Bəxtiyar Tuncay II qazi GƏray xanin döVRÜMÜZƏDƏk yetiŞƏn yarliqlari


Bu əhd və şərt və ant üzərinə turulmaq kərəkdir deyü, əhdnamə yarlığ-i şərif xaqani bitildi fi şəhr-i Cümadi-əl-əvvəl min şühur sənə əlif



Yüklə 293,57 Kb.
səhifə7/13
tarix05.01.2022
ölçüsü293,57 Kb.
#111013
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Bu əhd və şərt və ant üzərinə turulmaq kərəkdir deyü, əhdnamə yarlığ-i şərif xaqani bitildi fi şəhr-i Cümadi-əl-əvvəl min şühur sənə əlif.

Bi-məqam Alma Saray darül-xaqani

Xan Ğazı Gəray bin Xan Dövlət Gəray (Документы Крымского Ханства.., 2017, s. 20-23).

II Qazi Gəray Xandan dövrümüzədək yetişmiş yarlıqlardan üçüncüsü də Polşa kralı Siqizmunda göndərilib. Onun da göndərilmə tarixi 1592-ci ilə təsadüf edir. Həmin yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 5” şifrəsi altında qeydə alınmışdır.

Yarlığın qısa məzmunu:

Keçmiş krallar Siqizmund və Avqust dövründə, Hacı Gərayın xanlığından Dövlət Gərayın xanlığına qədər mövcud olmuş əvvəlki dostluq. Tacirlərin sərbəst dolaşımı və xanın Polşa torpaqlarına yürüşləri qadağan etməsi, Beş Baş kazaklarının aldıqları əsirlərin qaytarılması. Sultanın da öz təəbələri tərəfindən alınmış əsirləri qaytarması. Kral Avqustun ölümündən sonra Polşadakı 12 illik hakimiyyətsizlik. Xristian kazaklar tərəfindən tatar maldarlarının əsir alınması, mal-qaranın oğurlanması. Akkerman, Cankerman və Bəndərkerman qalaları arasında qoyun və mal-qaranın qaçırılması. İki ölkə arasında düşmənçilik. Kazakların Dneprdəki qışlaq və yaylaqlardan çıxarılmaması səbəbilə Polşa torpaqlarında törədilən talan və qarətlər. Təəbələrinin icidilməsi səbəbindən sultanın qəzəbi. Sultanın xandan kralı cəzalandırmasını istəməsi və bu məqsədlə Osmanlı ordusunun göndərilməsi. Xanın vəziyyəti anlatmaq məqsədi ilə sultana məktub – 12 illik hakimiyyət boşluğu və sultanın düşməni Stefanın taxta çıxması. Siqizmundun taxta çıxması ilə xanın sülhə ümid etməsi. Polşalılardan illik xəzinənin (bac-xəracın) göndərilməsinin istənməsi. Sultanın xanın sözünə etibar etməsi.

Xanın Siqizmunddan kazakları Dneprdən çəkməsini və xan torpaqların yürüşlərinin önlənməsini xahiş etməsi. İllik xəzinənin xana, kalğa Fətih Gəraya, eləcə də hədiyyələrin 12 şəxsə vaxtında çatdırılması. Əhdə vəfa ediləbəyi halda Polşaya hücum edilməyəcəyi barədə xanın vədi. Elçi Baranovski tərəfindən xəzinənin gətirilməsi. Xanın krala göndərdiyi əhdnaməsi. Xanın ona tabe kazakların götürdüyü əsirlərin qaytarılmasını və günahkarların cəzalandırılmasını vəd etməsi. Moskva knyazı Fyodorun xəzinə, pul və hədiyyələr vəd edən məktubu. Xəzinəni gəndərməyə etiraz edən Moskva elçisinin zindana salınması. Moskvanın üç yüz minlik tatar ordusu tərəfindən talan edilərək yandırılması. Yaya yürüşü barədə niyyət. Xanın yürüş üçün kraldan 5 min flörn pul göndərməsini xahiş etməsi. Elçi Qasım bəyin krala göndərilməsi.




Yüklə 293,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin