Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ


İdil bulqarlarının əski inanc və düşüncələrinin mərasim folklorundakı izləri



Yüklə 267,84 Kb.
səhifə17/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
3.2. İdil bulqarlarının əski inanc və düşüncələrinin mərasim folklorundakı izləri

İdil bulqarlarının varisləri olan Kazan tatarlarının şifahi xalq ədəbiyyatında bu gün də mövcud olan Xızır İlyasla bağlı əfsanə, rəvayət və inanclar mühüm yer tutur. Onların təsəvvürlərinə görə, Xızır İlyas həyat suyunu (abi-həyat) içərək qiyamətə qədər ölməzlik qazanmış şəxsdir. O, yolda çətin vəziyyətə düşənlərə kömək edir, övladı olmayanlara övlad verir. Bu səbəbdən də daha çox yola çıxanlar üçün edilən uğur dualarında, eləcə də övladı olmayanlara övlad arzusuyla edilən dualarda yad edilir (Yuldıbayeva G. V., 2014).

Məlum olduğu kimi Türkiyədə bu bayram 23 aprelə təsadüf edir. Kazan tatarlarınna İdil bulqarlarından miras qalan adətə görə isə, bayramın başlama vaxtını müəyyən etmək üçün aprel ayının 19-da hələ əriməmiş olan qara bir ağac batırılır, qarın səviyyəsi ağacda qeyd edilir. Əgər keçən gecə ərzində səviyyə enməzsə, "Xızır İlyas hələ qamçısını vurmamışdır" deyilir. Qarın səviyyəsi enərsə, bu, bayramın başlanğıcı və yazın gəlişi kimi qəbul edilir. Bundan sonra bostanlarda kartof yığımına başlanılır. Yığımdan sonra məhsulun bir hissəsi Xızır İlyas üçün sahədə toxunulmamış saxlanılır. Bu zaman onun Xızır İlyas üçün, bəzi hallarda isə "Kır iyəsi" üçün saxlanıldığı vurğulanır. Bu isə o deməkdir ki, İslamın qəbulundan sonra Xızır İlyas inancı İslamdan öncəki "Kır iyəsi" inancını əvəz etmişdir (Davletşina L. H., 2011, s. 780).

Beləliklə, Xızır İlyas mərasiminin kökü İslamdan çox-çox öncəki dövrlərə, mifologiya çağına qədər uzanır və Türk folklorundakı "Kır iyəsi" inacı ilə bağlıdır. Yerin ruhu, yiyəsi, sahibi hesab edilən bu mifoloji personaja "Yul iyəsi" də deyilməkdəidr ki, "yolun ruhu, yiyəsi, sahibi" anlamına gəlir. Görünür, İdil bulqarlarının inanclarına görə, Xızır İlyasın yolda dara düşənlərə kömək etməsi anlayışı da buradan qaynaqlanmaqdadır (Davletşina L. H., 2011, s. 781).

İdil bulqarlarından Kazan tatarlarına miras qalmış mərasim folkloru nümunələrindən biri də "Sabantuy" adlanan bayramdır. Qonşu başqırd türkləri arasında da geniş qeyd edilən və "Habantuy" adlandırılan bu bayramın kökləri çox-çox qədimlərə gedib çıxır. Bu mərasim folkloru nümunəsi haqqında ilk geniş məlumatlara XVIII əsrdə yaşamış P. S. Pallas, İ. İ. Lepexin və İ. G. Georgi kimi müəlliflərin əsərində rast gəlmək mümkündür.

Ömrünü Rusiya ərazisində yaşayan xalqların adət və ənələrininin öyrənilməsinə həsr etmiş P. Pallas bulqar (tatar) və başqırd əkinçilərinin Sabantuq bayramı haqqında geniş məlumat verən ilk tədqiqatçı kimi tarixə düşmüşdür (Pallas P. S., 1788). Onun yolu ilə gedən İ. Lepexin isə öz əsərlərində təkcə Sabantuy barədə deyil, bulqar qadınlarının çox sevdikləri Karqatuy bayramı barədə də geniş məlumat verməkdədir (Lepexin İ. İ., 1802, s. 11-14, 25-26, 151-153).

Sabantuydan saban (kotan) bayramı kimi söz açan İ. Lepxin bu bayramı səmavi dinlərdən öncəki dövrlərə aid edərək, bayram zamanı keçirilən cıdır, oxatma və güləş yarışlarını bircə-bircə təsvir edir. Eyni təsvirlərə İ. G. Georginin "Rus dövlətində yaşayan bütün xalqların təsviri" adlı əsərində rast gəlməkdəyik (Georgi İ. G., 1799, s. 95, 100, 104). O, eyni zamanda Sabantuy zamanı ifa edilən rəqslər, oynanılan meydan tamaşaları barədə də məlumat vermişdir (Georgi İ. G., 1799, s. 96).

Eyni bayram tatar və başqırdların qonşuluğunda yaşayan çuvaş və qazax türklərində də var. Çuvaşlar ona "Saban Tuye" və ya "Akatuy" deyirlər.

Sabantuyun Kazan tatarlarına məhz İdil bulqarlarından qaldığını təsdiqləyən bir neçə dəlil var:

1. Kazan tatarlarından fərqli olaraq İdil deyil, Qafqaz bulqarlarının varisi olan və "bulqar" (balkar // malkar) adını bu gün də öz etnik adında yaşatmaqda olan balkarlarda da bu bayram keçirilməkdədir (Kuçemezov B. X., 2001; Nikişenkov A. A., 1999, s. 77).

2. Bulqarlarda Sabantuy bayramının keçirildiyini 921-ci ildə Bulqara gələn İbn Fədlan öz gözləri ilə görmüş və bu barədə məlumat vermişdir (Şarafutdinov D., 2008).

3. Bulqar şəhərindən tapılan 1292-ci il tarixli bir məzar daşının üzərində mərhumun Sabantuy günü (Saban tuy kon ati) öldüyü qeyd edilmişdir (Şarafutdinov D., 2008).

Hazırda bayram ilkin şəklini itirmişdir. Bayramda xalq nəğmələri əvəzinə çağdaş şairlərin yazdığı şerlər oxunur. Bununla belə, Xızır İlyas (Kır İyəsi) bayramından fərqli olaraq bu bayrama İslami personaj və motivlər girməmişdir.

İdil bulqarlarının mərasim folklorunda Qayın ağacı bayramının da özünəməxsus yeri olub. Çulpan Zaripova Çetin yazır ki, tatarlar şamanizm dövrü ənənə və inancları, eləcə də Bulqar dövləti dönəminə aid bir çox adət və ənənləri XXI əsrə daşımışlar. Bunlardan biri də Tatarıstanın bəzi kəndlərində hər ilin iyun ayının başlarında qeyd etdikləri Qayın Bayramıdır. Bu bayram İdilboyu türklərinin əski inanclarını və düşüncə sistemini anlamaqda yardımçı olmaqdadır. "Kayın Bəyrəme" (Qayın Bayramı) və ya da "Yafrak Bəyrəme" (Yarpaq Bayramı) adı ilə tanınan sözügedən mərasim daha çox Kreşin ve Mordva-Karatay kəndlərində həyata keçirilən bir bayram mərasimidir. Həmin bayram Sibirin Kuznetsk bölgəsində də keçirilir. Qədim zamanlarda qızlar bu bayram münasibətilə yeni don tikdirər və yeni ayaqqabı giyərlərmiş. Sonra təkbaşına və ya kənd oğlanları ilə birlikdə meşəyə - "Kayın Başın Bəylərgə" (qayın ağacının başınıa) yaylıq və ya qumaş parçası bağlamağa gedərdilər. Bəzi bölgələrdə qız və oğlanlar meşəyə gedib xoşlarına gələn qayın ağacının bir budağını kəsər, mahnı oxuya-oxuya onu kəndə gətirər, yerə basdırar və ətrafında dövrə vuraraq şənlənərdilər (Çulpan Zaripova Çetin, 2009, s. 585).

Dövrümüzədək Qayın Bayramı zamanı ifa edilən çox sayda nəğmə ulaşmışdır ki, onların bir qismini Çulpan Zaripova Çetin özünün "Tatar Folklor ve Halk Edebiyatında kayın ağacı" adlı məqaləsində Türkiyə türkcəsinə tərcüməsi ilə birlikdə dərc etdirmişdir (Çulpan Zaripova Çetin, 2009). Onlardan bir neçəsini Azərbaycan türkcəsinə tərcüməsi ilə birlikdə gözdən keçirək:
Ay äylibez, äylibez, (Hey dönürük, dönürük,)

Kayın başın bäylibez. (Qayın ağacının başını bağlayırıq.)

Caltan digän asıl ildä (Caltan adlı əsil ildə)

Aktık cäyebezne cäylibez. (Payızımızı keçiririk).


Cegetlär bulsañ, ceget bul, (İğid isən, iğid ol,)

Kömeş kiger kayeş cögängä. (Gümüş tax dəri qayışa.)

Ceget gomere ike kilmäs, (İğid ömrü iki dəfə gəlməz,)

Cauçı cibär canıñ söygängä (Görücü göndər canını sevənə.)

(Urazmanova, 1992, s. 69).
Gətirdiyimiz bu misallar İdil bulqarlarının mərasim folklorunda və düşüncə tərzində lirik nəğmələrin oynadığı rolun önəmini göstərməkdədir.


Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin