Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə27/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   23   24   25   26   27   28   29   30   ...   105
Reks Tillerson
Fevral ayında Barak Obama administrasiyası tərəfindən qəbul edilmiş 2010 doktrinasının əvəzinə ABŞ-ın yeni bir nüvə strategiyası (Nüvə duruşuna baxış) elan edildi (Nuclear Posture Review, 2018; Aaron Mehta, 2018). ABŞ-ın əsas rəqibləri kimi Rusiya və Çinin hesab edildiyi bu strategiyada göstərilirdi ki, onlara qarşı çıxmaq üçün ABŞ yeni silah sistemlərinə, o cümlədən Trident D5 dəniz ballistik raketləri üçün aşağı gücə malik nüvə başlığı və köhnə proqramların, o cümlədən Tomahawk nüvə gəmisi raketlərinin modernləşdirilməsinə investisiya qoymağa hazırdır.

Yeni doktrinada həmçinin ABŞ-ın ümumilikdə nüvə triadasını (strateji aviasiya, qitələrarası ballistik raketlər və nüvə sualtı raket daşıyıcıları) fəal şəkildə modernləşdirəcəyi və Rusiyanın nüvə müqavimət siyasətini İngiltərə və Fransa ilə əlaqələndirəcəyi bildirilirdi (Глаза боятся.., 2018).



Bir neçə ay sonra Rusiya rəhbərliyi də strateji sahədə imkanlarını artırmaq üçün görəcəyi tədbirləri elan etdi.Belə ki, martın 1-də Prezident Putin, inkişaf etdirilən yeni strateji əhəmiyyətli silah sistemlərinin tərəqqisindən danışdı və dedi ki, sözügedən tədbirlər "ABŞ-ın Ballistik Raket Müqaviləsindən birtərəfli şəkildə çəkilməsinə və bu sistemin həm ABŞ ərazisində, həm də onun hüdudlarından kənarda yerləşdirilməsinə cavab olaraq”, “Sarmat” və “Kinjal” raketləri yerləşdiriləcək.

2018-ci ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya gələrək Rusiya hakimiyyətinə prezident Donald Trampın orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmaq qərarını izah etdi. Bununla yanaşı, Rusiya ABŞ-a nüvə müharibəsinin qarşısını almaq və strateji sabitliyin möhkəmləndirilməsi ilə bağlı ən yüksək səviyyədə birgə bəyanat qəbul edilməsini təklif etdi. Amerika tərəfi isə bu təklifə cavab vermədi (Вызов брошен.., 2018).



Con Bolton
30 iyun 2019-cu il tarixində Pentaqon, ABŞ-ın aparıcı tədqiqat mərkəzləri və hərbi məktəblərinin 20-dən çox analitik qrupu tərəfindən hazırlanmış “Rus Strateji Niyyətləri” (Russian Strategic Intentions, 2019) adlı hesabatını nəşr etdi. Hesabatda deyilirdi ki, Rusiya Qərb dövlətləri üçün təkcə hərbi deyil, həm də siyasi və ideoloji təhlükə yaratmaqda davam edir.

Müəlliflərin fikrincə, Rusiya postsovet məkanında “nüfuzunu bərpa etmək və saxlamaq”, “dünya səhnəsində super güc imicini bərpa etmək”, sonra da “özünü vicdanlı tərəfdaş, regional siyasətdə əsas oyunçu, habelə iqtisadi nailiyyətlərə nail olmaq üçün uğurlu vasitəçi kimi təqdim etmək niyyətindədir" Məruzədə Rusiya xarici siyasətinin əsas məqsədinin ABŞ-ı məğlub etmək olduğu iddia edilirdi (Россию опять обвинили.., 2019).



2019-cu ilin iyul ayının əvvəlində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) "Kremlin zərərli təsirlərinə qarşı mübarizə konsepsiyası"nın başldıldığını elan etdi. Proqramın məqsədi Şərqi Avropa və keçmiş SSRİ ölkələrinə Rusiyadan enerji və iqtisadi asılılığını azaltmaqda, Rusiya təbliğatına qarşı mübarizə və kiber hücumların qarşısını almaqda kömək etmək idi. Sənəd müəlliflərinin fikrincə, Rusiya hökuməti "iqtisadi liberallaşmanı pozmaq, demokratik inkişafa son qoymaq və ayrı-ayrı dövlətlərin suverenliyini zəiflətmək" məqsədi ilə "hüdudlarından kənarda yeni bir ideoloji təsir dairəsini" aqressiv şəkildə axtarır. Bunun üçün Rusiya rəhbərliyi " bir sıra geniş taktika və vasitələrdən", o cümlədən informasiya sahəsində RT kanalından və “Sputnik” beynəlxalq informasiya agentliyindən istifadə edir və eyni zamanda qonşularına onların neft və qaz tədarüklərindən "tarixi asılılığı"ndan istifadə edərək iqtisadi təzyiq tətbiq edir. Təklif olunan Konsepsiya aşağıdakıları nəzərdə tuturdu:

-ABŞ-ın tərəfdaş ölkələrinə "uğurlu yerli və regional enerji bazarlarına çıxmaqda" kömək etmək;

-Siyasi partiyaların və vətəndaş fəalları birliklərinin yaradılmasında kömək, korrupsiyaya qarşı mübarizə metodları üzrə təlim;

-Müstəqil və məsuliyyətli mediaya dəstək.




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin