Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ


"Cafqar tarixi" və orada İdil bulqarlarının ilk məktəbləri barədə yazılanlar



Yüklə 267,84 Kb.
səhifə24/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
4.2. "Cafqar tarixi" və orada İdil bulqarlarının ilk məktəbləri barədə yazılanlar.

İdil Bulqar dövləti ərazisində X əsrdə mövcud olmuş təhsil sistemi barədə ən müfəssəl məlumatları mənşəyi alimlər tərəfindən böyük mübahisələr mövzusu olan "Cafqar tarixi" adlı kitabdan almaq mümkündür. Bu kitabın 1680-ci ildə özündən əvvəlki tarixi salnamələrin əsasında bulqar türkcəsində qələmə alındığı, XX əsrin əvvəllərində rus dilinə tərcümə edilıdiyi söylənilir. Lakin 1939-cu ildə əsərin orijinalı NKVD (Daxili İşlər üzrə Xalq Komissarlığı) tərəfindən müsadirə edildilmiş və bu günə qədər tapılmamışdır. Bu səbəbdən də elm adamlarının bir çoxu onun gerçəkliyinə şübhə edir, XX əsrdə yazılmış əsər olduğunu söyləyirlər. Bununla belə, şübhə edən alimlər "Cafqar tarixi"ndə qeyd edilmiş bir çox məlumata XVII-XIX əslərə aid digər tarixi mənbələrdə də rast gəlindiyini etiraf edir, fəqət bunun səbəbini izah edə bilmirlər (Şamiloqlu Yu., 2007).

"Cafqar tarixi"ndə yazılanlardan belə məlum olur ki, artıq IX əsrdə bulqar şəhərlərində geniş təhsil şəbəkəsi mövcud olmuşdur. İdil Bulqar dövlətinin ərazisində məktəb və mədrəsələrin qurulması işinin əsasının molla Mikayıl Baştu tərəfindən qoyulduğu hesab edilir. Onun birbaşa fəaliyyəti nəticəsində Cilki (Şilki) xanın (865-882) dövründə məhəllə məscidlərinin yanında 42 məktəb təsis edilmişdi. Bu təhsil ocaqlarında ibtidai təhsil verilirdi. Cilki xanın oğlu Almuş xanın dövründə, daha dəqiq desək, 882-ci ildən 900-cu ilədək daha 180 məktəbin açıldığı və onların sayının 222-yə çatdığı bilinməkdədir. (Baxşi İman, 1993, s. 49).

Məktəblərdə uşaqlara oxuyub-yazmaq öyrədilirdi. Оnlar Qurani-Kərimi öyrənir, hədislərlə tanış olurdular. Məktəbləri uğurla başa vuran istedadlı şagirdlər təhsillərini orta təhsil verən mədrəsələrdə davam etdirirdilər.

Mədrəsələr, bir qayda olaraq, cümə məscidlərinin yanında fəaliyyət göstərirdi. Burada şagirdlərə ilahiyyat, riyaziyyat, coğrafiya, tarix və nücum (astronomiya) kimi elmlər tədris edilirdi. Mədrəsəni bitirən ən istedadlı şagirdlər seçilir və təhsillərini davam etdirmək üçün Buxara, Səmərqənd və Bağdadda fəaliyyət göstərən, "Dar ül-Ülum" (Elmlər evi) adlanan universitetlərə göndərilirdi.

1080-ci ildə Yaqub ibn Nuqmanın təşəbbüsü ilə İdil Bulqar dövlətinin ərazisində, Bilər şəhərində ilk universitet, yəni Dar ül-Ülum təsis edildi və nəhayət ki, bulqar şagirdlər ali təhsillərini öz ölkələrində almaq imkanı qazandılar. "Mühəmməd Bəkiriyyə" adı ilə məşhur olan bu universitet həmin dövrdə daha çox "Bərəc" adı ilə tanınan cümə məscidinin nəzdində açılmışdı və orada oxuyan tələbələrə İslami biliklərlə yanaşı, coğrafiya, əxlaq (etika), cəbr, həndəsə, ədəbiyyat, dilçilik, tarix, kimya, hikmət (fizika), nücum (astronomiya) və s. elmlər öyrədilirdi. Tələbələr eyni zamanda ərəb və fars dillərini də öyrənirdilər (Baxşi İman, 1993, s. 115).

"Cafqar tarixi" kitabının nə vaxt, - XVI və ya XX əsrin əvvəllərində yazılmış olmasından asılı olmayaraq, - bu qaynaqda bulqarlarda X əsrdə məktəblərin olduğu barədə verilən məlumatların doğruluğunu başqa İslami qaynaqlar da təsdiqləməkdədir. Məsələn, X əsrin I yarısında yaşamış ensiklopedist alim İbn Rüştə yazırdı ki, "bulqarların böyük hissəsi müsəlmandır. Onların şəhər və kəndlərindəki məscidlərdə imam və müdzinlərin dərs dedikləri məktəblər fəaliyyət göstərir" (İstoçnik svedeniy, 1937, s. 26).


Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin