları Tabğaça bağlı idi) (Enver Baytur, Heyrinisa Sıdık, 1999, s. 249-250).
Qaynaqça
Atalay B. Divanü Lügati't - Mehmet. Ankara: Türk Tarih Kurumu Basımevi. 2006, Cilt I.
Battal A. Kazan turdunda bulunmuş tarihi bir vesika Sahib-Girey han yarlığı // Türkiyat Mecmuası, 11, 1926, s. 75-101.
Enver Baytur, Heyrinisa Sıdık. Şincangdiki Milletlerning Tarihi (Doğu Türkistandaki Milletlerin tarihi), Milletler Neşriyatı, Pekin, 1999.
Kurat A. N. Kazan hanlığını kuran Ulug Muahammet hanın yarlığı. İstanbul, 1937.
Kurat A. N. Topkapı Sarayı Müzesi Arşivindeki Altın Ordu, Kırım ve Türkistan hanlarına ait Yarlık ve bitikler. İstanbul, 1940.
Tabgaçlar // Vikipedi (https://tr.wikipedia.org/wiki/Tabga%C3%A7lar).
Вестник научного общества татароведения. 1925, № 1-2.
Гайворонский O. Повелители двух материков, том 1, Киев-Бахчисарай, 2007.
Мухаммедьяров Ш. Ф. Тарханный ярлык Казанского хана Сахиб-Гирея 1523 г., // Новое о прошлом нашей страны. М.: Наука, 1967, c. 104-109.
Приселков М. Д. Ханские ярлыки русским митрополитам. Пг.., 1916.
Dostları ilə paylaş: |