Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ



Yüklə 267,84 Kb.
səhifə26/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   22   23   24   25   26   27   28   29   30
4.4. Kazan xanlığı dövründə təhsil.

Tarixi qaynaqlardan anlaşıldığına görə, bulqar məktəb-mədrəsə təhsil sistemi Kazan xanlığı dövründə də eyni qaydada davam etmişdir (Danilova İ. Yu., Minkin М. R., 2015, s. 60).

A. Müəxəmetşin "VIII-XX əsrlərdə Kazan vilayətində pedaqoji düşüncənin yaranması və inkişafı" adlı tədqiqat işində yazır ki, əsası İdil Bulqar dövlətində qoyulan pedaqoji ənənə Kazan xanlığı dövründə özünün ikinci mərhələsinə qədəm qoydu. Həmin dövrdə də eynən bütün müsəlman ölkələrində olduğu kimi gənc nəslin təlim-tərbiyəsi və təhsili ilə din xadimləri məşğul olurdular. Kazanda da çox sayda məktəb və mədrəsə fəaliyyət göstərməkdə idi. Məsələn, Kazan cümə məscidin nəzdində dövrünün tanınmış pedaqoqu Qul Şərifin rəhbərlik etdiyi mədrəsə fəaliyyət göstərirdi. Bu mədrəsənin şöhrəti bütün İslam dünyasına yayılmışdı.

Adeyeve kəndində fəaliyyət göstərən məktəb də çox məşhur idi. Bu məktəbdə şeyx Uşmühəmməd ibn Turuq Mühəmməd aralıqsız olaraq 36 il dərs vermişdir.

Əldə olan məlumatlara görə, Kazan xanlığının məktəb və mədrəsələrində şagirdlərə Mühəmməd Nəqşbəndi (1314-1389), Seyf Сarai (1321-1396), Əbdürrəhman Cəmili (1414-1492) və s. İslam mütəfəkkirlərinin fikirləri aşılanırdı.

Adı dövrümüzədək ulaşan məşhur pedaqoqlardan biri də Mahmud Hacı oğlu Mühəmmədyardır. Onun XVI əsrin ortalarında yaşadığı bilinsə də, doğum və ölüm tarixləri barədə heç bir məlumata sahib deyilik.

Kazan şəhərinin mədrəsələrində tədris olunan ədəbiyyat dərslərində şagirdlərə "Dastan-e Babaxan" (Tahir və Zöhrə), "Qisseyi-Seyfəlmülük" kimi didaktik dastanlardan parçalar da əzbərlədilərdi (Muxametşin A. Q., 2009, s. 3-4)

1552-ci ildə Kazan Qorxunc İvanın xristian qoşunları tərəfindən işğal edilərkən şəhərdə məscid və mədrəsələrin dağıdılmasına və kitabxanaların yandırılmasına başlanıldı. Bu səbədən də hazırda əlimizdə Kazan xanlığı dövründəki təhsil-tədris barədə yuxarıda söylənilənlərdən daha artıq məlumata sahib deyilik.



Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin