Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”
Ən-Nisa surəsinin 36-cı ayəsində Həzrət Məryəmin (ə) doğulmasından sonra anasının Məryəmi (ə) şeytandan qoruması üçün Uca Yaradana dua etdiyi bildirilir:
“Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm”.
Ən-Nisa surəsinin 38-ci ayəsində mallarının Allah yolunda deyil, şöhrət naminə xərcləyənlər şeytanın yoldaşları sırasında göstərilir və şeytanın pis yoldaş olduğu vurğulanır:
“Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!”
Həmin surənin daha yeddi ayəsində şeytanın adı çəkilir. Məsələn, 60-cı ayə bunlardan biridir. Həmin ayədə İblisin daha bir adı ilə, Tağut adı ilə də tanış oluruq. Həmin ayədə belə deyilir:
“Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün Tağuta müraciət etmək istəyirlər. Halbuki onlara Tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir”.
76-cı ayədə də Tağut və Şeytan adlarına paralel rast gəlirik:
“Möminlər Allah yolunda, kafirlər isə Tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”.
83-ca ayədə söylənilənlər də çox maraqlıdır:
“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (ha-mınız) şeytana uyardınız”.
117-120 - ci ayədə bütpərəstlərlə şeytana sitayiş edənlərin eyni mahiyyət daşıdıqları nəzərə çatdırlır, şeytanın lənətlənmiş olduğu, Allahı qoyub, şeytana sitayiş edənlərin ziyana uğradıqları və şeytanın yalan vədlərinə inandıqları bildirilir:
“Onlar Allahı qoyub, yalnız qadın bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.
Dostları ilə paylaş: |