Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə16/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   12   13   14   15   16   17   18   19   ...   105
С. Buş və V. Putin
2001-ci ilin iyununda Sloveniyanın paytaxtı Lyublyanada Putin ilk dəfə C. Buş (kiçik) ilə görüşdü. Bu görüş onların hər ikisində xoş təəssürat yaratdı. Təsadüfi deyil ki, C. Buş, həmin görüşü xatırlayarkən, V. Putinin "gözlərinə" baxdığını, onun "ruhunu hiss etdiyini" və içində "səmimi və etibarlı bir insan" gördüyünü söyləmişdi. Rusiya pezidenti isə həmkarını "xoş bir müsahib" və "hər şeyi dərk edən tamamilə normal bir insan" kimi xarakterizə etmişdi (Я заглянул ему в глаза.., 2009).

2001-ci ilin 11 sentyabr terror aktından dəehal sonra Rusiyanın bircə an da tərəddüd etmədən terrpru pisləməsi və ABŞ-a dəstəyini bildirməsi, onun Əfqanıstanı işğal etmək üçün təşkil etdiyi “anti-terror” koalisiyasına daxil olması, eləcə də “Rusiya-NATO əlaqələri: yeni bir keyfiyyət” adlı Roma bəyannaməsini imzalaması iki ölkə arasındakı münasibətlərini yaxşı olduğundan xəbər verməkdə idi. İmzalanan bəyannaməyə əsasən, 28 may 2002-ci ildə Rusiya-NATO Şurası yaradıldı. Bundan sonra, Rusiyanın NATO-ya tam üzvlüyü perspektivi ətrafında müzakirələr başlandı. Rusiya ilə NATO arasındakı münasibətlərin daha yüksək səviyyəyə keçməsi gözlənilirdi (Алексей Богатуров, 2007). Rusiya öz ərazisini hərbi yüklərin və hərbi personalın Əfqanıstana tranziti üçün NATO-nun üzünə açdı.



Amerikalı jurnalist və siyasi şərhçi Piter Beykerin yazdığına görə, prezidentlik dövrünün əvvəlində Buş Putinlə işgüzar əlaqələr qurmuşdu. O, ABŞ-a qarşı həqiqi təhdidlərin Rusiyadan gəlmədiyinə inanırdı (Питер Бейкер, 2013). Professor Andre Liebig qeyd edir ki, bu müddət ərzində Rusiya ilə ABŞ arasındakı yaxınlaşmaya zərbə ABŞ tərəfindən vuruldu. Belə ki, rəsmi Vaşinqton 2001-ci ilin dekabrında “Antistatik ballistik raket müdafiəsinin məhdudlaşdırılması” haqqında müqavilədən birtərəfli qaydada çıxarıldığını elan etdi (Андре Либих, 2013).

İ. İvanov
Rusiya tərəfinin nöqteyi-nəzərindən ABŞ-ın iki ölkə arasında strateji pariteti təmin edən bu razılaşmadan çıxması yeni tərəfdaşlığa ümidləri puç etdi. Rəsmi Moskva bu addımı çox mənfi qiymətləndirdi (Лавров.., 2015). ABŞ-ın ABM Müqaviləsindən çıxmasına cavab olaraq Rusiya 2002-ci ilin mayında imzalanmış daha yumşaq “Strateji Hücum Silahlarının Azaldılması” Müqaviləsi ilə əvəzlənən START II Müqaviləsindən çıxdı.

Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin