Bəxtiyar Tuncay İBLİSİn böYÜK ŞƏR İmperiyasi


Onun haqqında belə yazılmışdır: kim (



Yüklə 174,87 Kb.
səhifə11/27
tarix10.01.2022
ölçüsü174,87 Kb.
#110603
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər”.

Gördüyümüz kimi, İblis çox sayda insanı aldadaraq öz yanına çəkə bilmişdir. Təsadüfi deyil ki, Əl-Ənam surənin 112-ci ayəsində şeytanın ordusunu həm insanlardan, həm də cinlərdən ibarət olan şeytanlar təşkil etdiyi nəzərə çatdırılır və onlar düşmən kimi xarakterizə edilir:

Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et”.

Burada cinlər haqqında da qısa məlumat verməmizə ehtiyac var.

İslama görə cinlər azad iradəyə sahib olan odlu məxluqlar, xristianlara görə isə murdar ruhlar hesab edilir, “demon”, “bes” adlandırılır. Gözlə görülə bilməyən bu məxluqlar gözə görünməyən məxluqların böyük hissəsini təşkil edir. Bunlar da insan kimi şüurlu varlıqlardır. Atəşdən yarandıqları məlumdur. Onlar iradə və zəka ilə yanaşı bir sıra başqa xüsusiyyətləri ilə insana bənzəyirlər. Yer üzünün insanlardan sonra ən mühüm sakinləridirlər. Kainatda insanlardan əvvəl cinlərin yarandığı, imtahana tabe olduqları, üsyan etmələri səbəbiylə bir qisminin məhv edildiyi də ayələrdən məlumdur. Qurani Kərim onların da kitabı olub, Peyğəmbərimiz (ə) həm insanlara, həm də cinlərə göndərilmişdir.

Qurani-Kırimin Əl-Cinn surəsi cinlərdən bəhs edilir. Burada bir qrup cinin Peyğəmbərimizə (ə) doğru gələrək necə müsəlman olduğu təsvir edilir. Həmin sirənin 1-15 – ci ayələrində belə deyilir:

(Ya Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.

 O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.


Yüklə 174,87 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin