Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


V FƏSİL Gərginliyin növbəti mərhələsi



Yüklə 2,93 Mb.
səhifə24/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   20   21   22   23   24   25   26   27   ...   105
V FƏSİL
Gərginliyin növbəti mərhələsi
2016-cı il prezident seçkilərində Donald Trampın qələbə qazanması Rusiyada münasibətlərin qaydaya düşəcəyi barədə müəyyən ümidlər yaratsa da, bu ümidlər özünü doğrultmadı. 2019-cu ilə qədər olan müddətdə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların siyahısı daha da artdı və 288 Rusiya vətəndaşını və 485 hüquqi şəxsi əhatə etməyə başladı (Российско-американские отношения.., 2019).

Donald Tramp
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru F. Voytolovskinin (2019-cu il, avqust) dəyərləndirməsinə görə, Trampın Rusiyaya münasibətində aşağıdakı üç əsas istiqamət diqqəti çəkir:

-Maliyyə və iqtisadiyyat sahəsində təzyiqlərin artırılması

-ABŞ-ın, adi silahlara nəzarətlə bağlı sazişlərdən çıxmaqla, Rusiyanı maliyyəti ağır olan silahlanma yarışına cəlb etməsi

-Rusiya-Avropa birliyi dialoqunu əngəllənməsi və Rusiya ilə Avropa Birliyi arasında iqtisadi əməkdaşlığa mane olunması (За дружбу, санкции и гонку вооружений.., 2019).

Hazırda Rusiya-ABŞ münasibətlərinin SSRİ-nin çöküşündən keçən illər ərzində ən aşağı səviyyədə olduğunu söyləsək, heç də səhv etmərik. Bu fikri diplomatlar da təsdiqləməkdədirlər (Трамп несбывшихся надежд.., 2017; В новый год без Вашингтона.., 2017). Münasibətlərin pisləşməsində Amerikanın kəşfiyyat orqanlarının Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandırmasının da rolu az olmayıb. Belə hesab edilir ki, məhz bu suçlamalar Donald Trampa gərginliyi azaltmaq üçün addımlar atmağa imkan vermədi. Çünki iddialara görə, Tramp məhz Rusiyanın köməyi sayəsində seçkilərdə qələbə qazana bilmişdir. İddiaların doğruluğunu yoxlamaq üçün ABŞ-ın xüsusi tapşırıqlar üzrə prokuroru R. Müllerin başçılığı ilə yarıdılan komissiya sözügedən ehtimalların həqiqət olmadığını üzə çıxarmasına baxmayaraq, arxasında qlobalistlərin, daha dəqiq desək, Rotşildlərin və Demokrat Partiyasının durduğu qüvvələr siyasi qaralama kompaniyasından əl çəkmək bilmirlər. Onların fəaliyyətləri nəticəsində 2018-ci ildə Rusiyanın ABŞ-dakı üç konsulluğundan (Sietl, Hyüston, Nyu-York) biri (Sietl) və ABŞ-ın Rusiyadakı üç konsulluğundan (Vladivostok, Yekaterinburq və Sankt-Peterburq) biri (Sankt-Peterburq) bağlandı ki, bu da iki ölkə arasındakı gərginliyin səviyyəsinin ən gözəl göstəricilərindən biri kimi diqqət çəkməkdədir.

Diplomatik savaş ABŞ-ın Rusiyadakı səfiri C. Hantsmanın (oktyabr 2017-oktyabr 2019) istefaya göndərilməsi onun yerinə C. Sallivanın ABŞ Senatı tərəfindən səfir kimi təsdiq edilməsi ilə nəticələndi. C. Hantsman 2019-cu ildə verdiyi müsahibələrdə dəfələrlə Rusiya tərəfinin onunla işləmək istəməməsindən və optimal iş şəraiti yaratmamasından şikayət etmişdir (Потенциального посла США в России.., 2019).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin