Bəxtiyar Tuncay İBLİSİn böYÜK ŞƏR İmperiyasi


Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”



Yüklə 174,87 Kb.
səhifə16/27
tarix10.01.2022
ölçüsü174,87 Kb.
#110603
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”. 

Əl-Müminun surəsinin 97-ci ayəsində oxuyuruq:

De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!”.



Şeytan barədə məlumata Əl-Ənfal surəsində də rast gəlməkdəyik. Həmin surənin 11-ci ayəsi də Şeytandan qorunmağın tək yolunun Allaha sığınmaq olduğunu təsdiqləməkdədir:

O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsinşeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin”.

Bu faktın üzərində diqqətlə durmalıyıq. Deməli, insan Allaha sığındıqca Şeytana qul olması mümkün deyil. Madam ki, Şeytan insanları özünə qul etməyə çalışır və Allaha olan iman və inam ona bunda menr olursa, həmin iman və inamı zəiflətmək, hətta mümkün olarsa, imanı qəlblərdən tamamilə silmək lazımdır. Buna isə ateizmi qəlblərə və zehinlərlə yerləşdirməklə mümkündür.

Dəqiq bilməliyik ki, ateizm İblisin əlindəki əsas silahlardan biridir.

Allahın və mələk, ruh, cin və s. bu kimi varlıqların varlığını inkar edən, Axirət həyatını rədd edən bu təlim öz adını qədim yunan dilindəki “a” inkar şəkilçisi və Tanrı anlamına gələn “teo” sözünün birləşməsindən almaqdadır.

2015-ci ildə keçirilən rəy sorğularından belə aydın olur ki, dünyada ən çox ateist Çin, Avropa Birliyi və ABŞ-da yaşayır. Çin əhalisinin 64 faizi, Avropa Birliyində yaşayanların 20 faizi, Amerikalıların isə 11 faizi özünü ateist kimi xarakterizə edir.

Ateizm təlimini müdafiə edən filososflar bunun səbəbini müxtəlif cür izah edirlər. Məsələn, Pol Anri Holbax yazırdı:"Hər uşaq ateist olaraq doğular: onların tanrı haqqında fikirləri yoxdur".

Eyni şəkildə, Corc H. Smith 1979-cu ildə belə demişdir: "Teizm ilə tanış olmayan adam, bir tanrıya inanmadığı üçün ateistdir. Bu kateqoriyada olanlar, həm də bu məsələləri başa düşmək üçün konseptual qabiliyyəti olan, lakin bu məsələlərdən hələ xəbərsiz olan uşaqları da əhatə edir. Bu uşağın tanrıya inanmaması onu ateist olaraq təyin edir".

Heç şübhəsiz ki, ateistlər və ya başqa sözlə ifadə etsək, kafirlər Şeytanın dostlarıdır. Şeytan onların üzərinə sövq edilmişdir və bunun belə olduğunu Məryəm surəsinin 83-cü ayəsi təsdiqləməkdədir:

Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?”



Eyni surənin 68-ci ayəsində onların aqibəti haqqında belə deyilməkdədir:

Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik”.



İblis insanların qəlbinə və zehninə satanizm və ateizm kimi fikirləri təlqin etsə də, onları Allahdan uzaqlaşdırmağa çalışsa da, Əl-Ənfal surəsinin 48-ci ayəsindən göründüyü kimi, özü Allaha inanır və hətta ondan qorxur da. Həmin ayədə oxuyuruq:

O zaman şeytan onların əməllərini özlərinə gözəl­ göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi”.

Gördüyümüz kimi, Şeytan Allahdan qorxduğunu, Allahın cəzasının şiddətli olduğunu bilir və etiraf edir.

Bu ayədə diqqəti çəkən başqa bir məqam da Şeytanın insanlar arasına ədavət toxumu səpməsi, bir-birinə düşmən etməsi, savaşdırması və bir-birini qətl etməyə təşviq etməsidir. Onun bir-birinə düşmən etdiyi ilk insanların Həzrət Adəmin oğulları – Qabillə Habil olduqlarını bilirik.


Yüklə 174,87 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin