BRİCS-in emblemi Açıqlamada, ümumilikdə 11 əsgərin yaralandığı, bunlardan 4-nün Hindistan hərbçisi, 7-sinin isə Çin əsgərləri olduğu qeyd edilmişdi. Sonra xəbər gəldi ki, tərəflər arasındakı danışıqlardan sonra, atışma dayandırılıb.
Hindistan Müdafiə Nazirliyi, Nakula bölgəsində baş vermiş bu olayın səbəblərini açıqlamayıb (Hindistanla Çin arasında hərbi qarşıdurma.., 2020).
Rusiya ilə Çinin birlikdə təsisçilərindən olduqları BRİCS təşkilatına gəlincə, bu qurum sürətlə inkişaf edən 5 ölkənin təsis etdiyi və adını həmin ölkələrin ingilis dilindəki adlarının baş hərflərindən yarandığı bilinməkdədir. Söhbət Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan gedir. 2011-ci ilə qədər təşkilatla bağlı “BRİC” abreviaturası istifadə olunurdu. Cənubi Afrika Respublikasının BRİCS-ə birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup “BRICS” adını daşımağa başladı.
“Goldman Sachs”ın fikrincə, 2050-ci ilə qədər qrupa daxil olan ölkələrinin ÜDM üzrə göstəricisi digər ölkələrinin birlikdə ümumi göstəricisini ötəcək.
BRİCS 2006-cı ilin iyun ayında Peterburq İqtisadi Forumu çərçivəsində təşkil edilmişdir (Dreaming With BRICs).
BRİCS ölkələrinin fəqrqli göstəricilər üzrə dünya ölkələrinin sıralamasındakı yeri