9K720 "İskəndər" raket sistemi
Rusiya rəhbərliyinin etirazlarına baxmayaraq, sonrakı illərdə ABŞ-ın Rusiya sərhədləri yaxınlığında raketdən müdafiə sistemlərini yerləşdirmək planlarını təxirə salmaq mümkün olmadı. ABŞ-ın raketdən müdafiə sisteminin Şərqi Avropada yerləşdirilməsinin Rusiyanın nüvə raket potensialını ləğv etməklə təhdid etdiyinə görə (Путин: развёртывание.., 2013), 2012-ci ilin fevral ayında Kalininqrad vilayətində (500 km-ə qədər) qısa mənzilli ballistik raketlərlə təchiz olunmuş 9K720 "İskəndər" raket sistemlərinin yerləşdirilməsinə hazırlıq başladı (Вся Польша.., 2013).
14 İyul 2007-ci ildə Vladimir Putin "Rusiya Federasiyası tərəfindən Avropada adi silahlar müqaviləsi və əlaqədar beynəlxalq müqavilələrin qüvvədən düşməsi haqqında" Fərman imzaladı. Belə hesab edilir ki, bu qərar Rusiya rəhbərliyinin 1990-cı illərin əvvəllərindən bəri Rusiyanın əleyhinə davam edən Avropa qitəsindəki hərbi-siyasi vəziyyətin köklü şəkildə dəyişdirilməsi istiqamətində atdığı ilk addım idi.
Sənədə əlavə edilmiş açıqlamada bu qərarın verilməsinə "Rusiya Federasiyasının təhlükəsizliyinə təsir edən müstəsna hallar"ın səbəb olduğu göstərilmişdi. Bunlara aşağıdakılar daxil idi:
1. CFE Müqaviləsində iştirak edən və NATO-ya daxil olan Şərqi Avropa dövlətləri tərəfindən ittifaqın genişlənməsi nəticəsində CFE Müqaviləsinin "qrup" məhdudiyyətlərinin aşılması;
2. NATO ölkələri tərəfindən 1999-cu ildə CFE Müqaviləsinin Uyğunlaşması Sazişinin ratifikasiya edilməsini sürətləndirmək üçün siyasi öhdəliklərinə əməl edilməməsi;
3. NATO-ya daxil olan Latviya, Litva və Estoniyanın CFE Müqaviləsində iştirakdan imtina etməsi və nəticədə Rusiya Federasiyasının şimal-qərb sərhəddində şərti silahların, o cümlədən digər ölkələrin silahlarının yerləşdirilməsində məhdudiyyətlərin “sərbəst” görünməsi;
4. ABŞ hərbi bazalarının Bolqarıstan və Rumıniyada planlaşdırılmış şəkildə yerləşdirilməsi (Парламент Румынии.., 2007).
Dostları ilə paylaş: |