ABŞ-ın Moskvadakı səfirliyi
Avqustun 31-də Dövlət Departamenti Rusiyadan San-Fransiskodakı Baş Konsulluğun binasında, eləcə də Vaşinqtondakı ticarət nümayəndəliyinin binalarında və Nyu-Yorkdakı ticarət nümayəndəliyinin filialında diplomatik fəaliyyətin dayandırılmasını tələb etdi (Американист, 2017; Кадровые сокращения, 2017). Tələb sentyabrın 2-dək yerinə yetirildi. Qeyd edək ki, bütün bu obyektlər, icarəyə götürülənlər xaric, Rusiya hökumətinə məxsusdur.
Oktyabrın 12-də Amerika hakimiyyət orqanları ABŞ Dövlət Departamentinin əmri ilə bağlanmış San-Fransiskodakı Rusiya Baş Konsulluğunun və Vaşinqtondakı Rusiya Ticarət Missiyasının binalarından Rusiyanın dövlət bayraqlarını çıxartdılar (США сняли флаги, 2017). Rusiya Xarici İşlər Nazirliyi bu addımları başqa bir düşmənçilik hərəkəti adlandıraraq etiraz etdi. Sonradan bayraqlar rus diplomatlarına qaytarıldı (Осадок остался, 2017). Dövlət Departamenti bayraqlara hörmətlə yanaşıldığını əmin etdi, baxmayaraq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerika hakimiyyətinin hərəkətlərini Rusiyanın dövlət rəmzindən sui-istifadə kimi qiymətləndirdi (Снятые с российских.., 2017).
Noyabr ayında Amerika hakimiyyəti, Rusiyanın yeni səfiri Anatoli Antonovun yoxlamaq istədiyi San-Fransiskodakı Rusiya Baş Konsulluğunun binasına girişinə imkan vermədi (Госдеп отказал.., 2017).
Rusiya-Amerika münasibətlərinin kəskinləşməsində “Skripalların işi”nin də rolu az olmayıb.
4 mart 2018-ci ildə İngiltərədə yaşayan keçmiş DKİ (QRU) işçisi Sergey Skripal və İngilis xüsusi xidmət orqanlarında işləyən qızı Culianın zəhərlənməsi ilə əlaqədar ortaya yeni bir problem çıxdı. Bunun ardınca Böyük Britaniya Rusiyanı Skripalları öldürməyə cəhddə və Kimyəvi Silahlar Konvensiyasını pozmaqda günahlandırdı. Hadisə ilə əlaqədar, diplomatik münaqişə başlandı, bu müddətdə ABŞ və bir sıra digər Qərb ölkələri Böyük Britaniya ilə həmrəylik göstərərək, Rusiya diplomatlarının qovulduğunu elan etdilər. Amerika administrasiyası İngiltərə hökumətinin sözügedən hadisə ilə bağlı mövqeyini, o cümlədən Rusiyaya qarşı ittihamlarını (Attributing Responsibility.., 2018; Donald Trump pledges.., 2018) tam dəstəklədi.
Dostları ilə paylaş: |