Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ



Yüklə 267,84 Kb.
səhifə21/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
3.6. İdil bulqarlarıda fəlsəfə

Bulqarların İslamı qəbul edtməsindən sonra İdil Bulqar dövlətində müxtəlif elm sahələri ilə yanaşı fəlsəfə elminin də inkişaf etdiyi məlumdur. Bulqar alimlərindən Bürhanəddin İbrahim ibn Yusif əl-Bulğari (XII əsr), Əbülulla Həmid ibn İdris əl-Bulğari (XII əsr) və Süleyman ibn Davud əs-Saksini-Suvari (XII əsr) kimi elm adamlarının fəlsəfəyə aid əsərlər yazdığı məlum olsa da, təəssüf ki, onlar haqqında hələlik heç bir məlumata sahib deyilik.

Bulqar fəlsəfi fikrinin formalaşmasında Yusif Balasaqunlu (XI əsr), Əhməd Yasəvi (XII əsr) və Qul Qali (XII-XIII əsrlər) kimi böyük Türk alimlərinin önəmli rolu olmuşdur.

Sonradan, yəni Qızıl Orda və Kazan Xanlığı dövrlərində bu ideyalar Mahmud Bulğari (XIV əsr), Qütub (XIV əsr), Xüsam Kətib (XIV əsr), Rabquzi (XIV əsr), Seyf əs-Sarai (XIV əsr), Mahmud Mühəmmədya (XV-XVI əsrlər) tərəfindən daha da inkişaf etmişdir. Həmin dövrlərdə bulqar fəlsəfi fikrinin əsasını Tövhid inancı və İslam fəlsəfəsi təşkil edirdi (Sabirov A. Q., 2017).

XVII əsrin II yarısından sonra bulqar fəlsəfə elminin inkişafında yeni bir mərhələ başladı. Həmin dövrün fəlsəfəsinin əsas istiqamətini Allahın varlığının isbatı təşkil etməkdəydi və bu xətt Mövla Qolıy (XVII əsr) və Qabderrəhim Utız İmani (1754-1834) kimi filosofların əsərinin əsər motivini təşkil edirdi.

XVIII əsrin sonlarından XIX əsrin ortalarına qədərki dövrdə bulqar fəlsəfəsinin yönvericiləri rolunda Əbu Nəsr Kursavi (1776-1812), Hüseyn Faizxanov (1828-1866) və Qəyyum Nəsiri (1825-1902) çıxış etmişlər. Onlar dində islahatçılıq (cədidçilik) cərəyanının əsasını (Yuzeyev A. N., 2001, s. 189).

Sonrakı dövrlərdə bu cərəyanın çoxsayda davamçısı yetişmişdir. Onları cədidçilər adlandırırdılar. Şihabəddin Mərcani (1818-1889), Qalimcan Barudi (1857-1921), Ziya Kamali (1843-1942) və başqalarının adını çəkmək olar. Bu filosofların əsərlərinə Avropa və Türkiyə filosoflarının, xüsusən də maarifçi filosofların güclü təsiri olmuşdur (Kamalov T. R., 1997, s. 133).


Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin