Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər”.
Bənzər fikir Əl-Mülk surəsinin 5-ci ayəsində də təkrarlanır:
“Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq”.
Əl-Mülk surəsinin 5-ci ayəsində də eyni fikirlə rastlaşırıq:
“Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq”.
Bunlar mütəşabih, yəni mənası tam aydın olmayan ayələrdir və onları oxuduqda belə bir təəssürat yaranır ki, şeytanlar mələklərin söhbətini eşitmək üçün ərşə qalxmağı, yəni uçmağı bacarırlar. Bu gerçəkdənmi belədir? Doğrusunu Allah bilir.
Əl-Züxruf surəsinin 36-cı ayəsindən belə məlum olur ki, İblisə qarşı ən effektli mübarizə metodlarından biri zikrdir:
“Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar”.
Zikr o qədər önəmli məsələdir ki, onun üzərində bir qədər durmağa ehtiyac var.
Zikr xatırlamaq, yad etmək deməkdir. Uca Allahı zikr etmək Onu yad etməkdir. İslam alimlərinə görə, bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır.
Uca Allah buyurur:
Dostları ilə paylaş: |