Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ


Bulqarların dini təhsil sistemi və məktəblərlə ilk tanışlığı



Yüklə 267,84 Kb.
səhifə23/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
4.1. Bulqarların dini təhsil sistemi və məktəblərlə ilk tanışlığı.

Bulqarların dini təhsil sistemi və ilk məktəblərlə tanışlığı, heç şübhəsiz ki, hələ Qafqazda yaşadıqları dövrdən başlamışdır. X əsrdə qələmə alınmış "Albaniya tarixi" kitabının (I kitab) müəllifi Musa Kağankatlının (Moisey Kalankatytulu) yazdığına görə, artıq V əsrdə, Albaniyanın məlik-bəyi Vaçaqanın əmri ilə Alban dövlətinin bütün şəhər və qəsəbələrində çox sayda məktəb açılmışdı. Kitabın "Çar Vaçaqan şərdə doğulmuş sehrbazların uşaqları üçün məktəblər açır. Murdar barmaqkəsənlər təriqəti ifşa olunu və məhv edilir" başlıqlı XXV fəslində deyilir: "Allah tərəfindən taxta çıxarılan çar Vaçaqan əmr etdi ki, cadugər, sehirbaz (şaman - B. T.), bütpərəst kahinlərin, barmaqkəsənlərin və ağı verənlərin (yuğçuların, ağı söyləyənlərin - B. T.) uşaqlarının yığıb məktəblərə versinlər və orada İlahi imana və xaçpərəst həyat tərzinə öyrədib, onları müqəddəs Üç Üqnuma etiqad etdirib dinsizləri Allaha sitayiş yoluna yönəltsinlər. Həmin gənclərin bir çoxunu öz şəksi Rustak adlı kəndinə toplayıb, onların yeməklərinə pul ayırdı və müəllimlər təyin edib əmr etdi ki, uşaqlara dərs desinlər və onlardan xristian dininin bələdçiləri hazırlasınlar. Hər dəfə çar öz kəndinə müqəddəslər xatirəsinə ibadət üçün gedəndə o, məktəbə gəlib cadugər və bütpərəst kahinlərin uşaqlarını ətrafına yığırdı və bu uşaqlar, əllərində kitab və qrifel (yazı) taxtaları, çarı dövrələrinə alırdılar..." (Kalankatytulu M., 2006, s. 58).

Albaniya öncə Hun, daha sonra isə Xəzər dövlətləri ilə həmsərhəd olub və Xəzər dövlətində yaşayan türklər içərisində bulqarlar da var idi. Tarixi qaynaqların yazdıqlarınından Albaniyada yaşayan xalqlardan birinin də bulqalar olduğu məlumdur (Qeybullayev Q. A., 1991, s. 77-78). Bu isə o deməkdir ki, bulqarların hələ o dövrdə dini təhsil sistemi və məktəb barədə müəyyən anlayışları olmalı idi.

Bundan başqa bulqarların Hun ittifaqına daxil olduqları dövrdə Alban missioneri İsrailin hunlar ölkəsinə səfər etdiyi, İncili onların dilinə tərcümə etdiyi və məhz həmin dövrdə Orxon-Yenisey tipli əlifba ilə qələmə alınmış xristian məzmunlu kitabların peyda olduğu, hunlar ölkəsində də İncili tədris edən məktəblərin açıldığı bilinməkdədir. Bu barədə Musa Kağankatlı belə yazır: "...Alicənab xasiyyətinə və təbiətinə görə yepislop İsrail könüllü olaraq hunların yanına gedərək hər iki ölkəyə xoşbəxtilik gətirir və bağlanan müqaviləyə əsasən xaçpərəst dinini yeni qəbul etmiş xalqa öz köməyini əsirgəmədi" (Kalankatytulu M., 2006, s. 181).



Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin