Bəxtiyar Tuncay II qazi GƏray xanin döVRÜMÜZƏDƏk yetiŞƏn yarliqlari


Uluq Ordanın (Turanın) Xan şəhəri Bağçasaray



Yüklə 293,57 Kb.
səhifə2/13
tarix05.01.2022
ölçüsü293,57 Kb.
#111013
1   2   3   4   5   6   7   8   9   ...   13
Uluq Ordanın (Turanın) Xan şəhəri Bağçasaray
1587-ci ildə zindan gözətçilərindən ikisini ələ almağı bacaran Qazi Gəray Ələmutdan qaçmağı və gizli yollarla Ərzuruma gəlməyi bacardı və yenidən qızılbaşlara qarşı savaşlara qatıldı. Daha sonra İstanbula gələn Qazi Gəray burada Osmanlı sultanı və İslam xəlifəsi III Murad tərəfindən böyük hörmət və ehtiramla qarşılandı. Xəlifə ona Uluq Ordanın (Turanın) xanı olmaqda yardım edəcəyinə söz verdi. Elə həmin ilin baharında Qazi Gərayın Kırımda xanlıq taxtında oturan qardaşı II İslam Gəray Xanın ölüm xəbəri gəldi. Sultan-xəlifə onu Uluq Ordanın yeni xanı kimi təsdiqləyərək bir neçə gəmi ilə Kırıma yola saldı. Apreldə Kırımın Balıqlava (Balaklava) liman şəhərinə xan qismində enən II Qazi Gəray Xan qardaşlarından kalğa (vəliəhd) Alp Gərayın xəyanəti ilə üzləşdi. Alp Gəray özünü xan elan edərək Akkermanda qoşun toplayaraq yeni xana qarşı çıxdı. Lakin bu, II Qazi Gəray Xana aprelin 27-də paytaxt Bağçasaraya daxil olaraq xanlıq taxtına oturmağa mane ola bilmədi. Yeni xanın hər kəs tərəfindən müdafiə edildiyini görən Alp Gəray istanbula qaçmaq məcburiyyətində qaldı, Alp Gəraya dəstək verən digər qardaşı nurəddin (vəliəhd əvəzi) Şakay Mübarək Gəray İsə Çərkəzə qaçaraq mərkəzi hakimiyyətə qarşı çıxan çərkəzlərə sığındı (Гази-Гирей, 1890-1907).

II Qazi Gəray Xan hakimiyyətə gələr-gəlməz, öz qardaşı oğlanları, Həştərxanda yaşayan Murada və Səfa Gəraya çaparlar göndərərək, onları Kırıma dəvət etdi. 1588-ci ilin iyununda Səfa Gəray və Mənsur mirzələrindən (bəyzadələrindən) Arslan Mirzə onminlik noqay qoşunu ilə birlikdə Kırıma gəldilər. Səfa Gərayın anası ilə evlənən xan onu öz oğlu və nurəddini (ikinci vəliəhd) elan etdi. Kalğalığa (birinci vəliəhd) isə öz kiçik qardaşı Salamat Gərayı təyin etdi. Lakin yeni kalğa, Səfa Gərayın ondan atası Mühəmməd Gərayın qisasını ala biləcəyindən ehtiyatlanaraq, Kəfəyə qaçdı. II Qazi Gəray Xan Kəfə paşasından Salamat Gərayı geri qaytarmasını tələb etsə də, paşa onu İstanbula göndərdi. Belə olan halda xan onun əvəzinə digər qardaşı Fətih Gərayı kalğa etdi.

Hakimiyətə gələr-gəlməz, II Qazi Gəray Xan tərəfindən həyata keçirilən əsas məsələlərin başında ölkədəki qarşıdurmaların qarşısına alınması gəlməkdəydi. Bu səbəbdən də xan ilk növbədə düşmənçilik edən bəy ailələrini barışdırmaq lazım idi. Buna böyük ölçüdə nail olundu.


Yüklə 293,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin