Onda Allah ona dedi: «Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq».
Allah Qabil üçün bir əlamət verdi ki, onunla rastlaşan heç kim onu öldürməsin. Beləliklə, Qabil Allahın hüzurundan getdi və Ədəndən şərqdə yerləşən Nod diyarında məskən saldı. Qabil arvadı ilə yaxınlıq etdi. O da hamilə qalıb Hənuqu doğdu. Sonra Qabil bir şəhər salıb ona oğlu Hənuqun adını verdi. Bir müddət sonra Hənuqun İrad adında bir oğlu oldu. İradın Məhuyail, Məhuyailin Mətuşail, Mətuşailin isə Ləmek adında oğlu oldu. Ləmek iki arvad aldı: birinin adı Adah, o birinin adı Zillah idi. Adahdan Yabal oldu. O, çadırda yaşayıb maldarlıqla məşğul olan ilk adam oldu. Onun qardaşının adı Yubal idi. O, çəng və tütək çalan ilk adam oldu. Zillahdan isə Tubal-Qayin oldu. O, mis və dəmirdən hər cür alət düzəldirdi. Tubal-Qayinin bacısının adı Nəama idi.
Ləmek arvadları Adah və Zillah üçün belə bir şeir qoşdu:«Ey Ləmekin arvadları, eşidin səsimi,Sözümə qulaq verin:Məni yaraladığı üçün bir adam öldürdüm,Məni vurduğu üçün bir cavan öldürdüm. Əgər Qabil üçün yeddi qat qisas alınacaqsa Ləmek üçün yetmiş yeddi qat alınacaq». Adəm yenə arvadı ilə yaxınlıq etdi, o da bir oğlan doğdu və «Qabil Habili öldürdü, Allah da onun yerinə mənə başqa bir övlad verdi» deyərək adını Şeys qoydu. Şeysin də oğlu oldu, adını Ənuş qoydu. Həmin vaxt insanlar Allahın adını çəkməyə başladılar”.
Eyni mövzuya İncildə, daha dəqiq desək, İbranilərə ünvünlünmış məktubun XI fəslinin 4-cü bölümündə də toxunulmaqdadır:
“Habil imanı sayəsində Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi. Habil bu imanı sayəsində saleh olduğu barədə şəhadət aldı, çünki Allah onun bəxşişlərindən razı qaldı. Habil ölsə də, imanı vasitəsilə indiyədək danışır”.
Beləliklə, artıq qeyd etdiyimiz kimi, Həzrət Adəmlə (ə) Həvvadan sonra İblisin hədəfinə onların oğlanları gəlmiş və beləcə insanlıq tarixində ilk qətl hadisəsi həyata keçmişdir.
İblis nədir və ya kimdir?
Dostları ilə paylaş: |