S-400 raket kompleksi
Rusiya Federasiyası Baş Qərargahının baş əməliyyat şöbəsi rəisinin birinci müavini 2019-cu ilin aprelində Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edərək, ABŞ-ın raketdən müdafiə strategiyasını (uçuşlarının erkən mərhələlərində ballistik raketləri məhv etmək üçün raketdən müdafiə sistemlərinin kosmik eşelonu yaratmaq niyyətini) Ronald Reyqanın “Ulduz müharibələri” ilə müqayisə etdi və ABŞ-ın kosmik aktivlərinin, habelə Avropada yerləşdirilən hərbi obyektlərin Rusiya və Çinə qarşı bir üstünlük verməsi üçün istifadə edə biləcəyini bildirildi (Генштаб России.., 2019).
30 sentyabr 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi "İnternet Tədqiqat Agentliyinin arxasında duran Rusiyalı maliyyəçi, Amerikadakı demokratik prosesi pozmağa cəhd edən iş adamı Yevgeni Prigojinlə əlaqəsi olan şirkət və şəxslərə qarşı yeni sanksiyalar tətbiq etdi. Yeni sanksiyaların müttəhimləri ABŞ-ın rəsmi sanksiya siyahısına - Xüsusi Təyin olunmuş Millətlər Siyahısına (SDN) daxil edilmişdilər. Dövlət katibi Maykl Pompeo onları "ABŞ-ın maraqlarına təhdid yaradan fəaliyyətlərdə" ittiham etdi (США вмешались.., 2019).
Bütün bu deyilənlərə paralel olaraq, iki ölkə arasında diplomatik qarşıdurmalar da davam etməkdə idi. Məsələn, 29 dekabr 2016-cı ildə o zamankı prezident Barak Obama, "Rusiyada ABŞ prezident seçkilərinə müdaxilə" və Rusiyada işləyən "Amerikalı diplomatlara təzyiq" iddiaları ilə çıxış edərək, növbəti anti-Rusiya sanksiyalar paketini ehtiva edən bir fərman imzalamışdı. 35 rus diplomatı və ailələri təcili olaraq ABŞ-dan qovulmuş və Nyu-Yorkdakı Rusiya Daimi Nümayəndəliyinin və Amerika hakimiyyəti tərəfindən diplomatik statusu alınan Vaşinqtondakı Rusiya səfirliyinin iki şəhərətrafı yaşayış kompleksinə giriş bağlanmışdı (Туманная судьба.., 2017; США отклонили.., 2017) .
Dostları ilə paylaş: |