Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ


İdil bulqarlarının təhsil sistemində məktəb və mədrəsələrin rolu



Yüklə 267,84 Kb.
səhifə25/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   22   23   24   25   26   27   28   29   30
4.3. İdil bulqarlarının təhsil sistemində məktəb və mədrəsələrin rolu. İdil Bulqar dövlətində əsası X əsrdə qoyulan məktəb və mədrəsə sisteminin öz varlığını XX əsrin başlarına qədər sürdürməkdə olduğu bilinməkdədir. İbrahim Maraş yazır ki, "İdil-Ural bölgəsində həmən hər köydə bir okul və ya "məktəb" adı verilən bir eğitim evi bulunmaqdaydı. Böyük köylərdə və şəhərlərdə isə məktəblərin yanında mədrəsələr də vardı. Bu məktəb və ya mədrəsələr o köyün və ya məhəllənin imamı tərəfindən açılmaqda, onlar tərəfindən idarə edilməktəydi, yenə onlar tərəfindən də qapatılmaqdaydı (İbrahim Maraş, 2002, s. 277).

Əldə olan məlumatlara əsasən, 1913-1915-ci illər arasında sadəcə Ufa vilayətində təqribən 91 min şagirdin təhsil aldığı 1579 məktəb və mədrəsə fəaliyyət göstərməkdə idi. Eyni zamanda həmin 91 min şagirddən 18 mininin qız olduğu məlumdur (Fegani Beyler, 2016, s. 95).

Bir sözlə, V. Losevskinin də yazdığı kimi, “Başqırd və tatar bölgələrrinin hər tərəfində mədrəsələr vardı. Özünün camisi olmayan kəndə çox nadir hallarda rastlanılardı. Harada cami vardısa, orada molla və mədrəsə vardı (Başkurtistan Cumhuriyeti Tarihi, 2015).

Məlumat üçün bildirək ki, 1860-cı ildə təkcə Başqırdıstanda 1850 cami bulunmaqdaydı. Camilər dışında başqırd və tatar uşaqlarının, xüsusən də qız şagirdlərin oxudulduğu ev mədrəsələri də fəaliyyət göstərirdi (Fegani Beyler, 2016, s. 96).

Bilindiyi kimi, məktəb və mədrəsələr bütün İslam coğrafiyasında və tarixində ilk və orta səviyyədə tədris və təhsil verən qurumlar olmuşlar. Bu təhsil ocaqlarında əksər hallarda şagirdlərin qala bilmələri üçün yataqxanalar da olur, şagirdlərin dolanışıqları müsəlmanlardan toplanılan zəkat, nəzir və sədəqələr hesabına gerçəkləşdirilərdi (Muhammed Çetkin, 2013).

Müsəlmanlara aid təlim-tərbiyyə qurumu olaraq məktəb və mədrəsələrin məqsədi uşaqlara dini və elmi təhsil vermək, müəzzin, imam-xətib, vaiz, qazi, müfti və elm adamları yetişdirmək idi. Bu səbəbdən də tədris müəssisələrinə ən yetişgin və zəki müəllimlər qəbul edilirdilər. Nəticədə isə yüksək elmi biliklərə sahib olan məzunlar yetişdirilrdi. Onların elmi biliklərinə və mədəni səviyyəsinə heyran qalan tanınmış rus türkoloqu V. Radlov yazırdı ki, sadəcə mədrəsə məzunları deyil, şagirdləri də bizim şəhər məktəblərindəki müəllimlərdən daha hazırlıqlı və zəkidirlər (Naciye Yıldız, 2007).

Dövrümüzədək Xoca Əhməd Bulqari (X-XI əsrlər), Həmid ibn İdris əl-Bulqari (1007-ci ildə vəfat edib), Süleyman ibn Davud əs-Saksini-Suvari (XII əsr), Tac əd-Din əl-Bulqari (XII əsr), Bürxan əd-Din əl Bulqari (1204-cü ildə vəfat edib) və s. kimi bulqar alimlərinin adları yetişib ki, onların hamısı mədrəsə məzunu olub və sonralar müxtəlif tədris ocaqlarında həm də müəllimlik ediblər. Bunlardan Xoca Əhməd Bulqari, Sultan Mahmud Qəznəvinin (967-1030) müəllimi idi (Putişestviye Abu Xamida.., s. 122-134).

Şübhəsiz ki, yalnız böyük alimlərdən dərs alanlar böyük alim kimim yetişə bilərdilər. Ərəb səyyahı Əbu Həmid Əl Qərnati İdil Bulqar dövlətinin paytaxtında olarkən (1135 və 1136-cı illər) Bilər şəhərinin qazisi Yəqub ibn Nuqmanla tanış olmuş, həm onun özü haqqında, həm də onun "Bulqar tarixi" kitabı haqqında məlumat vermiş və bildirmişdir ki, bu böyük alim başqa bir böyük alim olan Nişapurlu Abu ül-Məəli Əbdül Malik əl-Cüveyninin tələbiəsi olub, ondan dərs alıb (Putişestviye Abu Xamida.., s. 30).

Belə hesab edilir ki, mədrəsələrdə tədris olunan ilk dərs kitabları da həmin dövrdə qələmə alınmışdır. Bu sırada "Bidəvam", "Nəsiət əs-Salihin" və s. kimi dərs kitablarının da adını çəkmək lazımdır. Haqqında dövrümüzədək məlumat yetişmiş dərs kitablarından biri də Bürxan əd-Din əl Bulqarinin "Bələğat" əsəridir. Eyni müəllifin Əl-Səmərqəndinin "Ədəb" əsərinə şərhlər yazdığı da bilinməkdədir (Muxametşin A. Q., 2009, s. 3).


Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin