Bəxtiyar Tuncay İBLİSİn böYÜK ŞƏR İmperiyasi


O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir



Yüklə 174,87 Kb.
səhifə18/27
tarix10.01.2022
ölçüsü174,87 Kb.
#110603
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

Eyni surənin 42 və 100-cü ayələrindən göründüyü kimi, Həzrət Yaqub (ə) haqlıydı. Şeytan Həzrət Yusifə (ə) ziyan vurmaq üçün əlindən gələn hər şeyi etmişdir. Bu ayələrdən birirncisində bildirilir:

(Yusuf) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona (Yusufu) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı”.

100-cü ayədə isə belə deyilir:

O (Yusif), ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir”. 

İblisin hədəfində olanlar yalnız sadə insanlar deyil. Peyğəmbərlər də ondan az ziyan çəkməmişlər. Bu baxımdan Həzrət Əyyubun (ə) adını ilk sırada çəkə bilərik. Onunla bağlı Əs-Sad surəsinin 41-ci ayəsində buyurulmuşdur:

Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!””

Burada İbrahimin (ə) hekayətini də xatırlatmaq lazımdır. Həzrət Yaqubdan (ə) fərqli olaraq o bənzər öyüd-nəsihəti övladına yox, bütpərəst olan atasına etmişdi. Bu hadisə Məryəm surəsinin 41-45 – ci ayələrində belə nəql edilir:

Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.

Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? 

Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.


Yüklə 174,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin