Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ



Yüklə 267,84 Kb.
səhifə28/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   22   23   24   25   26   27   28   29   30
4.6. Hüseyn Faizxanov.

Bulqar-tatar cədidçilik hərəkatının ən önəmli isimlərindən biri də Hüseyn Faizxanov idi. O 1823-cü ildə Simbirsk vilayətinin Kurmış nayihəsinin Sabaçay kəndində, kəndli ailəsində doğulmuş, ilk təhsilini də həmin kənddə almışdı. 1850-ci ildə Kazana gəlmiş və 1854-cü ilə qədər Şəhabəddin Mərcaninin dərs dediyi mədrəsədə oxumuş və müəlliminin sayəsində Kazan Universitetinin müəllimləri M. Kazım Bəy və İ. Berezin ilə tanış olmuşdu.

Kazan Unuversitetinin Şərq bölümünü Sankt Peterburqa köçürülməsindən sonra H. Faizxanov Kazandan ayrılmaq məcburiyyətində qalır. Peterburqa gələrək 1957-ci ildən Peterbuq Universitetində Türk-Tatar və ərəb dillərindən dərs deməyə başlayır. 1962-ci ildə Senatın qərarı ilə ona Şərq dilləri doktoru adı verilir.

Alim həmin dövrdə elmi tədqiqatlar aparır, 1858-ci ildə Krım xanlarının Rusiya Xarici İşlər Nazirliyinin arxivində qorunan diplomatik yazışmalarının araşdırır, onları rus dilinə tərcümə edərək nəşr etdirir. Eyni ildə Orenburq vilayətinə elmi məzuniyyətə gedir, orada bulunan bulqar yazılarını tədqiq edir, onlar barədə "Üç müfəssəl bulqar yazısı" adlı məqalə yazaraq "Rusiya Arxeologiya Cəmiyyətinin Xəbərləri" dərgisində dərc etdirir. Bu çalışmasına görə 1860-cı ildə Arxeologiya Cəmiyyətinin həqiqi üzvü (akademiki) seçilir (Хusain Faizxanov, 2008).

Qasım xanlığı ərazisində bulunan epiqrafik abidələrin öyrənilməsində də H. Faizxanovun müstəsna xidmətləri olmuş və apardığı araşdırmalar zamanı 1610-cu ildə II Yalançı Dmitriy tərəfindən qətlə yetirilmiş Uraz Mühəmməd xanın qəbrini üzə çıxarmışdır. Tanınmış rus şərqşünası V. V. Velyaminov-Zernov onun bu tədqiqatlarından özünün "Qasım xanları və xan oğulları haqqında araşdırma" adlı əsərində geniş istifadə etmişdir (Velyaminov-Zernov V. V., 1863).

Rusiyadakı mədrəsələrin yenilənərək Avropa tipli üsuli-cədid məktəbləri ilə əvəzlənməsində H. Faizxanovun düşüncələrinin böyük rolu olub. Onun hətta "İslah əl-Mədaris" (Mədrəsələrin yenilənməsi) adında bir əsər yazdığı da məlumdur. Lakin onun bu əsəri bugünə qədər çap edilməmişdir (Хusain Faizxanov, 2008). Faizxanov da müəllimi Şəhabəddin Mərcani kimi bulqar milli kimliyinin bütün Rusiya türkləri üçün ümumi ad kimi qəbul edilən "tatar" milli kimliyi ilə əvəz edilməsi tərəfdarı olmuşdur.




Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin