Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


IV FƏSİL ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi



Yüklə 2,93 Mb.
səhifə17/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   13   14   15   16   17   18   19   20   ...   105
IV FƏSİL
ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi
Rusiyanın Xarici İşlər naziri İqor İvanov 2004-cü ilin fevral ayının ortalarında ABŞ-Rusiya münasibətlərini dəyərləndirərək yazırdı: “Münasibətlərin yetkinliyi və möhkəmliyi adeətən çətin zamanlardan sınaqdan keçirilir. ABŞ birtərəfli qaydada ABM Müqaviləsindən çıxanda bizim üçün çətin oldu. BMT Təhlükəsizlik Şurasına məhəl qoymayaraq İraqda müharibəyə başlayanda bizim üçün çətin oldu. Buna baxmayaraq, ölkələrimiz, əvvəllər dəfələrlə olduğu kimi, qarşıdurmaya və silah yarışına qayıtmağın qarşısını almaq üçün dialoq yolunu seçdilər. Qlobal təhdid və problemlərlə mübarizədə ortaq strateji maraqların hər hansı bir taktiki uyğunsuzluqdan üstün olduğunu başa düşmək lazımdır” (Статья Министра.., 2003).

Prosesi öz istədiyi istiqamətə döndərmək iqtidarında olmayan Rusiyanın zəifliyindən istifadə edən NATO Şərqə doğru genişlənməkdə davam ediri. NATO və Avropa Birliyinin postsovet dövlətləri hesabına genişləndirilməsi, postsovet dövlətlərinə təsir imkanlarının artırılması ilə bağlı planlar hazırlayan Qərb ölkələri Rusiyanın maraqlarını qətiyyən nəzərə almırdılar (Это заколдованный круг.., 2018).

2004-cü ildə 7 Şərqi Avropa ölkəsinin, eləcə də Estoniya, Latviya və Litvanın, Rusiyanın bunu önləmə səylərinə baxmayaraq, NATO-ya qəbul edilməsi V. Putin tərəfindən özünə dost hesab etdiyi və həmişə əməkdaşlığa hazır olduğu C. Buş və T. Bleirin xəyanəti kimi qiymətləndirildi.


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin