Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


Rusiya Parlamentinin tanklardan atəşə tutulması (1993)



Yüklə 2,93 Mb.
səhifə13/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   9   10   11   12   13   14   15   16   ...   105
Rusiya Parlamentinin tanklardan atəşə tutulması (1993)
Bütün bu deyilənlərlə yanaşı qeyd edilməlidir ki, ABŞ-ın bu siyasəti səhv idi. Rusiyanı mümkün qədər Qərb strukturlarına cəlb etmək və bu yolla təhlükəsizlik sahəsində daha irəli getmək əvəzinə o, sadəcə kreditlərin verilməsi ilə kifayətlənirdi. Bu da öz növbəsində Qərəbə böyük ümidlər bəsləyən rus xalqında xəyal qırıqlığına səbəb olurdu. Hərçənd ki, Yeltsinin apardığı Qərbpərəst siyasət buna tam imkan yaratmaqda idi. Edilən səhvlər Karneqi Fondunun hesabatında da öz əksini tapmışdır. Hesabatda bildirilir ki, xəyal qırıqlığı Rusiya ərazisində separat əhval-ruhiyyəni artırır və onun parçalanma təhlükəsini yaradırdı. Əslində, Parlamentin Yeltsinə müxalifətə keçməsinin əsas səbəblərindən biri də bu idi (Алексей Богатуров, 2007).

Qərbə qarşı duyulan pərəstişin yerini tədricən ümidsizlik və xəyal qırıqlığı tutmaqda idi. Artıq xarici siyasətdə dəyişikliklər etmək lazım idi. Bu dəyişikliklərin ilk siqnalını Rusiyanın xarici işlər naziri A. Kozırev verdi. O, 1994-cü ilk dəfə Rusiyanın postsovet məkanındakı maraqlarından söz açdı və dolayısı ilə Qərbin bu məkana aktiv nüfuzuna imkan verilməyəcəyinin altını cızmış oldu. Bu bəyanat NATO-nun fəal şəkildə Şərqə doğru genişlənməsinə verilən ilk reaksiya idi.



  1. Kozırev

1994-cü ilin 12-15 yanvar tarixində B. Klintonun Moskvaya ilk səfəri gerçəkləşdi.

Ən yüksək səviyyədə aparılan danışıqların nəticəsi olaraq, iki ölkə hökuməti arasında ixrac nəzarəti sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, HEU-LEU Sazişi, eləcə də sökülən nüvə başlıqlarından çıxarılan Rusiya uranının ABŞ-a 20 illik satışına dair müqavilə imzalandı. Kütləvi qırğın silahlarının və onların daşıyıcılarının yayılmaması ilə bağlı Birgə Bəyanat, habelə Rusiya Federasiyası və ABŞ-ın strateji nüvə raketlərinin hədəf alınmasından imtina edilməsi barədə razılaşma olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə qəbul edildi (Российско-американские отношения.., 2011).

Səfər zamanı Rusiya ilə ABŞ arasında bərabərliyə, qarşılıqlı faydaya və bir-birinin milli maraqlarının tanınmasına söykənən "yetkin" strateji tərəfdaşlıq elan edildi (Гарусова Л. Н., 2004). Səfər zamanı ABŞ, Rusiya və Ukrayna prezidentləri üçtərəfli bəyanat və “Ukraynada nüvə silahının ləğvi haqqında” əlavəni imzaladılar.

Həmin ilin 27-28 sentyabrında B. Yeltsin növbəti dəfə ABŞ-a səfər etmişdir.

Zirvə görüşündən sonra strateji sabitlik və nüvə təhlükəsizliyi məsələsi ilə bağlı Birgə Bəyanat imzalanmış və əsas məqsədi ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişaf etdirilməsi olan "İqtisadi Tərəqqi üçün Tərəfdaşlıq" Birgə Bəyanatı qəbul edilmişdir.

9-10 may 1995-ci ildə Bill Klinton II Dünya Müharibəsində Qələbənin 50 illiyi münasibətilə Moskvaya səfər etdi (Российско-американские отношения.., 2011).

ABŞ və Rusiya liderləri bu dövrdə G7 və sonradan G8 (Встреча галстуков, 1998; Основополагающий акт, 1997) zirvələrində dəfələrlə görüşdülər:

8 iyul 1992-ci il, Münhen (Almaniya);

9-10 iyul 1993-cü il, Tokio (Yaponiya);

10 iyul 1994-cü il, Neapol (İtaliya);

17 iyun 1995-ci il, Halifaks (Kanada);

20-21 aprel 1996-cı il, Moskva.

Bundan başqa, B. Yeltsin B. Klinton ilə 23 oktyabr 1995-ci ildə Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyasında görüşmək imkanı əldə etmişdilər. 13 mart 1996-cı ildə isə Şarm əl-Şeyxdə (Misir) keçirilən Yaxın Şərqdə sülhə dair sammit çərçivəsində Rusiya-Amerika sammiti keçirilmişdi.


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin