Bəxtiyar Tuncay İBLİSİn böYÜK ŞƏR İmperiyasi


(Allah) dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən””



Yüklə 174,87 Kb.
səhifə2/27
tarix10.01.2022
ölçüsü174,87 Kb.
#110603
1   2   3   4   5   6   7   8   9   ...   27
(Allah) dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”” (Əl-Əraf surəsi, 11-15-ci ayələr).

Qurani Kərimdə buyurulanlardan anlaşıldığı kimi, Allah-Təala İblisə Qiyamət gününə qədər möhlət vermişdi və o da Həzrət Adəmin (ə) yaradıldığı gündən günümüzədək Adəmoğullarını haqq yoldan yayındırmaqda, onları toruna salmağa çalışmaqdadır.

O vaxtdan günümüzədək nə qədər vaxt keçdiyini kimsə dəqiq bilmir. Fosil qeydlərini əldə əsas tutan elm adamlarının filrincə, anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195.000 il əvvələ aiddir, yəni insanın yer üzündə peyda olması 195.000 il əvvələ aid edilir.

Keçən bu illər ərzində İblis yüzmilyonlarla insanı öz toruna salaraq, onların əli ilə özünün böyük Şər imperiyasını qurmağı bacarmışdır. Bunun ən gözəl sübutunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 25-ci maddəsindən tapmaqdayıq. Nizamnamədə nəinki bircə dəfə də olsun, Allahın adı çəkilmir, yer üzündə “Ali hakimiyyətin” dolayısı ilə BMT-nin Təhlükəsizlik Şurasına məxsus olduğu, daha dəqiq desək, dünya dövlətlərinin mövcud Nizamnaməyə əsasən TŞ-nın qərarlarına tabe olmağı öz üzərlərinə öhdəlik kimi götürdükləri bildirilir və beləcə, dünyanın hakiminin Allah olduğu, hakimiyyətin ona məxsus olduğu dolayısı ilə inkar edilir.

Bu, Qurani-Kərimin Əl-Ənam surəsinin 61-ci ayəsində deyilənlərlə ziddiyyət təşkil edir. Həmin ayədə belə deyilir:

(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir...”.

Allah-Təala Quranın Əl-Maidə surəsinin 44-45 - ci ayələrində bizlərə belə buyurmaqdadır:

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.

Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, (vurulmuş) yaralara da (yaralar) qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır.

Eyni surənin 47-ci ayəsində isə belə deyilir:

Qoy İncil əhli Allahın onda nazil etdiyi (şəriət qanunları) əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir”.

Bütün bunlara baxmayaraq, istisnasız olaraq bütün müsəlman dövlətləri BMT-nin üzvüdür və onun Nizamnaməsini, o cümlədən yer üzündə ali hakimiyyətin Allaha deyil, bu təşkilatın Təhlükəsizlik Şurasına aid olduğuni ifadə edən maddəni qəbul etmişlər. Yəhudilərin tək dövləti olan İsrail də bu təşkilatın üzvüdür. Sadəcə bir dövlət, dünya katoliklərinin mərkəzi olan Vatikan yuxarıdakı səbəbdən BMT üzvü olmaqdan imtina etmişdir.

Qərargahı Nyu-Yorkda yerləşən BMT 1945-ci ildə II Dünya müharibəsində qalib gəlmiş 5 dövlət tərəfindən yaradılmışdır. Bu dövlətlər ABŞ, Fransa, İngiltərə, keçmiş SSRİ (bugünkü Rusiya) və Çindir. Bunlardan son ikisinin o dövrdə başında kommunit partiyaları dururdu və bu partiyalar öz ölkələrində ateizm, yəni Allahsızlıq siyasəti aparırdılar. İlk üçü isə dünya masonluğunun mərkəzi olan dövlətlərdir. Və təbii ki, onlar da Nizamnamədə Allahın adının yer almasında maraqlı deyildilər. Məhz bu beş dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və qəbul edilən qərarlara yalnız və yalnız bu dövlətlərin veto qoymaq hüququ var. Digər dövlətlər isə bu beş dövlətin təmsil olunduğu Təhlükəsizlik Şurasının qərarlarına tabe olmağa məcburdurlar.

Beləliklə, II Dünya savaşından sonra bu təşkilat bütün dünyanın siyasi mərkəzinə çevrilmişdir. Və bu qurum hazırda İblisin Böyük Şər İmperiyasının siyasi qanadını və əsasını təşkil edir.

İblisin Böyük Şər İmperiyasının iqtisadi qanadını isə sələm kapitalı və üzərində çox sayda mason simvolunun yer aldığı bir valyuta, yəni ABŞ dolları təşkil edir. Hazırda bütün dünyada beynəlxalq ticarət məhz bu valyuta ilə aparılır. Və həmin valyuta da məhz II Dünya savaşından sonra bütün dünyaya hakim olmuşdur.

Biz bu barədə bir qədər sonra daha ətraflı söhbət açacaq, İblisin Şər imperiyasının siyasi və iqtisadi mexanizmlərini və iş prinsiplərini ən incə detallarına qədər izah etməyə çalışacağıq. Hələlik isə İblisin bu imperiyanı qurana qədər hansı yollardan keçdiyinə ötəri bir nəzər salmağımıza ehtiyac var.

Allah-Təala Həzrət Adəm (ə) və Həvvanı yaradar-yaratmaz, İblisin insanlara qarşı məkrli planı işə düşmüşdür. Onun ilk hədəfrinə gələnlər məhz Həzrət Adəm və (ə) Həvva olmuşlar:

Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.


Yüklə 174,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin